Hansı çörək sağlamlıq üçün daha faydalıdır? – Mütəxəssislər xəbərdarlıq edir
08 Yanvar 2026, 22:32
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
176
07.01.2026, 16:57
Bu gün qadınlar bütün sahələrdə olduğu kimi siyasətdə də kişilərlə bərabər çıxış edirlər.
Hətta bir sıra ölkələri belə idaər edən şəxslər xanımlardır.
Müasir dünyada xanımların lider və aparıcı mövqedə dayanması normal və müsbət hal kimi qarşılanır.
Oxu24com-un araşdırmasına görə, 2026-cı ilin 4 yanvar tarixinə olan məlumata əsasən, hazırda dünyada 28 ölkədə ümumilikdə 31 qadın ya prezident, ya da baş nazir vəzifəsində fəaliyyət göstərir. Bununla yanaşı, 8 ölkədə general-qubernator postunu qadınlar tutur.
Dünya üzrə cəmi 12 ölkədə Baş Nazir postunu qadınlar tutur.
Siyahı:
İtaliyanın Baş naziri Giorgia Meloni,
Danimarkanın Baş naziri Mette Frederiksen,
Latviyanın Baş naziri Evika Silina,
Konqo Demokratik Respublikasının Baş naziri Judith Suminwa,
Tunisin Baş naziri Sara Zaafarani,
Yaponiyanın Baş naziri Sanae Takaichi,
Uqandanın Baş naziri Robinah Nabbanja,
Sri Lanka Baş naziri Harini Amarasuriya,
Trinidad and Tobago Baş naziri Kamla Persad-Bissessar,
Lixtenşteynin Baş naziri Brigitte Haas,
Litva Baş naziri Inga Ruginienė,
İslandiyanın Baş naziri Kristrún Frostadóttir,
Ukrayna Baş naziri Yulia Svyrydenko,
Barbados Baş naziri Mia Mottley,
Nepalın müvəqqəti Baş naziri Sushila Karki.
Dünya üzrə cəmi 18 ölkədə Prezident qadınlardır. Siyahı:
Sloveniyanın Prezidenti Nataşa Pirç Musar,
İslandiya Prezidenti Halla Tomasdott,
Moldovanın Prezidenti Maya Sandu,
İrlandiya Prezidenti Catherine Connolly,
Hindistan Prezidenti Droupadi Murmuya,
Maltanın Prezidenti Myriam Spiteri Debono,
Vatikanın Prezidentı Raffaella Petrini,
Meksika Prezidenti Claudia Sheinbaum Pardo,
Barbados Prezidenti Sandra Mason,
Surinamenin Prezidenti Jennifer Geerlings-Simons,
Honduras Prezidenti İris Siomara Kastro,
Nambiya Prezidenti Dr. Netumbo Nandi-Ndaitwah,
Rosario Murillo
Tanzaniya Prezidenti Samia Suluhu Hassan,
Trinidad and Tobago Prezidenti Christine Kangaloo,
Dominikan Prezidenti Sylvanie Burton,
Marşal Adaları Prezidenti Hilda Cathy Heine.
Bosniya və Herseqovinada Nazirlər Şurasının sədri qadındır. Siyahı:
🇧🇦Bosniya və Herseqovina Nazirlər Şurasının sədri Boryano Kristo
Həmçinin oxuyun
Dünya üzrə 8 ölkədə general-qubernator qadındır. Həmin şəxslər aşağıdakılardır. Siyahı:
🇳🇿 Yeni Zelandiyanın general-qubernatoru Sindi Kiro,
🇨🇦 Kanadanın general-qubernatoru Mary Simon,
🇦🇺 Avstraliyanın general-qubernatoru Sam Mostyn,
🇰🇳 Saint Kitts and Nevisin general-qubernatoru Marcella Liburd,
🇧🇸 The Bahamasın general-qubernatoru Cynthia A. Pratt,
🇬🇩 Grenadanın general-qubernatoru Cécile La Grenade
🇧🇿 Belizenin general-qubernatoru Froyla Tzalam,
🇻🇨 Saint Vincent and the Grenadinesin general-qubernatoru Susan Dougan.
Beynəlxalq Təşkilatlar
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen
Beynəlxalq Valyuta Fondunun Prezidenti Kristalina Georgiyeva
Dünya Ticarət Təşkilatının Prezidenti Nqozi Okonjo-İveala
Avropa Mərkəzi Bankının Prezidenti Kristin Laqard
Avropa Parlamentinin sədri Roberta Metsola
Hər yeni seçki dövrü ilə qadın liderə malik ölkələrin siyahısı dəyişə, bu siyahıya yeni dövlətlər əlavə oluna və ya bəziləri siyahıdan çıxa bilər. Buna baxmayaraq, dünyanın 100-dən çox ölkəsi hələ də tarixində heç vaxt qadın dövlət və ya hökumət başçısı görməyib.
Göründüyü kimi, hər yeni seçki ilə qadın lideri olan ölkələr siyahısına yeniləri əlavə edilə və ya çıxarıla bilər. Dünyanın 100-dən çox ölkəsi heç vaxt qadın dövlət başçısı və ya hökumət rəhbəri görməyib. Hazırda dünya parlament üzvlərinin cəmi 27,2 faizi qadındır. Dünyada cəmi 64 ölkənin parlamentinə qadın spiker rəhbərlik edir.
Ümumilikdə, təqdim olunan rəqəmlər dünyada qadınların siyasi liderlikdə iştirakının artsa da hələ də yetərli səviyyədə olmadığını göstərir. Qadınların dövlət və hökumət rəhbərliyi, eləcə də parlamentlərdə təmsilçiliyinin genişlənməsi yalnız gender bərabərliyinin təmin olunmasına deyil, həm də daha inklüziv və dayanıqlı idarəetmə sistemlərinin formalaşmasına mühüm töhfə verə bilər. Bu istiqamətdə atılacaq addımlar gələcək illərdə qlobal siyasətin daha balanslı və ədalətli olmasına xidmət edəcək.
Hazırladı: Nərmin Balacayeva
22:19 / 08 Yanvar 2026
15
22:09 / 08 Yanvar 2026
417
22:09 / 08 Yanvar 2026
44
22:03 / 08 Yanvar 2026
29
21:57 / 08 Yanvar 2026
189
21:49 / 08 Yanvar 2026
56
21:35 / 08 Yanvar 2026
73
21:31 / 08 Yanvar 2026
291
21:29 / 08 Yanvar 2026
40
21:26 / 08 Yanvar 2026
54
21:24 / 08 Yanvar 2026
37
21:18 / 08 Yanvar 2026
70
21:08 / 08 Yanvar 2026
90
20:57 / 08 Yanvar 2026
81
20:48 / 08 Yanvar 2026
43
20:45 / 08 Yanvar 2026
127
20:34 / 08 Yanvar 2026
105
20:24 / 08 Yanvar 2026
1691
20:19 / 08 Yanvar 2026
81
20:18 / 08 Yanvar 2026
70
20:15 / 08 Yanvar 2026
50
20:09 / 08 Yanvar 2026
73
19:59 / 08 Yanvar 2026
246
19:59 / 08 Yanvar 2026
49
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.