Leyla Əliyeva qardaşını bu şəkillərlə təbrik etdi - Fotolar
02 Avqust 2026, 19:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
650
07.01.2026, 16:28
Azərbaycanın rayonlarında fəaliyyət göstərən bir qrup stomatoloq işdən çıxarılmalarına etiraz olaraq hazırda TƏBİB-in inzibati binasının qarşısında aksiya keçirib.
Oxu24.com Xəbər verir ki, bu barədə “Qafqazinfo”ya həmin stomatoloqlar müraciət ediblər. Qeyri-qanuni işdən çıxarıldıqlarını iddia edən stomatoloqlar öz işlərinə bərpa olunmalarını istəyirlər.
Məsələ ilə bağlı TƏBİB-ə ünvanladığımız sorğuya belə cavab aldıq: “Xidmətlər Zərfinə daxil olmayan və dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tarifləri, həmçinin sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tarifləri TƏBİB-in Müşahidə Şurasının müvafiq qərarları ilə tənzimlənir. Stomatoloji xidmətlərin əksəriyyəti (149 adda xidmət) icbari tibbi sığorta təminatına daxil deyil və yalnız ödənişli əsaslarla həyata keçirilir. Bu xidmətlərin tarifləri TƏBİB-in Müşahidə Şurasının 21 iyul 2025-ci il tarixli 18-1/17-Q/2025 nömrəli qərarı ilə təsdiq edilib.
Son dövrlərdə stomatoloji xidmətlərin təşkili və şəffaflığın artırılması məqsədilə aparılan geniş təhlillər zamanı müxtəlif regionlarda stomatoloqların xidmət həcmi, iş yükü və real ehtiyac göstəriciləri araşdırılıb. Təhlillər nəticəsində bəzi stomatoloji xidmətlərin faktiki tələbatdan artıq olduğu, mövcud resursların qeyri-səmərəli istifadə edildiyi, ödənişlərin tam şəkildə nağdsız qaydada rəsmiləşdirilməməsi səbəbindən büdcə daxilolmalarının azaldığı müəyyən edilib”.
TƏBİB-dən həmçinin bildirilib ki, bəzi regionlarda stomatoloqların sayının real ehtiyacı üstələməsi əlavə maliyyə yükünün yaranmasına səbəb olub: “Araşdırmalar göstərir ki, stomatoloji xidmətlərin göstərilməsi zamanı istifadə olunan maddi resurslar (işçi heyəti üzrə əməkhaqqı xərcləri, avadanlıqların saxlanması, dərman və sərfiyyat materialları, kommunal xərclər və s.) bu xidmət üzrə əldə edilən maliyyə gəlirlərini üstələyir. Bunun nəticəsində stomatoloji xidmətlərin mövcud şəraitdə əvvəlki həcmlərdə davam etdirilməsi iqtisadi cəhətdən səmərəli hesab edilmir və bu sahədə əlavə optimallaşdırma tədbirlərinin görülməsi zərurəti yaranıb.
Əlavə olaraq qeyd edirik ki, Əmək Məcəlləsinin 11-ci maddəsinin “ə” bəndinə əsasən, əmək şəraitinin şərtlərini dəyişdirmək, eləcə də işçilərin sayını və ya ştatlarının ixtisar edilməsi işəgötürənin hüquqlarından biridir. Həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayının və ya ştatlarının ixtisar olunması əmək müqaviləsinə xitam verilməsi əsaslarından hesab olunur.
Yuxarıda qeyd olunanları nəzərə alaraq bildiririk ki, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində stomatoloji xidmətlərlə bağlı aparılan təhlillərə və maliyyə-iqtisadi əsaslandırmalara uyğun olaraq, stomatoloqların sayının (ştatlarının) optimallaşdırılması, o cümlədən ixtisar edilməsi prosesi əmək qanunvericiliyinin tələblərinə ciddi riayət olunmaqla təmin edilir”.
19:43 / 02 Avqust 2026
1
19:32 / 02 Avqust 2026
27
19:32 / 02 Avqust 2026
34
19:27 / 02 Avqust 2026
46
19:24 / 02 Avqust 2026
148
19:00 / 02 Avqust 2026
68
18:54 / 02 Avqust 2026
65
15:15 / 02 Avqust 2026
141
14:55 / 02 Avqust 2026
154
14:30 / 02 Avqust 2026
110
14:05 / 02 Avqust 2026
436
14:04 / 02 Avqust 2026
442
13:39 / 02 Avqust 2026
751
13:36 / 02 Avqust 2026
1719
13:28 / 02 Avqust 2026
181
13:23 / 02 Avqust 2026
131
12:59 / 02 Avqust 2026
2405
12:57 / 02 Avqust 2026
115
12:54 / 02 Avqust 2026
1110
12:46 / 02 Avqust 2026
389
11:47 / 02 Avqust 2026
7836
11:46 / 02 Avqust 2026
118
11:44 / 02 Avqust 2026
111
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.