Maaş və pensiyalar nə qədər artacaq? – Deputatdan YENİ SOSİAL PAKET açıqlaması
03 Oktyabr 2026, 11:19
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
650
07.01.2026, 16:22
Külli miqdarda rüşvət alma, qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər cinayətlərdə təqsirləndirilən mütəşəkkil dəstənin üzvləri barəsində cinayət işi məhkəməyə göndərilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin vəzifəli şəxsləri və qaçaqmalçılıq cinayətini törətmiş digər şəxslərin qanunsuz əməlləri ilə bağlı Dövlət Gömrük Komitəsindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş cinayət işinin ibtidai istintaqı tamamlanıb.
İbtidai istintaqla Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin inspektorları Vüsal Hüseynov, Kərim Kərimov, İsmayıl Məmmədalıyev və həmin idarəyə təhkim olunmuş “Azərterminalkompleks” Birliyinin instruktor-kinoloqu Asif Hacımuradovun Azərbaycan Respublikasının vətəndaşı Etibar Hatəmli və İran İslam Respublikasının vətəndaşı Rezayan Jafar Rafıe oğlu ilə cinayət əlaqəsinə girərək öz qulluq mövqelərindən istifadə etməklə aldıqları külli miqdarda rüşvət müqabilində Jafar Rezayanın İran İslam Respublikasında əldə edib istifadəsində olan sərnişin avtobusunun yük yerində saxladığı ümumilikdə 410 min manat dəyərində tərkibində güclü təsir edən və psixotrop maddələr olan dərman vasitələri və Azərbaycan Respublikasına məxsus aksiz markası markalanmamış tütün məmulatlarının gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə keçirilməsinə şərait yaradaraq ölkə ərazisinə keçirilməsini təmin etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Vüsal Hüseynov, İsmayıl Məmmədalıyev, Kərim Kərimov və Asif Hacımuradova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (mütəşəkkil dəstə halında külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.4 (mütəşəkkil dəstə halında qaçaqmalçılıq), 213-1.2.1 (mütəşəkkil dəstə halında külli miqdarda aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan qanunsuz dövriyyəsi), 234.4.1, 234.4.3 (mütəşəkkil dəstə halında külli miqdarda psixotrop maddələrin qanunsuz dövriyyəsi), 240.3.1, 240.3.2 (mütəşəkkil dəstə halında külli miqdarda güclü təsir edən maddələrin qanunsuz dövriyyəsi), 311.3.1 və 311.3.3-cü (mütəşəkkil dəstə halında külli miqdarda rüşvət alma), Etibar Hatəmliyə həmin Məcəllənin 206.4, 240.3.1 və 240.3.2-ci, Jafar Rezayana isə həmin Məcəllənin 200-1.2.2, 200-1.2.3, 206.4, 213-1.2.1, 234.4.1, 234.4.3, 240.3.1 və 240.3.2-ci maddələri ilə ittiham elan edilərək Vüsal Hüseynov, İsmayıl Məmmədalıyev, Kərim Kərimov, Asif Hacımuradov və Etibar Hatəmli barəsində iş üzrə ibtidai istintaqı aparan müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Jafar Rezayan barəsində isə digər qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
11:19 / 03 Oktyabr 2026
1
11:14 / 03 Oktyabr 2026
17
11:10 / 03 Oktyabr 2026
17
11:07 / 03 Oktyabr 2026
26
10:59 / 03 Oktyabr 2026
33
10:55 / 03 Oktyabr 2026
35
10:50 / 03 Oktyabr 2026
43
10:34 / 03 Oktyabr 2026
56
10:30 / 03 Oktyabr 2026
51
10:26 / 03 Oktyabr 2026
344
10:20 / 03 Oktyabr 2026
169
10:18 / 03 Oktyabr 2026
50
10:13 / 03 Oktyabr 2026
334
10:11 / 03 Oktyabr 2026
49
10:07 / 03 Oktyabr 2026
53
09:45 / 03 Oktyabr 2026
57
09:18 / 03 Oktyabr 2026
150
09:15 / 03 Oktyabr 2026
71
09:13 / 03 Oktyabr 2026
58
08:28 / 03 Oktyabr 2026
229
00:24 / 03 Oktyabr 2026
151
23:52 / 02 Oktyabr 2026
126
23:39 / 02 Oktyabr 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.