Maaş və pensiyalar nə qədər artacaq? – Deputatdan YENİ SOSİAL PAKET açıqlaması
03 Oktyabr 2026, 11:19
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
652
07.01.2026, 15:15
Ermənistan ərazisində azərbaycanlılara məxsus yüzlərlə qəbiristanlıq məqsədli şəkildə dağıdılıb, bəzilərinin üzərindən yollar salınıb, yaşayış evləri və sənaye obyektləri inşa edilib.
Oxu24.com xəbər verir ki, bu barədə məlumatı Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli “Xalq qəzeti”nə müsahibəsində vurğulayıb
Onun sözlərinə görə, ermənilər yüzillər boyu Azərbaycan xalqına məxsus tarixi-mədəni irsi məhv etməyə çalışsalar da, bunu gizlətmək mümkün deyil:
“Abidələrimizi dağıdıblar, toponimlərimizi erməniləşdiriblər, qəbiristanlıqlarımızı yer üzündən siliblər. Amma yüzlərlə, minlərlə mənbə var ki, həmin abidələri və toponimləri ilkin vəziyyətində qeydə alıb. Müasir texnologiyalar vasitəsilə biz onların koordinatlarını müəyyənləşdirir, ilkin halını bərpa edir və erməniləri sual qarşısında qoyuruq: hanıdır onlar?”
Əziz Ələkbərli bildirib ki, alim Səbuhi Hüseynovla birlikdə sonuncu deportasiya zamanı – 37 il əvvəl tərk etməyə məcbur qaldığımız kəndlərdə yerləşən 201 müsəlman qəbiristanlığının monitorinqi aparılıb və materiallar çap olunub. Tədqiqat zamanı XX əsrin ikinci yarısına aid, məxfilik qrifi götürülmüş ABŞ-ın KORONA, Gambit və Heksagon hərbi kəşfiyyat peyklərinin arxiv təsvirləri, eləcə də müasir yüksək ayırdetmə qabiliyyətli peyk görüntüləri təhlil edilib. Ümumilikdə 712 birbaşa təsvir və 2000-dən artıq görüntü araşdırmaya cəlb olunub. Bununla yanaşı, 1890–1991-ci illəri əhatə edən, Ermənistanın müasir ərazisini tam göstərən 250-dən çox xəritə də tədqiq edilib. Qeyd olunan xəritələr Rusiya imperiyası və Sovet İttifaqının Baş Qərargahı tərəfindən hazırlanmış, uzun müddət məxfi saxlanılmış və hazırda Berlin Humbolt Universiteti, İndiana Universiteti, ABŞ Konqres Kitabxanası və Rusiya Coğrafiya Cəmiyyətində mühafizə olunan sənədlərdir. Tədqiqatın nəticələri isə olduqca acınacaqlıdır. Müəyyən edilib ki, 12 qəbiristanlığın üzərindən asfalt yol çəkilib, 16 qəbiristanlığın üzərində yaşayış evləri tikilib, 56 qəbiristanlıq ərazisi əkin sahəsinə çevrilib. Bundan başqa, 67 qəbiristanlıq vandalizmə məruz qalıb, 4 qəbiristanlıq ərazisində sənaye obyektləri salınıb, 5 qəbiristanlıqda hərbi istehkam işləri aparılıb, 32 qəbiristanlıqda tikinti-inşaat işləri görülüb. Həmçinin 6 qəbiristanlıqda yenidən dəfn aparılaraq ərazilər erməni qəbiristanlığına çevrilib, 3 qəbiristanlıq ərazisində isə su anbarı inşa edilib.
İcma sədri vurğulayıb ki, baş verənlər insanlıq və mədəni irsə qarşı açıq vandalizmdir:“İndi özünüz deyin, buna vəhşilikdən başqa nə ad vermək olar?”
11:24 / 03 Oktyabr 2026
13
11:19 / 03 Oktyabr 2026
19
11:14 / 03 Oktyabr 2026
25
11:10 / 03 Oktyabr 2026
23
11:07 / 03 Oktyabr 2026
33
10:59 / 03 Oktyabr 2026
34
10:55 / 03 Oktyabr 2026
41
10:50 / 03 Oktyabr 2026
46
10:34 / 03 Oktyabr 2026
56
10:30 / 03 Oktyabr 2026
52
10:26 / 03 Oktyabr 2026
358
10:20 / 03 Oktyabr 2026
185
10:18 / 03 Oktyabr 2026
52
10:13 / 03 Oktyabr 2026
346
10:11 / 03 Oktyabr 2026
52
10:07 / 03 Oktyabr 2026
55
09:45 / 03 Oktyabr 2026
60
09:18 / 03 Oktyabr 2026
152
09:15 / 03 Oktyabr 2026
74
09:13 / 03 Oktyabr 2026
58
08:28 / 03 Oktyabr 2026
229
00:24 / 03 Oktyabr 2026
152
23:52 / 02 Oktyabr 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.