“Kəndlilərin evlərini qoyub, Bakıya köçməsi fəlakətə səbəb ola bilər”- İqtisadçı problemdən DANIŞIR
28 Yanvar 2026, 14:29
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
981
07.01.2026, 10:32
Bu gün Hərbi Hava Qüvvələrinin “MiQ-29” təyyarəsinin pilotu, şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin doğum günüdür.
Oxu24. com xatırladır ki, Rəşad Saləddin oğlu Atakişiyev 7 yanvar 1985-ci ildə Şəmkir rayonunun Qılıncbəyli kəndində anadan olub.
Rəşad Atakişiyevin çətin və şərəfli həyat yolu
O, ilk təhsilini Şöhrət Hüseynov adına Qılıncbəyli kənd tam orta məktəbində, daha sonra Samux rayonunun Alabaşlı kənd orta məktəbində alıb. Orta məktəbi yüksək qiymətlərlə bitirən Rəşad ali təhsil almaq arzusu ilə 2002-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik məktəbinə üz tutub. O, 2006-cı ildə Azərbaycan “Ali Hərbi Təyyarəçilik Məktəbini Uçuş Mühəndisi” ixtisasına yiyələnərək təhsil ocağını yüksək nəticələrlə başa vurub. İkinci kursda oxuyan zaman ilk dəfə ixtisaslaşma tətbiq olunub və aviasiyaya sənəd vermiş 200 nəfər arasında Rəşad da olub. Seçilmiş 35 nəfərlə birgə təhsil alan Atakişiyev diplom alan beş nəfərdən biri olmağı bacarıb.
O, 2001-ci ildən pilot kimi fəaliyyətə başlayıb, əldə etdiyi bilik və bacarıqları sayəsində polkovnik-leytenant rütbəsinə qədər yüksəlib. Qısa zaman ərzində təcrübəli pilotlar sırasına və hərbi hissə komandirinin müavini vəzifəsinə yüksələn Rəşad Atakişiyev 2018-ci ilin oktyabrında “Şahinlər” filmində iştirak edərək, havada ən çətin, təhlükəli manevrlərin öhdəsindən gəlib.
Həmçinin Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı keçirilən paradda səmada bacarıqlarını göstərib. Ayrıca Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı” devizi altında keçirilən birgə taktiki-uçuş təlimlərində iştirak edib.
Qəhrəman pilotun şəhidliyi
2019-cu il iyulun 24-ü saat 22:00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus “MiQ-29” təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb.Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb. Hərbi təyyarənin Xəzər dənizinə düşməzdən əvvəl havada yad cisimlə (quş və ya quş dəstəsi) toqquşduğu deyildi.
Təyyarənin axtarış ərazisinin təxmini sahəsi 600 kvadrat kilometr, dərinliyi 40 metrə qədər olub.
Təyyarə və pilotun axtarışları üçün Türkiyə və Rusiyadan mütəxəssis və avadanlıqlar cəlb olunub.
Azərbaycan Müdafiə Nazirliyinin həmin il avqustun 19-da verdiyi məlumata görə, təyyarənin qara qutusu tapılıb. Bir gün sonra isə pilotun nəşi tapılıb. 2019-cu 21 avqust tarixində Rəşad Atakişiyevin nəşi İkinci Fəxri Xiyabanda dəfn edilib.
7 may 2021-ci ildə hərbi pilot polkovnik-leytenant Rəşad Atakişiyevə şəhid statusu verilib. Ailəli idi. Vətənə yadigar iki övladı qalıb.
Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən göstərdiyi xidmətlərə görə ölümündən sonra təltif olunduğu Azərbaycan Respublikasının “Şücaətə görə” medalı ərəfəsində polkovnik-leytenant R.Atakişiyevin ailəsinə təqdim edilib.
Pilotun ölümü ilə bağlı əfsanə və rəvayətlər
Həmin dönəmdə Rəşad Atakişiyevin qayınatası Qabil Hüseyinli açıqlamasında deyib ki, pilotun nəşi tapılaraq sudan çıxarıldıqdan sonra atasından və anasından DNT analizi üçün nümunələr götürüldü: "Pilotun bədəninin hissələri deformasiya olunmuş halda tapılıb. Əvvəlcə bir ayağı sonra isə təyyarənin gövdəsindəki oturacağında bədəninin digər hissələri aşkar olunub. Pilotun oturacağı iki hissəyə parçalansa da, təyyarənin gövdəsində qalıb və bədən hissələri oradan tapılıb.
Həmçinin oxuyun
Bəli, o gündən bu günə qədər heç kim Rəşad Atakişiyevin ölümündə “quş”ları günahkar hesab etmədi. Böyük ehtimalla bu hadisənin qəsdən törədildiyi deyildi. Hətta təyyarənin raketlə vurulma ehtimalı daha böyük idi.
Həmin vaxt Rusiyanın əməkdar sınaqçı pilotu, MiQ təyyarələrini sınaqdan keçirən peşəkar mütəxəssis Maqomed Tolboyev bildirdi ki, Rusiyanın istehsalı olan və döyüş şəraitinin ekstremal situasiyalarına tab gətirməyə hesablanan MiQ-29 hərbi təyyarəsinin quş və ya quş dəstəsiylə toqquşma nəticəsində qəzaya uğramasının ehtimalı çox cüzidir:"Quş və ya quş dəstəsiylə toqquşaraq MiQ-29 qəzaya uğraya bilərmi?" sualına rusiyalı pilotun cavabı belə olub: "Yox. Yox! Bu, nağıldır! MiQ-29 heç vaxt quşlara görə qəzaya uğramayıb!"
Hərbi məsələlər üzrə şərhçi Üzeyir Cəfərov BBC News Azərbaycancaya deyib ki, onun itkin düşmüş qırıcı ilə bağlı bir neçə iddiası var və bu iddialar qırıcı barədə suallara aydınlıq gətirilənə qədər qüvvədədir.
"Mənim fərziyələrimdən biri odur ki, Azərbaycan qırıcısı Xəzər dənizi üzərində təlim uçuşları həyata keçirən zaman ona Rusiya Cənub Hərbi Dairəsinin Radio Elektron Qoşunlarının cihazları təsir edə bilər. Qəzanı araşdıran komissiya bu iddianı yoxlamalıdır".
Ehtiyatda olan polkovnik deyib ki, "bu avadanlıqların funksiyası qarşı tərəfin radio-elektron avadanlıqlarına ziyan vermək, onların düzgün işləməsinə mane olmaqla onları sıradan çıxarmaqdan ibarətdir".
Onun sözlərinə görə, təcrübəli pilot polkovnik-leytenant Rəşad Atakişiyev hərbi hissənin rəhbərlərindən biri olub və bu qəzada pilot səhvi inandırıcı görünmür.
"Qırıcının elektron avadanlıqlarına uzaq məsafədən təsir mümkün olan haldır. Rusiyanın malik olduğu "Krassuxa-4", "Leyer-3" və digər bu kimi avadanlıqlar təyyarələrə 300-600 km məsafədən təsir etmək imkanlarına malikdir".
Ehtiyatda olan Tərlan Eyvazov mediaya açıqlamasında deyib ki, itkin düşmüş qırıcının axtarışından yayılan fotoşəkilərdən və məlumatlardan o qənaətə gəlib ki, MiQ-29 partlayaraq parçalanıb, katapult isə işləməyib.
Cənnətdəki doğum günün mübarək olsun, cəsur Rəşad Atakişiyev!
Əntiqə Rəşid
14:29 / 28 Yanvar 2026
18
14:15 / 28 Yanvar 2026
436
14:07 / 28 Yanvar 2026
89
14:04 / 28 Yanvar 2026
48
14:01 / 28 Yanvar 2026
101
13:57 / 28 Yanvar 2026
30
13:47 / 28 Yanvar 2026
35
13:44 / 28 Yanvar 2026
41
13:22 / 28 Yanvar 2026
121
13:15 / 28 Yanvar 2026
160
13:11 / 28 Yanvar 2026
62
13:04 / 28 Yanvar 2026
81
13:02 / 28 Yanvar 2026
61
12:52 / 28 Yanvar 2026
236
12:40 / 28 Yanvar 2026
50
12:32 / 28 Yanvar 2026
263
12:26 / 28 Yanvar 2026
83
12:21 / 28 Yanvar 2026
214
12:03 / 28 Yanvar 2026
1545
11:33 / 28 Yanvar 2026
70
11:28 / 28 Yanvar 2026
62
11:25 / 28 Yanvar 2026
289
11:17 / 28 Yanvar 2026
212
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.