Yağışlı hava ilə bağlı AÇIQLAMA
03 Oktyabr 2026, 13:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3893
06.01.2026, 23:06
Azərbaycan Mərkəzi Bankı (AMB) yerli banklara kapitalını Bazel III standartlarına uyğunlaşdırmaq üçün 1 il vaxt verib. Qurumun dekabrın 16-da qəbul etdiyi qərarla "Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları" dəyişdirilib.
Bu addım "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası" çərçivəsində bank sektorunun dayanıqlığının gücləndirilməsi və beynəlxalq standartlara uyğunluğun artırılması məqsədini daşıyır.
Dəyişikliklərlə bank kapitalının strukturu, kapital adekvatlığı əmsalları, kapital buferləri və digər tələblər Bazel III standartlarına uyğunlaşdırılıb. Banklara yeni qaydalara uyğunlaşmaq, daxili prosedurlarını yeniləmək və təlimlər keçmək üçün 1 illik keçid dövrü verilib.
1 yanvar 2027-ci ildən bu tələblərə tam riayət edilməlidir.
Bəs görəsən, bu tələbə uyğunlaşmayan bankları nə gözləyir? Bağlanan banklar ola bilərmi?
İqtisadçı-ekspert Əkrəm Həsənov Sfera.az-a açıqlamasında bildirib ki, Azərbaycan banklarının böyük əksəriyyəti beynəlxalq standartlara uyğunlaşdırılıb:
“Bu o demək deyil ki, Bazel III standartları Azərbaycanda yeni tətbiq olunub. Əslində, beynəlxalq bank sektorunda Bazel I və Bazel II standartları mövcud olub, ardıcıl olaraq qəbul olunub və tətbiq edilib. Hazırda isə Bazel III standartları qüvvədədir və Azərbaycan bank sistemi də mərhələli şəkildə bu standartlara uyğunlaşdırılıb. Bazel III standartları əsasən bankların kifayət qədər kapitala malik olmasını nəzərdə tutur ki, onların qarşısında duran risklər – kredit, bazar və əməliyyat riskləri – effektiv şəkildə idarə olunsun. Bu standartlar dünyada bir çox ölkələrin bank sistemində artıq tətbiq olunub və Azərbaycan banklarının da əvvəl-axır bu tələblərə uyğunlaşması zərurət idi”.
Ekspertin sözlərinə görə, hazırda ölkəmizdə bankların əksəriyyəti Bazel III prinsiplərinə riayət edir:
“Bazel III standartlarına riayət etməyən banklara isə 1 il müddətində uyğunlaşmaq üçün vaxt verilib. Bu müddət ərzində standartlara əməl etməyən banklar üçün bir sıra tədbirlər nəzərdə tutulur. Ən sərt tədbir bankın bağlanması ola bilər, lakin bu son hədd hesab olunur. Alternativ olaraq, həmin bank digər sağlam banklarla birləşdirilə və ya satıla bilər. Əgər bank rəhbərliyi həm standartlara əməl etməyəcək, həm də digər banklarla birləşmək istəməyəcəksə, o zaman bağlanma qaçılmaz olur. Beləliklə, Azərbaycan bank sektoru beynəlxalq tələblərə uyğunlaşmaq istiqamətində sistemli addımlar atır. Bu proses həm maliyyə dayanıqlığını artırır, həm də əhalinin və biznesin banklara inamını gücləndirir. Bazel III standartları sayəsində banklar öz kapital bazasını gücləndirir, risklərin idarə olunmasını təmin edir və potensial böhranlara qarşı dayanıqlı olur”.
13:06 / 03 Oktyabr 2026
34
13:04 / 03 Oktyabr 2026
39
11:50 / 03 Oktyabr 2026
43
11:35 / 03 Oktyabr 2026
47
11:24 / 03 Oktyabr 2026
80
11:19 / 03 Oktyabr 2026
177
11:14 / 03 Oktyabr 2026
53
11:10 / 03 Oktyabr 2026
54
11:07 / 03 Oktyabr 2026
60
10:59 / 03 Oktyabr 2026
59
10:55 / 03 Oktyabr 2026
70
10:50 / 03 Oktyabr 2026
79
10:34 / 03 Oktyabr 2026
81
10:30 / 03 Oktyabr 2026
69
10:26 / 03 Oktyabr 2026
564
10:20 / 03 Oktyabr 2026
361
10:18 / 03 Oktyabr 2026
64
10:13 / 03 Oktyabr 2026
523
10:11 / 03 Oktyabr 2026
66
10:07 / 03 Oktyabr 2026
86
09:45 / 03 Oktyabr 2026
80
09:18 / 03 Oktyabr 2026
297
09:15 / 03 Oktyabr 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.