Sürücülərin NƏZƏRİNƏ: Benzinlə bağlı MÜHÜM XƏBƏR
14 May 2026, 18:17
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
598
06.01.2026, 21:29
"Azərbaycanın yeraltı su ehtiyatları hesablamalara görə 8–10 milyard kubmetr təşkil edir. Lakin təsdiqlənmiş və real istifadə oluna bilən potensial cəmi 4,5–5 milyard kubmetr civarındadır. Bu göstərici o qədər də böyük deyil və əsas problemlərdən biri də suvarma və içməli su məqsədləri üçün yeraltı su ehtiyatlarından həddindən artıq istifadə olunmasıdır".
Oxu24.com xəbər verir ki bunu Demokrat.az-a açıqlamasında ekoloq Sadiq Həsənov deyib.
O, bildirib ki, yerüstü su ehtiyatlarının azalması fonunda Naxçıvan, Aran rayonları, Qərb bölgəsi, eləcə də Şəki, Zaqatala, Balakən və Şamaxı ərazilərində yeraltı sular suvarma məqsədilə intensiv şəkildə istifadə olunur:
"Hətta bəzi hallarda bu sular içməli su ilə yanaşı, kənd təsərrüfatında da geniş tətbiq edilir. Nəticədə yeraltı su ehtiyatları azalır, su layları zəifləyir və yerin altında torpaq qatlarının boşalması prosesi başlayır. Bu boşalma isə müəyyən ərazilərdə torpaq çökmələrinə səbəb olur və bu proseslərin davamlı olacağı istisna edilmir".
Ekoloq bildirib ki, iqlim dəyişmələrinin təsiri bu vəziyyəti daha da ağırlaşdırır:
"Azərbaycanın su ehtiyatları artıq 10 faizdən çox azalıb. Bu azalma həm yerüstü, həm də yeraltı su ehtiyatlarını əhatə edir və nəticədə torpaq sürüşmələri, çökmələr, əkin sahələrinin və digər təsərrüfat ərazilərinin zədələnməsi halları artır. Torpaq sürüşmələrinin əsas səbəblərindən biri də daşqınlardır. Son illərdə yağıntıların ümumi miqdarı kəskin dəyişməsə də, onların intensivliyi xeyli artıb. Əvvəllər bir neçə ay ərzində yağan yağışlar indi bir-iki günə düşür və bu da daşqınların yaranmasına gətirib çıxarır. Daşqınların sayı və təsir gücü əvvəlki illərlə müqayisədə 3–4 dəfə artıb".
Onun sözlərinə görə, bu proses xüsusilə sürüşməyə meyilli bölgələrdə, Şəki, Şamaxı, İsmayıllı, Göyçay, Qəbələ, Oğuz və ətraf rayonlarda torpaq sürüşmələrini daha da gücləndirir:
"Nəticədə torpağın münbit qatları itir, əkin sahələri və digər təsərrüfat fəaliyyətləri ciddi zərər görür. Ümumilikdə, əsas səbəblər iqlim dəyişikliklərinin təsiri, su ehtiyatlarının azalması, əhalinin suya tələbatının artması və yeraltı laylarda su ehtiyatlarının tükənməsi ilə bağlıdır. Bu amillər torpaq çökmələrinin və sürüşmələrin baş verməsinə gətirib çıxarır".
Ekoloq, qeyd edib ki, vəziyyətdən çıxış yolu ilk növbədə su ehtiyatlarından qənaətlə istifadə edilməsidir:
"Bu, həm yerüstü, həm də yeraltı su ehtiyatlarına aiddir. Çünki Azərbaycan su ehtiyatları baxımından kasıb ölkələr sırasındadır. Hazırda adambaşına düşən su ehtiyatı 1300–2000 kubmetr arasında dəyişir ki, bu da ölkəmizi az su ehtiyatına malik ölkələr siyahısına daxil edir. Halbuki dünya üzrə bu göstərici 3000 kubmetrdən yuxarıdır. Su ehtiyatlarının azalması yeraltı sulara təzyiqi artırır və onların istifadəsini zəruri edir. Bu isə nəticə etibarilə su səviyyəsinin aşağı düşməsinə, torpaq qatlarının çökməsinə, sürüşmələrə və bəzi ərazilərdə boşluqların yaranmasına səbəb olur".
Qeyd edək ki, son günlər ölkənin müxtəlif bölgələrində, xüsusən əkin sahələrində dərinliyi təxminən beş-altı metr olan çuxurların yarandığı bildirilir.
18:23 / 14 May 2026
5
18:17 / 14 May 2026
37
17:55 / 14 May 2026
44
17:35 / 14 May 2026
50
17:30 / 14 May 2026
47
17:05 / 14 May 2026
72
17:04 / 14 May 2026
57
16:51 / 14 May 2026
69
16:45 / 14 May 2026
59
16:40 / 14 May 2026
66
16:35 / 14 May 2026
151
16:29 / 14 May 2026
220
16:27 / 14 May 2026
57
16:21 / 14 May 2026
798
16:14 / 14 May 2026
74
16:08 / 14 May 2026
160
16:06 / 14 May 2026
67
16:01 / 14 May 2026
95
15:57 / 14 May 2026
67
15:45 / 14 May 2026
71
15:39 / 14 May 2026
76
15:32 / 14 May 2026
131
15:28 / 14 May 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.