Bu qurumda bir neçə şöbə ləğv edildi, yeni idarə yaradıldı
14 May 2026, 20:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
5110
06.01.2026, 16:04
"Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində son yeddi il ərzində 5 sosial islahat paketin icra edildiyini və bu islahatların 4 milyon vətəndaşımızı əhatə etdiyini bildirib. Yalnız ötən il reallaşan 5-ci sosial pakket 3 milyondan çox vətəndaşımızı əhatə etməklə ölkəmizdə sosial təminat sisteminin daha güclənməsinə xidmət etdi. 2025-ci ilki artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılıb. Bu isə o deməkdir ki, yalnız 2020-ci ildən sonra Azərbaycan Prezidentinin göstərişi ilə reallaşan paketlərə 7.6 milyard manat əlavə vəsait yönəldilib".
Oxu24.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, 2024-cü ildə respublika üzrə orta aylıq əmək haqqı 8.1 faiz artmışdısa, ötən ilin ilk 10 ayında artım 9.4 faiz olub:
"2025-ci ilin yekun nominal orta aylıq əmək haqqı artım fazinin fevral ayının əvvəllərində rəsmi elan ediləcəyi gözlənilir. İlkin gözlənti 9.2 faiz maaş artımıdır. Bu isə o deməkdir ki, bu aydan etibarən bütün növ pensiyaların indeksləşdirilərək artırılması baş verəcək. 9.2 faiz artırılacağı gözlənilən pensiya artımları 1 milyon 100 mindən çox vətəndaşımıza şamil olunaraq yanvar ayından hesablanacaq. Bu bütün növ əmək pensiyalarını, o cümlədən yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyaları alan bütün vətəndaşlarımıza şamil olunacaq. Bu həmçinin o deməkdir ki, 540 manat məbləğində orta pensiya alan vətəndaşımızın pensiyasında bu aydan 50 manata yaxın artım olacaq. Yanvar ayının artımı fevral ayını artımı ilə birlikdə ödəniləcək".
"Nəticədə, 2026-cı ildə Azərbaycanda orta aylıq pensiyanın təxminən 590 manat olacağı proqnozlaşdırılır, yaşa görə orta pensiya isə 629 manata çatacaq və bu məbləğ 2025-ci illə müqayisədə 7.9%-dən çox artım deməkdir. 2026-cı ilin dövlət büdcəsindən sosial istiqamətə 17.1 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu il büdcə xərclərinin 41 faizindən çoxu sosial istiqamətə yönələcək. Bu, 2026-cı ildə də sosial təminatın güclənməsinin əsas prioritetlərdən olacağından xəbər verir", deputat əlavə edib.
20:31 / 14 May 2026
1
20:28 / 14 May 2026
12
20:19 / 14 May 2026
13
20:16 / 14 May 2026
35
20:15 / 14 May 2026
22
20:10 / 14 May 2026
30
20:09 / 14 May 2026
45
19:59 / 14 May 2026
38
19:56 / 14 May 2026
328
19:52 / 14 May 2026
36
19:47 / 14 May 2026
41
19:32 / 14 May 2026
51
19:30 / 14 May 2026
94
19:18 / 14 May 2026
59
19:14 / 14 May 2026
69
19:09 / 14 May 2026
61
18:56 / 14 May 2026
69
18:40 / 14 May 2026
74
18:17 / 14 May 2026
83
17:55 / 14 May 2026
84
17:35 / 14 May 2026
76
17:30 / 14 May 2026
71
17:05 / 14 May 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.