Bakı-Qazax yolunda faciə
18 Fevral 2026, 02:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1331
06.01.2026, 15:57
Dana, qoyun, quzu ətinin qiyməti baha olduğu üçün insanlar arasında toyuq ətinə daha çox üstünlük verildiyi məlumdur.
Oxu24.com xəbər verir ki, toyuq ətinə tələbat artdıqca bəzi işbazların da ağlına gələn bəd əməllər dövriyyəyə girir.
Beləki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Müşfiq küçəsi, ev 3 ünvanında fiziki şəxs Salahov Şahin Salam oğluna məxsus quş kəsimi sexinin fəaliyyəti məhdudlaşdırılıb.
Deməli, bu ünvanda qanunsuz fəaliyyət göstərən quş kəsimi sexində toyuq məhsullarından götürülmüş nümunələr laborator sınağa götürülüb və “kənd toyuğu” təəssüratı yaratmaq məqsədilə toyuqların Tartrazin (E102) qida əlavəsindən istifadə edilərək sarı rəngə boyadıldığı aşkarlanıb.
Təbii ki, qanun pozuntusu dövlət orqanları tərəfindən nəzarətə götürülüb. Qanunu pozan da cəzasını alacaq.
Ama gəlin görək bu Tartrazin (E102) nədir?
Tartrazin dərman və kosmetik vasitələrdə, eləcə də bəzi qida məhsullarında istifadə olunan sintetik sarı boyadır, insanlarda həssaslıq və allergiya kimi yan təsirlərə malikdir.
Əslində bu ilk hadisə deyil, illər öncə Hövsan qəsəbəsinin Hövsankənd ərazisində qeyri-qanuni fəaliyyət göstərən buna bənzər bir obyekt aşkar olunmuşdu və haqqında ölşü götürülmüşdü.
Həmçinin oxuyun
Amma toyuq ətinə müdaxilə bununla bitmir
Bəzi mənbələrin verdiyi məlumatlara görə, toyuq ətinə kimyəvi müdaxilə hələ inkubasion dövrdə başlayır. Yumurtaları xüsusi defizinfektantlarla işləyirlər. Cücələri isə vaksin və antibiotiklərlə yetişdirirlər.Vaksinasiya cücələri xəstəliklərdən qorumaq üçündür. Bu metod kütləvi aparılır. Sexdə aerozolla səpilir və ya suya dərman qatılır.
Əslində bütün vaksinlər insan və heyvanlar üçün təhlükəsizdir və sertifikatı olmalıdır. Lakin təhlükə ondadır ki, vaksin üçün keyfiyyətsiz, ucuz preparatlar seçilir, toyuqlar immunizasiyaya hazırlanmır.
Artıq düzgün olmayan vaksinasiyadan keçmiş toyuğun əti keyfiyyətsiz olur. Antibiotiklər isə toyuqları sağ-salamat yetişdirmək üçün lazımdır. Ona görə toyuqlara kurs şəklində antibiotiklər verilir. Antibiotikli ətin isə insan orqanizminə fəsadları çoxdur:
-İnsanın qaraciyər, böyrək, həzm orqanlarını zədələyir, işini pozur
-Allergik insanlarda kəskin reaksiyalar verir
-Amma ən pisi hər dəfə toyuq əti yedikcə insan müəyyən miqdar antibiotik dozası alır. Bu da insanda antibiotiklərə qarşı davamlılıq yaradır. Yəni birdən insan bronxit və ya pnevmoniya olsa, ona toyuqlara verilən antibiotik növlərində dərmanlar təsir etməyəcək.
-Toyuqların yemi: burda zəhərli pestisidlərdən tutmuş qadın hormonu estrogenlərə kimi hər şey qatılır. Bunlar hamısı toyuğun sürətlə çəki yığması üçündür.
-Toyuq filesi çox yeyən qadınlarda bu səbəbdən hormonal disbalans, menstruasiya pozğunluğu, sonsuzluq yarana bilər.
-Hormonal qatqılar immuniteti çökdürür, dəridə səpkilər yaradır, uşaqlarda isə cinsi yetişlənlik inkişafdan qalır.
Mütəxəssislər həm də iddia edir ki, broylerdə istifadə olunan yemin tərkibi geni dəyişdirilmiş orqanizmlərdən ibarət olduğu üçün toyuqlar 45 gün ərzində yetişdirilir və artıq 46 gün kəsilməyən toyuqlar öz-özlüyündə ölür.
Bütün dünyada, eləcə də qabaqcıl Avropa ölkələrində broyler təssərrüfatında istifadə edilən yemlərin tərkibinə çoxlu sayda dərman vurulur. Hətta bu dərman sayının 59 olduğu bildirilir. 2002-ci ildə BMT-nin qəbul etdiyi Karfagen Biogüvənlik Protokolu dərmanlardan kütləvi şəkildə istifadəni qadağan edir. Standartlara görə, ətlik toyuqlar kəsimə gedəcəksə, 7 gün əvvəl antibiotik və dərmanlı qidaların verilməsi dayandırılmalıdır.
Əntiqə Rəşid
02:13 / 18 Fevral 2026
32
23:51 / 17 Fevral 2026
79
23:36 / 17 Fevral 2026
137
23:30 / 17 Fevral 2026
116
23:13 / 17 Fevral 2026
57
23:10 / 17 Fevral 2026
77
23:10 / 17 Fevral 2026
57
23:03 / 17 Fevral 2026
59
23:00 / 17 Fevral 2026
67
22:56 / 17 Fevral 2026
66
22:52 / 17 Fevral 2026
232
22:39 / 17 Fevral 2026
91
22:13 / 17 Fevral 2026
65
22:09 / 17 Fevral 2026
136
22:01 / 17 Fevral 2026
170
21:57 / 17 Fevral 2026
205
21:55 / 17 Fevral 2026
91
21:54 / 17 Fevral 2026
92
21:50 / 17 Fevral 2026
69
21:41 / 17 Fevral 2026
78
21:29 / 17 Fevral 2026
111
21:23 / 17 Fevral 2026
142
21:20 / 17 Fevral 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.