Bakıda avtobus aşıb:Yaralılar var
03 Oktyabr 2026, 14:32
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
650
06.01.2026, 11:49
“Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib ki, Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli bir gün ölkənin müxtəlif yerlərinə, bəlkə də, bütövlükdə ölkəyə tətbiq oluna bilər. Cənab Prezident əlavə edib ki, “çünki bu da operativ, çevik və daha az məmurun iştirakını tələb edən üsuli-idarə metodudur”.
Oxu24.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
O vurğulayıb ki, Prezidentin bu açıqlaması yerli idarəetmə strukturunun təkmilləşdirilməsinin davam etdirləcəyi baxımdan vacib bəyanatdır.
“Paytaxt ilə regionlar arasında iqtisadi fərqin minimumlaşdırılması üçün yerli idartəetmə sistemində islahatların davam etdirilməsi aktual məsələlərdəndir. Regionlarda formalaşdırılan infrastrukturun daha çox dəyərə çevirlməsi üçün struktur islahatların rolu heç də az deyil.
Aydındır ki, yeni dövrün yeni tələbləri var. Bu tələblər isə struktur islahatları nəticəsində bögələrimizə daha çox sərmayənin cəlb edilməsini aktuallaşdırıb. Hazırda Azərbaycan 14 iqtisadi rayon var. Bununla belə, Bakı şəhərindəki, Naxçıvan MR-dəki rayonlar daxil olmaq respublikada 76 rayon mövcuddur (12-si Bakıda, 7-si Naxçıvan MR-də, 57-si respublika tabeli rayon). Göründüyü kimi, rayonların sayı iqtisadi rayonların sayından 5.4 dəfə çoxdur.
Bütün bunlar kontekstində isə, cənab Prezidentin rəhbərliyi ilə struktur və institutsional islahatların davam edəcək. Bu isə Azərbaycan üçün yeni dövrün yeni hədəflərinə uyğun olaraq yeni idarəetmə modeli deməkdir”.
15:54 / 03 Oktyabr 2026
1
14:32 / 03 Oktyabr 2026
475
14:15 / 03 Oktyabr 2026
65
14:10 / 03 Oktyabr 2026
71
13:06 / 03 Oktyabr 2026
92
13:04 / 03 Oktyabr 2026
70
11:50 / 03 Oktyabr 2026
95
11:35 / 03 Oktyabr 2026
67
11:24 / 03 Oktyabr 2026
100
11:19 / 03 Oktyabr 2026
492
11:14 / 03 Oktyabr 2026
67
11:10 / 03 Oktyabr 2026
69
11:07 / 03 Oktyabr 2026
73
10:59 / 03 Oktyabr 2026
74
10:55 / 03 Oktyabr 2026
83
10:50 / 03 Oktyabr 2026
94
10:34 / 03 Oktyabr 2026
104
10:30 / 03 Oktyabr 2026
84
10:26 / 03 Oktyabr 2026
681
10:20 / 03 Oktyabr 2026
452
10:18 / 03 Oktyabr 2026
88
10:13 / 03 Oktyabr 2026
643
10:11 / 03 Oktyabr 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.