Lənkəran rayonunda 7 tələbənin imtahanda halı pisləşib.
"Report"un Cənub Mərkəzinin məlumatına görə, hadisə Lənkəran Dövlət Universitetində (LDU) imtahan sessiyası zamanı qeydə alınıb.
Belə ki, ali təhsil müəssisəsində maliyə və iqtisadiyyat ixtisasları üzrə qiyabi təhsil alan II kurs tələbələri - Yardımlı rayon sakini, 2000-ci il təvəllüdlü Ulduz Elçin qızı Kərimlinin halı pisləşib. Ona ilkin tibbi yardım göstərildikdən sonra təcili yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Bundan sonra LDU-nun daha 6 qiyabi təhsil alan tələbəsi xəstəxanaya müraciət edib.
LDU-nun sosial məsələlər üzrə prorektoru Kamran Kazımov "Report"un yerli bürosuna bildirib ki, ali təhsil müəssisəsindən halı pisləşən ilk tələbə üçün təcili yardım çağırılıb: "Digər 3 tələbə müəllimlərin köməyilə xəstəxanaya aparılıb. Daha 3 tələbə isə xəstəxanaya özləri müraciət ediblər. Onların müayinə və müalicəsi nəzarətimizdədir. Artıq bir nəfər evə buraxılıb".
Oxu24.com
ŞƏRHLƏR