Zeytunsevənlər üçün yaşıl işıq - Bakıda bayram
03 Oktyabr 2026, 22:53
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
755
03.01.2026, 18:01
Son günlər Azərbaycan-İran dövlət sərhədinin buraxılış məntəqələrində yük avtomobillərinin sıxlığının yaranması barədə məlumatlar yayılıb.
Oxu24.com APA-ya istinadən bildirir ki, Azərbaycanla İran arasında dövlət sərhədindən buraxılış məntəqələrində yük nəqliyyat vasitələrinin müşahidə olunan sıxlığının müzakirə olunması məqsədilə İran İslam Respublikası Azərbaycan tərəfinə müraciət edib.
Müraciətdən sonra hər iki ölkənin aidiyyəti qurumlarının nümayəndələri "Astara" dövlət sərhədi buraxılış məntəqəsində olaraq, mövcud vəziyyəti təhlil ediblər.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, sıxlıq, əsasən, İran İslam Respublikası tərəfində müşahidə olunur, ləngimələrə səbəb isə qarşı tərəfdə iş rejimindəki fasilələr və sərhədkeçmə proseslərində yaranan texniki məsələlərlə əlaqədardır.
Azərbaycan dövlət sərhədindən buraxılış məntəqələrində (Astara, Cənub-Astara, Biləsuvar) nəqliyyat vasitələrinin keçidi isə intensiv şəkildə təmin edilir, heç bir sıxlıq müşahidə olunmur.
Yeni istifadəyə verilmiş "Cənub-Astara" dövlət sərhədindən buraxılış məntəqəsi isə İran tərəfində təmir-tikinti işləri və texniki məsələlər yekunlaşmadığından tam gücü ilə fəaliyyət göstərə bilmir.
00:16 / 04 Oktyabr 2026
65
23:56 / 03 Oktyabr 2026
57
23:26 / 03 Oktyabr 2026
61
22:53 / 03 Oktyabr 2026
66
22:48 / 03 Oktyabr 2026
65
22:41 / 03 Oktyabr 2026
76
22:29 / 03 Oktyabr 2026
70
22:13 / 03 Oktyabr 2026
123
22:08 / 03 Oktyabr 2026
86
21:24 / 03 Oktyabr 2026
77
21:09 / 03 Oktyabr 2026
91
20:57 / 03 Oktyabr 2026
117
20:51 / 03 Oktyabr 2026
92
20:38 / 03 Oktyabr 2026
95
20:27 / 03 Oktyabr 2026
526
20:14 / 03 Oktyabr 2026
95
20:03 / 03 Oktyabr 2026
393
19:52 / 03 Oktyabr 2026
516
19:51 / 03 Oktyabr 2026
116
19:46 / 03 Oktyabr 2026
75
19:34 / 03 Oktyabr 2026
77
19:34 / 03 Oktyabr 2026
77
19:25 / 03 Oktyabr 2026
72
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.