5 BÜRC şanslı olacaq
14 Noyabr 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
4872
03.01.2026, 17:30
“Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilib.
Oxu24.com xəbər verir ki, Baş nazir Əli Əsədovun bununla bağlı müvafiq Qərarı 2026-cı il yanvarın 1-dən qüvvəyə minib.
Qərara əsasən, həqiqi hərbi xidmətdə (qulluqda) olmanın son yaş həddinə çatmasına, xəstəliyinə və ya ştatların ixtisarına görə hərbi xidmətdən buraxılan hərbi qulluqçulara (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə beş aylıq vəzifə və rütbə maaşı həcmində işdənçıxarma müavinəti ödəniləcək.
Məhkəmənin qərarı ilə xidmətdən buraxılanlar istisna olmaqla, hərbi xidmətdən başqa əsaslara görə buraxılmış hərbi qulluqçulara və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə iki aylıq vəzifə və rütbə maaşı həcmində işdənçıxarma müavinəti ödəniləcək.
Pensiya hüququ olmadan xidmətdən buraxılan, təqvimi xidmət müddəti dörd ildən az olan gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına və ədliyyə orqanlarının kiçik rəis və sıravi heyətinə mənsub şəxslərə bir aylıq vəzifə və rütbə maaşının 50 faizi həcmində, təqvimi dörd il və daha artıq xidmət edənlərə dörd il xidmətə görə bir aylıq vəzifə və rütbə maaşı və dörd ildən artıq xidmətin hər tam təqvim ili üçün əlavə olaraq bir aylıq vəzifə və rütbə maaşının 20 faizi həcmində, lakin ümumi məbləği iki aylıq vəzifə və rütbə maaşından çox olmamaqla işdənçıxarma müavinəti ödəniləcək.
Həmçinin, işdənçıxarma müavinəti hərbi qulluqçulara və ədliyyə orqanlarının orta, böyük və ali rəis heyətinə mənsub şəxslərə axırıncı vəzifəsi, hərbi və ya xüsusi rütbə üzrə maaşlardan, ədliyyə orqanlarının kiçik rəis və sıravi heyətinə mənsub şəxslərə axırıncı vəzifəsi üzrə verilən maaşdan hesablanacaq.
Gizirlərin, miçmanların, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının, ədliyyə orqanlarının kiçik rəis və sıravi heyətinə mənsub şəxslərin xidmət müddətində fasilələr olduğu halda, onlara işdənçıxarma müavinəti yalnız sonuncu xidmət müddəti nəzərə alınmaqla veriləcək.
Bununla yanaşı, pensiya hüququ olmadan həqiqi hərbi xidmətdə və ya ehtiyatda olmanın son yaş həddinə çatmasına, xəstəliyinə və ya ştat ixtisarına görə həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçulara işdənçıxarma müavinətinin hərbi rütbə üzrə verilməsi hərbi xidmətdən buraxıldığı gündən etibarən bir il ərzində davam edəcək.
Hərbi və xüsusi rütbə nəzərdə tutulmayan digər dövlət orqanlarında (qurumlarında), müəssisə və təşkilatlarda işləyən, iş yeri və orta aylıq əməkhaqqı saxlanılan səfərbərlik üzrə hərbi xidmətə (toplanışa) çağırılmış hərbi qulluqçulara və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə, habelə müddətli həqiqi hərbi xidmətdən birbaşa zabit hərbi rütbəsi verilməklə buraxılmış şəxslərə işdənçıxarma müavinəti verilməyəcək.
Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin sözügedən Qərarının bundan əvvəl qüvvədə olan variantında daxili işlər və ədliyyə orqanları bərabər tutulurdu. Belə ki, yuxarıdakı bəndlərdə ədliyyə orqanlarına aid edilənlər daxili işlər orqanlarına da şamil olunurdu. Lakin yeni Qərarla “daxili işlər” sözü yuxarıdakı maddələrdən çıxarılıb.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.