Baş nazirdən pensiyalarla bağlı QƏRAR: Dəyişən nədir?
03 Yanvar 2026, 17:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
382
03.01.2026, 10:28
Azərbaycan Yazıçılar Birliyinin Güney ədəbiyyatı komissiyasının sədri Sayman Aruzun vəzifədən kənarlaşdırılmasının İranın xüsusi xidmət orqanlarına necə təsir edəcəyi bəlli idi - illərlə yetişdirilib, formalaşdırılıb, Cənubda şeir yarışında qalib elan edib, sonra Eldar Mahmudovun nazir olduğu zaman milli təhlükəsizlik sistemində yaranmış boşluqdan sui-istifadə edərək, Azərbaycana göndərdiyi və burada böyütdüyü bir şəxsin “sıradan çıxarılması” yönündə ilk addım əlbəttə ki, ETTELAAT-ı qane etməyəcəkdi.
Buna görə də Sayman Aruz 23 dekabr 2025-ci ildə AYB-nin Cənubi Azərbaycan ədəbiyyatı komissiyasının rəhbəri statusundan məhrum edilən kimi İranın Azərbaycana qarşı yaratdığı “Səhər” kanalının dərhal reaksiyası gözlənilən idi.
Amma “Səhər” xüsusi canfəşanlığı ilə özünü ifşa etdi. Çünki adi məntiqlə sual yaranır: Sayman Aruzun müstəqil Azərbaycanın Yazıçılar Birliyində vəzifədən alınması və xalq şairi Sabir Rüstəmxanlının AYB-nin Güney komissiyasına rəhbərlik etməsi niyə “Səhər”i narahat etməlidir?
Məntiqlə bu komissiyaya Sayman Aruzun rəhbərlik etməsindən “Səhər” daha çox narahat olmalıdır: Sayman İranda böyüyüb, İran türməsi görüb (guya), təzyiqlərlə üzləşib (guya), İranı, ordakı ədəbi mühiti daha yaxşı izləmək imkanındadır, farscanı bilir, güneyli gənclərlə əlaqəsi daha genişdir və ilaxır. Belə bir şəxs AYB-nin Güney komissiyasına rəhbərlikdən uzaqlaşdırılırsa, əvəzində, özlərinin dediyi kimi, “79 yaşlı” (yəni “enerjisi tükənmiş”), farsca bilməyən, Güneydəki gənclərlə geniş əlaqəsi olmayan bir şəxs gəlirsə, “Səhər” niyə sevinmir? Niyə 48 yaşlı “enerjili” Sayman Aruzun çıxmasından və yerinə “yaşlı” adamın gəlməsindən zövq almır?
Sayman Aruz istedadlıdırmı? Xüsusi qabiliyyətə sahibdirmi?
Qətiyyən! Bu adamın xalq şairimiz də daxil olmaqla, bir çoxunun şeirini oğurlayıb kitabına salmasından tutmuş İranın farsca yazan müəlliflərinin əsərlərini azərbaycancaya çevirib özününküləşdirməsinə qədər, onlarla fakt dəfələrlə səsləndirilib, hətta bu adam AYB-nin adından güneylilərə diplomlar da satıb, ancaq heç nə Sayman Aruzun vəzifəsindən getməsinə səbəb olmayıb. Vaxtilə bu şəxsin PA-nın şöbə müdiri Əli Həsənovun təşəbbüsü ilə AYB-nin Güney komissiyasına rəhbər gətirildiyini də yazmışdıq - Əli Həsənov İranla rəsmi münasibətlərin qorunmasından məsul idi və Tehranın bəzi şərtlərini də burda tətbiq edirdi. Təsadüfi deyil ki, Güneydən yüzlərlə yazar, yaradıcı insan, hətta Azərbaycana sərmayə qoyan biznesmenin burada vətəndaşlıq alması qeyri-mümkündür; Azərbaycan Araz Elsəsin konsertinə belə “ikitərəfli münasibətləri pozmamaq üçün” imkan verməyib illərlə, o cümlədən yüzlərlə disident - onlardan bir çoxu Azərbaycan vətəndaşı ilə ailə qursa da - Azərbaycan vətəndaşlığını ala bilməyib. Ancaq nədənsə İrandan qaçan “disident”, İrana qarşı ən kəskin çıxışların müəllifi Sayman Aruz Azərbaycan vətəndaşı ola bilib, sonra da Araz sahilinə gedib, İrana barmağını uzadıb, lənət oxuyub, rəsmi kanalda bunu yaya bilib və İran dövləti nədənsə qəti etiraz etməyib. Əvəzində isə Sayman Aruz AYB-nin Güney komissiyasının rəhbəri vəzifəsindən çıxarılan kimi İranın mediası buna qarşı kampaniya başladır.
Axar.az-ın yazdığına görə,Sayman Aruz - vaxtilə yetişdirildiyi şəbəkənin layiqli davamçısıdır, necə ki, təmsil olunduğu qrup trollar ordusuna sahibdir, ölkə daxilində və xaricdə bu trollar xüsusi kanallarla maliyyələşir və lazım olanda aktivləşirlər. Bu troll dəstəsinin iş üslubuna baxmısınızmı?
Eyni üslubdur - ən pis, ən eybəcər söyüş, təhqirlərdən istifadə ilə qarşı tərəfi susdurmaq!
Tanış gəldimi bu üslub-sistem?
Sayman Aruz da vəzifədən alınan kimi həmin troll dəstəsi hücuma keçib və ən pis söyüşlərlə, təhqirlərlə hamilərinə sədaqətlərini göstərirlər.
Həmçinin oxuyun
İş o yerə çatır ki, AYB açıqlama yaymağa və bu troll şəbəkəsinə dəstək verən “AYB-dən qovulmuşlara” xəbərdarlıq etməyə məcbur olur.
Qəribə situasiyadır: Azərbaycan Yazıçılar Birliyi qurumdan qovulanların Sayman Aruzu müdafiə etməsi və AYB-ni, Anarı təhqir etməsini pisləyir və həmin açıqlamada bildirilir ki, Sayman Aruz “Güney ədəbiyyatının bilicisi kimi Anarın müşaviri vəzifəsinə davam edir”. Sanki troll sürüsünün söyüşləri qarşısında əlini qaldırıb, sahiblərinin vəzifədə qalmasını xatırlatmaqla aman diləyirlər.
Halbuki AYB - Anar müşavirini çağırıb tələb etməlidir ki, sənin “ətrafın” sayılanlar, həmişə sənə qarşı bir yazı, mövqe olan kimi, qarşı tərəfi ən pis söyüşlərlə təhqir edən trollar niyə indi AYB-ni söyür? Anar niyə müşavirindən tələb etmir ki, mənəvi dəyərlərə görə mənim AYB sıralarından qovduğum şəxs hansı zərurətdən sənin yanındadır və bu böyüklükdə qurumu, sədrini təhqirlərə qərq edir?
Sayman Aruzun xanımı o vaxt DAK rəhbərliyində təmsil olunurdu - Qulamrza Səbri Təbrizinin sayəsində. DAK rəhbərliyinə İrana getmək yasaqdır, “çünki”si hər kəsə aydındır. Üstəlik, bu xanım “disidentin” həyat yoldaşıdır.
O, niyə İrana, Tehrana və Təbrizə səfər etmişdi? Niyə Sayman Aruz xanımının İranda həbsi barədə Bakıda hay-küy qaldırmışdı? Niyə xanımı bu həbs xəbərini təkzib etdi və 15 gündən sonra Bakıya qayıdıb, heç nə olmadığını dedi? (Bu barədə ətraflı BURADA).
Bunları araşdıracaq qurum AYB deyil, ancaq Anar öz müşavirinin kimliyini bilməmiş olmaz - dünyagörmüş ziyalı, böyük intuisiyasi, erudisiyası olan yazıçıdır, istedadlı şəxsdir və hər kəsin kimliyini gözəl bilir.
Müşavirinin trollarının söyüşlərinə dözüm göstərməsinin də bir hikməti var yəqin!
Oxu24.com-un əldə etdiyi məlumata görə,Sayman Aruzun ali təhsili də yoxdur. O,orta ixtisas təhsilli zoobaytardır.Ali Təhsili olmayan biri Anarın müşaviri necə olub?
Mənbənin bildirdiyinə görə,AYB-də hazırda iki qruplaşma var.Qruplaşmanın birinə Sədrin baş müşaviri olan(Red-AYB-nin nizamnaməsində baş müşavir ştatı yoxdur.Bu məsələ də mübahisəli olaraq qalır) Rauf Aslanov,digərinə isə başqa bir şəxs rəhbərlik edir. Sayman Aruzun da məhz Rauf Aslanovun qrupunda yer aldığı qeyd olunur.Onların yaxın münasibətləri olduğu qeyd olunur.
Əldə etdiyimiz məlumata görə,hazırda AYB-də bir neçə şəxsin ali təhsili yoxdur.Bu haqda araşdırmanı təqdim edəcəyik.
Miri Məcidli
17:30 / 03 Yanvar 2026
1
17:25 / 03 Yanvar 2026
17
17:20 / 03 Yanvar 2026
24
17:04 / 03 Yanvar 2026
214
16:58 / 03 Yanvar 2026
107
16:51 / 03 Yanvar 2026
28
16:37 / 03 Yanvar 2026
63
16:21 / 03 Yanvar 2026
88
16:18 / 03 Yanvar 2026
115
16:07 / 03 Yanvar 2026
50
15:57 / 03 Yanvar 2026
448
15:01 / 03 Yanvar 2026
102
14:42 / 03 Yanvar 2026
718
14:33 / 03 Yanvar 2026
96
14:30 / 03 Yanvar 2026
78
14:07 / 03 Yanvar 2026
192
13:59 / 03 Yanvar 2026
1266
13:54 / 03 Yanvar 2026
111
13:46 / 03 Yanvar 2026
624
13:30 / 03 Yanvar 2026
2569
13:28 / 03 Yanvar 2026
118
13:20 / 03 Yanvar 2026
348
13:07 / 03 Yanvar 2026
95
12:55 / 03 Yanvar 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.