Zeytunsevənlər üçün yaşıl işıq - Bakıda bayram
03 Oktyabr 2026, 22:53
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1072
03.01.2026, 08:57
Kəlbəcər rayonu ərazisində müşahidə olunan əlverişsiz hava şəraiti güclü külək, şaxta və çovğunlu tufan səbəbindən Kəlbəcər şəhərinə elektrik enerjisinin verilməsində qısa müddətli fasilə yaranıb.
Oxu24.com xəbər verir ki, bu barədə Kəlbəcər Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nuranə Babayeva bildirib.
O qeyd edib ki, 01 yanvar tarixində hava şəraitinin kəskin pisləşməsi, güclü küləyin və şaxtanın təsiri nəticəsində İstisu elektrik xəttində qəza baş verib, bu hal enerji təminatında qısamüddətli fasiləyə səbəb olub:
"Qəzanın aradan qaldırılması məqsədilə aidiyyəti dövlət qurumlarının əməkdaşları dərhal əraziyə səfərbər olunmuşdur. Gecə saatlarında hava şəraitinin son dərəcə əlverişsiz olmasına baxmayaraq, operativ tədbirlər görülmüş, həyata keçirilən işlər nəticəsində səhər saat 07:00-dək nasazlıq tam aradan qaldırılmış və Kəlbəcər şəhərinə elektrik enerjisinin verilməsi bərpa edilmişdir.
Elektrik enerjisinin təminatında yaranmış qısa fasilə ilə əlaqədar olaraq ərazidə yaşayan əhalinin digər kommunal xidmətlərində hər hansı ciddi problem qeydə alınmamışdır. Əhali ilə mütəmadi olaraq əlaqə saxlanılmış, hava şəraiti və su təchizatı ilə bağlı zəruri təlimatlar operativ şəkildə çatdırılmışdır.
Yalnız üç mənzilin istilik sistemini təmin edən kombi aparatlarının çöl borularında donma halı müşahidə olunmuşdur. Operativ müdaxilə nəticəsində həmin borularda donma halı heç bir texniki zədələnmə baş vermədən aradan qaldırılmışdır.
Qeyd edirik ki, baş vermiş hadisə nəticəsində ərazidə hər hansı ciddi fəsad yaranmamışdır. Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyi və Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən rayon sakinləri elektrik, su, istilik və digər kommunal xidmətlərdən təhlükəsiz və düzgün istifadə qaydaları barədə mütəmadi olaraq məlumatlandırılır və zəruri təlimatlar verilir".
00:16 / 04 Oktyabr 2026
71
23:56 / 03 Oktyabr 2026
62
23:26 / 03 Oktyabr 2026
66
22:53 / 03 Oktyabr 2026
71
22:48 / 03 Oktyabr 2026
69
22:41 / 03 Oktyabr 2026
80
22:29 / 03 Oktyabr 2026
74
22:13 / 03 Oktyabr 2026
132
22:08 / 03 Oktyabr 2026
90
21:24 / 03 Oktyabr 2026
79
21:09 / 03 Oktyabr 2026
95
20:57 / 03 Oktyabr 2026
117
20:51 / 03 Oktyabr 2026
93
20:38 / 03 Oktyabr 2026
96
20:27 / 03 Oktyabr 2026
534
20:14 / 03 Oktyabr 2026
96
20:03 / 03 Oktyabr 2026
406
19:52 / 03 Oktyabr 2026
538
19:51 / 03 Oktyabr 2026
118
19:46 / 03 Oktyabr 2026
76
19:34 / 03 Oktyabr 2026
78
19:34 / 03 Oktyabr 2026
79
19:25 / 03 Oktyabr 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.