Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
04 Oktyabr 2026, 03:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
755
02.01.2026, 19:19
Avropada insan sağlamlığı və ətraf mühit üçün risk yaradan, ağır kimyəvi maddələr kimi tanınan perfloroalkil və polifloroalkil maddələrin (PFAS) bir sıra istehlak məhsullarının istifadəsi bugündən qadağan olunub.
Oxu24.com Bakupost.az-a istinadla xəbər verir ki, Avropa Birliyində 2020-ci ildən etibarən teflon örtüklərlə bağlı məhdudiyyətlər tətbiq olunsa da, bu məhsullar milyonlarla istehlakçı tərəfindən istifadədə qalmaqda idi. Rəsmi mediada dərc olunan yeni qərarnaməyə əsasən, 1 yanvardan başlayaraq teflon tavaların istifadəsi qadağan olunur. Qərarın əsas səbəbi bu məhsullarda PFAS maddələrinin yüksək miqdarda olmasıdır.
Yeni tənzimləməyə əsasən, bu gündən (yanvarın 1-i) etibarən tekstil məmulatları, ayaqqabılar, kosmetik məhsullar, eləcə də xizəklərdə istifadə olunan mum kimi bəzi istehlak mallarında PFAS maddələrinin istifadəsinə icazə verilməyəcək. Qaydalar birlik ərazisində istehsal edilən, satışa çıxarılan, idxal olunan və ixrac edilən yeni məhsullara şamil ediləcək.
Qadağa bütün məhsul kateqoriyalarını əhatə etmir. Ordu üçün nəzərdə tutulan xüsusi təhlükəsizlik avadanlıqları və strateji təyinatlı məhsullar tənzimləmədən kənarda saxlanılıb. Rəsmi qurumlar bu istisnaların milli təhlükəsizlik və müdafiə zərurəti ilə bağlı olduğunu bildirirlər.
Qərarnaməyə görə, 1 yanvar 2026-cı ilədək istehsal edilmiş və hazırda anbarlarda mövcud olan PFAS tərkibli məhsulların bazardan çıxarılması üçün şirkətlərə 12 aylıq keçid müddəti tanınıb. Bu dövrdə mövcud ehtiyatların satışına icazə veriləcək.
Mütəxəssislərin fikrincə, teflon tavaların istehsalında istifadə olunan kimyəvi maddələr bu qabların səthi cızıldıqda qidaya qarışaraq birbaşa insan orqanizminə daxil ola bilər. Xüsusilə yapışmanı önləyən bəzi maddələrin qalxanabənzər vəzin fəaliyyətini pozduğuna dair güclü elmi sübutların mövcud olduğu bildirilir.
Araşdırmalara görə, PFAS ailəsinə daxil olan perflorooktanoik turşunun (PFOA) qəbul edilməsi və ya orqanizmə sorulması müxtəlif sağlamlıq problemlərinə yol aça bilər. Orqanizmdə toplanan bu maddə laboratoriya şəraitində aparılan heyvan sınaqlarında reproduktiv və inkişaf pozuntuları, qaraciyər və böyrək xəstəlikləri, həmçinin immun sisteminə mənfi təsirlərlə əlaqələndirilib. Mütəxəssislər PFOA-nın doğuşa zərər verə biləcəyini və ana südü vasitəsilə körpələr üçün təhlükə yaratdığını qeyd edirlər.
03:58 / 04 Oktyabr 2026
1
00:16 / 04 Oktyabr 2026
93
23:56 / 03 Oktyabr 2026
69
23:26 / 03 Oktyabr 2026
75
22:53 / 03 Oktyabr 2026
76
22:48 / 03 Oktyabr 2026
70
22:41 / 03 Oktyabr 2026
90
22:29 / 03 Oktyabr 2026
80
22:13 / 03 Oktyabr 2026
149
22:08 / 03 Oktyabr 2026
99
21:24 / 03 Oktyabr 2026
84
21:09 / 03 Oktyabr 2026
102
20:57 / 03 Oktyabr 2026
124
20:51 / 03 Oktyabr 2026
98
20:38 / 03 Oktyabr 2026
100
20:27 / 03 Oktyabr 2026
567
20:14 / 03 Oktyabr 2026
100
20:03 / 03 Oktyabr 2026
454
19:52 / 03 Oktyabr 2026
579
19:51 / 03 Oktyabr 2026
124
19:46 / 03 Oktyabr 2026
80
19:34 / 03 Oktyabr 2026
81
19:34 / 03 Oktyabr 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.