Evini ChatGPT vasitəsilə satdı: 100 min dollar daha çox qazandı
24 Mart 2026, 18:29
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1153
02.01.2026, 18:22
Türkiyədə dünən - ilin ilk günündə yüz minlərlə insan Qalata körpüsündə toplaşaraq Fələstində yaşanan faciələrə son qoyulmasını tələb edərək " Qəzza tək deyil" deyə haray saldı.
Və bütün ərəb dünyasının gözləri Türkiyəyə tikildi. Çünki, Türkiyə Gənclik Vəqfi İstanbulda “Qəzzaya ədalət” yürüşdə 400-ə yaxın qeyri-hökumət təşkilatının dəstəyi ilə 520 min insanın qatılmışdı.
Qəzza İsrail tərəfindən bombalanandan sonra - yəni 2023-cü ildən başlayaraq, 22 ərəb dövlətinin heç biri Türkiyə qədər Fələstini müdafiə etmədi, onun üçün səsini çıxartmadı.
Bu müharibədən sonra Türkiyə-ilə İsrail arasında soyuq yellər əsməyə başladı.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev Oxu24.com-un məsələ ilə bağlı “ərəblər bu qayğıya dəyirmi?”sualını cavablandırır:
- Müharibədə əziyyət çəkən dinc əhalinin halına baxanda ürəkdən təəssüf hissi keçirirəm. Xüsusən, uşaqların və qadınların ölümü məni üzür. Amma bu münaqişədə arxamız, qardaşımız olan Türkiyənin başqa bir dövlətlə, məsələn, dostumuz İsraillə qarşıdurma yaşamasını qətiyyən arzulamıram.
Əslində tarix bizə çox şeyləri başa salıb. 1916-1922-ci illərdə Böyük Britaniyanın Baş naziri olmuş Devid Lloyd Corc ilə Osmanlı İmperiyası tarixində əhəmiyyətli rol oynamış hərbçi və siyasi xadim Ənvər Paşa arasında gizli bir müqavilə olub. Həmin müqavilə yazılıb: “Müqaviləyə görə, Ərəbistan müstəqil olacaq. Ermənistan və Suriya Osmanlı İmperiyası daxilində muxtar bir status qazanacaq: Mesopotamiya və Fələstin Misir kimi müharibədən əvvəl Osmanlı hakimiyyəti altına girəcək, ancaq ingilislərin himayəsində olacaq: Çanaqqaladan keçmək azadlığı təmin ediləcək”.
Lakin fələstinli ərəblər buna razı olmadılar və türklərin deyil, ingilis-fransızların himayəsinə sığındılar . Daha sonra həmin illərdə Osmanlı dövlətinin Fələstində ingilislərə məğlub olmasında Şərif Hüseyn adlı üsyançı ərəbin silahlı dəstəsinin böyük əməyi oldu. Bu da bir qanlı xəyanət idi.
11 dekabr 1917-ci ildə Britaniya generalı Edmund Allenbi (Birinci Vikont) Qüdsə şəhərin Həzrəti İbrahim qapısından daxil olaraq təslim açarını alıb. Bu gündən etibarən 400 ildən çox Osmanlının idarəçiliyində olan Qüds itirildi”.
Həmçinin oxuyun
Xatırladaq ki, 22 ərəb dövləti, ümumilikdə 354.503 milyon ərəbin öz soylarından olan fələstin ərəblərini qorumursa bu Türkiyənin də problemi olmamalıdır. 1916- ildə ərəblərə ingilislərin, fransızlar əsarətindən qorumağa gəlmiş Osmanı İmperiyasının 400 min əsgərindən 300 minini öldürərərək onların başların kəsmişdilər. Fransa və Böyük Britaniya işğalçılarının yalan vədlərinə inananaraq türklərə xəyanət etdilər. Ərəblər üçün dostu, müttəfiqi itirmək lazım deyil.
SON OLARAQ: səlibçi tarixçilər yazır:”Türk Ordusu Dera və Dəməşq istiqamətində şimala çəkilərkən, Dera Tafas kəndi ətrafında Lourens yanındakı ərəb qoşunlarına hücum etdi. Döyüşçülər! Aranızda ən yaxşınız ən çox türkü öldürəndir. Siz əsir düşməyəcəksiniz. Təslim olmaq istəyən hər kəsi öldürəcəksən. Hamısını öldürün! Hamısını öldürün!
Sonra ərəb sərkərdələri olan Təllal, Auda və Nasır bədəvi əsgərlərinə eyni şəkildə dedilər: “Əsir götürməyin! Bütün türkləri öldürəcəyik! — deyə əmr etdi və icra etdi. Həmçinin Təllal geri çəkilmiş türk əsgərlərini təqib edərkən, “su, su” deyən türk əsgərinin başına güllə vurub öldürdü və yol boyu gücdən düşmüş digər türk əsgərlərini adamları ilə birlikdə amansızcasına qətlə yetirdi.
“Bütün cəsədləri bir çuxura atdılar və kəsilmiş başları sayaraq onların nə qədər olduğunu bilmək üçün düşərgəyə gətirdilər. Yalnız Misir xəlifəsinin səfirlərinə məxsus dörd ata yüklənmiş başlar sahilə göndərildi (1979-cu ildə İstanbulda nəşr olunan Tarixi Həqiqətlər kitabı)
Əntiqə Rəşid
18:37 / 24 Mart 2026
17
18:33 / 24 Mart 2026
24
18:29 / 24 Mart 2026
28
18:26 / 24 Mart 2026
82
18:20 / 24 Mart 2026
26
18:13 / 24 Mart 2026
255
18:08 / 24 Mart 2026
31
18:06 / 24 Mart 2026
128
17:38 / 24 Mart 2026
123
17:34 / 24 Mart 2026
50
16:45 / 24 Mart 2026
46
16:30 / 24 Mart 2026
57
16:21 / 24 Mart 2026
549
16:14 / 24 Mart 2026
75
16:11 / 24 Mart 2026
320
16:06 / 24 Mart 2026
216
16:04 / 24 Mart 2026
80
15:59 / 24 Mart 2026
62
15:54 / 24 Mart 2026
79
15:45 / 24 Mart 2026
283
15:22 / 24 Mart 2026
1723
15:15 / 24 Mart 2026
270
14:39 / 24 Mart 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.