Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
04 Oktyabr 2026, 03:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
739
02.01.2026, 14:13
Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun alimləri bu il Günəş aktivliyinin azalacağını proqnozlaşdırsalar da, geomaqnit fırtınalarının sayında azalma gözləmirlər.
Oxu24.com xəbər verir ki, bu barədə institutun direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Yuri Yasyukeviç “Rossiyskaya qazeta”ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, orta hesabla 11 il davam edən 25-ci Günəş aktivliyi dövrü artıq 2024-cü ildə pik həddə çatıb və hazırda enmə mərhələsinə keçib. Bu mərhələdə Günəşdə aktiv bölgələrin sayı azalır və onun maqnit sahəsinin strukturu sadələşir. Lakin bu proses Yer kürəsində geomaqnit aktivliyin azalacağı anlamına gəlmir.
Yasyukeviç qeyd edib ki, oxşar vəziyyət 23-cü Günəş dövrü zamanı da müşahidə olunub. Modellərə əsasən, geomaqnit aktivlik səviyyəsi təxminən 2025-ci il səviyyəsində qala bilər.
Alim xatırladıb ki, geomaqnit pozuntularının pik dövrü adətən Günəş aktivliyinin maksimumundan iki-üç il sonra baş verir. Məsələn, 23-cü dövr 2002-ci ildə pik həddə çatdıqdan sonra, 2003-2005-ci illərdə xeyli sayda güclü geomaqnit fırtınası qeydə alınıb.
Hazırkı vəziyyət də əsasən oxşar qiymətləndirilir. Günəşdə aktiv bölgələrin sayı azalır, lakin bu, kosmik havanın sabit və sakit olacağı demək deyil. Bu səbəbdən institut artıq mümkün hadisələri izləmək üçün müvafiq elmi avadanlıqlar hazırlayır.
Eyni zamanda, 2025-ci ilin sonunda Günəşdə alovlanma aktivliyində gözlənilməz artım müşahidə olunub. İlin son günlərində aktivlik artsa da, partlayışların əksəriyyəti Günəş-Yer xəttindən uzaqda baş verdiyi üçün Yerə yaxın kosmik mühitə ciddi təsir göstərməyib.
İstisna isə Günəşin şimal yarımkürəsində yerləşən 4317 nömrəli aktiv bölgə olub. Məhz bu ərazidə ilin sonunda iki güclü partlayış da daxil olmaqla bir sıra alovlanmalar qeydə alınıb. Modelləşdirmə nəticələrinə görə, bu partlayışlar nəticəsində kosmosa atılan orta güclü plazma buludu Yerə təxminən üç gün ərzində çatıb.
03:58 / 04 Oktyabr 2026
1
00:16 / 04 Oktyabr 2026
93
23:56 / 03 Oktyabr 2026
69
23:26 / 03 Oktyabr 2026
75
22:53 / 03 Oktyabr 2026
76
22:48 / 03 Oktyabr 2026
70
22:41 / 03 Oktyabr 2026
90
22:29 / 03 Oktyabr 2026
80
22:13 / 03 Oktyabr 2026
149
22:08 / 03 Oktyabr 2026
99
21:24 / 03 Oktyabr 2026
84
21:09 / 03 Oktyabr 2026
102
20:57 / 03 Oktyabr 2026
124
20:51 / 03 Oktyabr 2026
98
20:38 / 03 Oktyabr 2026
100
20:27 / 03 Oktyabr 2026
567
20:14 / 03 Oktyabr 2026
100
20:03 / 03 Oktyabr 2026
454
19:52 / 03 Oktyabr 2026
579
19:51 / 03 Oktyabr 2026
124
19:46 / 03 Oktyabr 2026
80
19:34 / 03 Oktyabr 2026
81
19:34 / 03 Oktyabr 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.