5 BÜRC şanslı olacaq
14 Noyabr 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
849
02.01.2026, 00:30
Hazırda oxunan: D Vitamini - Faydaları, çatışmazlıq əlamətləri və artıran qidalar
D vitamini kalsiumun bədən tərəfindən sorulmasına kömək edərək sümüklərin güclənməsində həlledici rol oynayır. O, sümüklərin incəlməsinin və sümük əriməsinin (osteoporoz) qarşısını alır. İki əsas forması vardır: k2 və D3.
Oxu24.com xəbər verir ki, D Vitamini səviyyəsini sürətlə qaldırmaq üçün üç mənbədən istifadə olunur:
Hər gün 15-30 dəqiqə günəş altında qalmaq (dərinin birbaşa təması ilə).
Yağlı balıqlar və zənginləşdirilmiş qidaların istehlakı.
Əksiklik şiddətli olduqda həkim nəzarəti ilə qəbul edilən preparatlar (səviyyənin normallaşması adətən 4-6 həftə çəkir).
Təbiətdə D vitaminin ən zəngin mənbəyi balıqlardır.
Yağlı balıqlar: Qızılbalıq (somon), tunes (ton), skumbriya, nərə balığı, sardiniya.
Dəniz məhsulları: İlbiz və krevet.
Heyvan mənşəli qidalar: Balıq qaraciyəri yağı (treska yağı), mal qaraciyəri, yumurta sarısı, pendir.
Zənginləşdirilmiş qidalar: Bəzi süd məhsulları, soya südü, badam südü, portağal şirəsi və yulaf əzməsi.
Çatışmazlıq Əlamətləri
Əgər bədəninizdə D vitamini azdırsa, aşağıdakı simptomları hiss edə bilərsiniz:
Əzələ və sümük ağrıları;
Xroniki yorğunluq və depressiya;
Əllərdə və ayaqlarda qarışqa gəzməsi hissi;
Saç tökülməsi və iştahsızlıq;
Yaraların gec sağalması və tez-tez sümük qırıqları.
D Vitamini Səviyyəsi Nə Qədər Olmalıdır?
Qan analizi zamanı nəticələr belə qiymətləndirilir:
Yetərli: 20 ng/mL (50 nmol/L) və yuxarı.
Çox aşağı: 12 ng/mL (30 nmol/L) altı (sümükləri zəiflədir).
Həddindən artıq yüksək: 50 ng/mL (125 nmol/L) yuxarı (sağlamlıq problemlərinə yol aça bilər).
Gündəlik Ehtiyac (IU ilə)
0-12 ay: 400 IU
1-70 yaş: 600 IU
71 yaşdan yuxarı: 800 IU
Hamilə və süd verən analar: 600 IU
Artıq Miqdarın Zərərləri
D vitamininin normadan çox olması (toksiklik) ürəkbulanma, qusma, böyrək daşları, əzələ zəifliyi və ağır hallarda böyrək çatışmazlığına və ya ürək ritminin pozulmasına səbəb ola bilər.
Ona görə də yüksək dozalı preparatlar yalnız həkim məsləhəti ilə qəbul edilməlidir.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.