Müəllimlərin maaşı artacaq, amma hamının yox
15 Noyabr 2026, 07:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
668
31.12.2025, 00:56
Rumıniyanın dövlət şirkəti "Hidroelectrica" 1982-ci ildə istismara verilmiş Bredişor Su Elektrik Stansiyasının (SES) genişmiqyaslı modernizasiyası ilə bağlı tender elan edib.
Oxu24.com Haqqin.az-a istinadən xəbər verir ki, işlərin icrası üçün əsas üç iddiaçı arasında keçmiş “Azərenerji” rəhbəri Etibar Pirverdiyevlə əlaqələndirilən "Azenco" şirkətinin də yer aldığı konsorsium da var.
Rumıniya KİV-lərinin məlumatına görə, layihə üzrə investisiyanın ilkin dəyəri 106 milyon avro həcmində qiymətləndirilir.
SES-in modernizasiyası ilə bağlı ilk tender 2022-ci ildə elan edilib. Həmin vaxt layihənin dəyəri 36 milyon avro olaraq müəyyənləşdirilmişdi. Lakin bu məbləğə rekonstruksiya aparmağa hazır podratçı tapılmadığından müsabiqə ləğv olunub. 2023-cü ildə Rumıniyanın dövlət şirkəti smetanı yenidən nəzərdən keçirərək onu 86 milyon avroya qaldırsa da, bu qiymət də potensial icraçıların marağına səbəb olmayıb. 2024-cü ilin payızında elan olunan üçüncü tenderdə isə layihənin başlanğıc dəyəri artıq 106 milyon avronu ötüb.
Modernizasiya çərçivəsində Hidroelectrica Bredişor SES-in istismar müddətini ən azı 30 il uzatmağı, həmçinin stansiyanın 115 meqavat layihə gücündə sabit fəaliyyətini təmin etməyi planlaşdırır.
Tenderdə iştirak üçün üç müraciət daxil olub. Birinci müraciət İsrailin 1979-cu ildə yaradılmış və ölkənin ən böyük mühəndis şirkətlərindən biri olan Baran Group-a daxil Baran Israel Ltd. şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən təqdim edilib. Bu layihədə subpodratçı qismində Enevo Group-a daxil olan rumın şirkətləri, East European Business Center konserni, bu yaxınlarda Fransanın Vinci holdinqi tərəfindən satın alınmış Energobit Cluj şirkəti, eləcə də turbin və generator istehsalı üzrə ixtisaslaşan Ukraynanın dövlət şirkəti Ukrainian Energy Machines çıxış edir.
İkinci təklif Rumıniyanın Electromontaj şirkəti ilə Xorvatiyanın Končar Electrical Industry şirkətinin yaratdığı assosiasiyadan daxil olub. Bu konsorsiumda subpodratçı rolunu Rumıniyanın Butan Grup şirkəti oynayır.
Üçüncü iddiaçı isə rumıniyalı məsləhətçi şirkət Best Achiziții SRL (sahibi Mihaela Neagu) və Azərbaycanın mühəndis-tikinti şirkəti Azenco tərəfindən formalaşdırılmış konsorsiumdur. Bu konsorsiumda subpodratçı qismində Ukraynanın Ukrainian Energy Machines şirkəti, Ukrhydroproject layihə təşkilatı, Türkiyənin transformator istehsalçısı Balıkesir Elektromekanik, eləcə də Rumıniyanın SSG Fire & Rescue, Metabet CF və Forest Electro Grup 2002 şirkətləri yer alır.
Qeyd edək ki, “Azərenerji”yə Etibar Pirverdiyevin rəhbərlik etdiyi dövrdə Azenco Azərbaycanda iri enerji infrastruktur layihələrinin, eləcə də dövlət büdcəsi hesabına maliyyələşdirilən digər işlərin icrasında fəal iştirak edib. Söhbət elektrik stansiyalarının, hidrotexniki qurğuların, su bəndlərinin və digər obyektlərin tikintisindən gedir. Bundan başqa, Azenco Bakıda yaşayış komplekslərinin inşası üzrə layihələr də həyata keçirib.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.