Müəllimlərin maaşı artacaq, amma hamının yox
15 Noyabr 2026, 07:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
6491
31.12.2025, 00:58
Tədqiqatçılar 100 yaşdan yuxarı fərdlər üzərində apardıqları araşdırmalar zamanı qan qrupları ilə ömür uzunluğu arasında diqqətçəkən əlaqə aşkarlayıblar.
Oxu24.com xəbər verir ki, araşdırmaya görə, 0 (O) qan qrupu digərləri ilə müqayisədə daha uzunömürlülüklə əlaqələndirilir. Mütəxəssislər bildirirlər ki, təkcə qan qrupu uzun ömür üçün həlledici amil olmasa da, sağlam həyat tərzi ilə birlikdə bu faktor mühüm rol oynaya bilər.
Aparılan elmi tədqiqatlarda 0 qan qrupuna malik şəxslərin bir çox xəstəliklərə qarşı daha davamlı olduğu müəyyən edilib. Qan qrupları yüksək təzyiq, yoluxucu xəstəliklər və xərçəng riski ilə əlaqələndirilir və 0 qan qrupu ümumilikdə ən sağlam qan qrupu hesab olunur.
Böyük Britaniyada aparılan yeni araşdırmada London Universitetinə bağlı Royal Holloway Universitetinin alimləri qan qrupları ilə müxtəlif xəstəliklər arasında əlaqə tapıblar. Tədqiqat qan qrupunu müəyyən edən genlərin beyində qan laxtalanması riski (CVT) ilə əlaqəli ola biləcəyini göstərib.
882 nəfər üzərində aparılan araşdırmada AB qan qrupuna malik şəxslərdə CVT riskinin digər qruplara nisbətən orta hesabla 5,6 dəfə yüksək, 0 qan qrupunda isə bu riskin yarıbayarı az olduğu müəyyən edilib.
Vorvik Universitetinin virusoloqu və molekulyar onkologiya professoru Lorens Yanq qeyd edib ki, qan qrupunu müəyyən edən molekullar qan laxtalanma mexanizminə birbaşa təsir göstərə bilər. Onun sözlərinə görə, hüceyrə membranındakı zülallar ürək-damar xəstəliklərinə həssaslığı artıra və ya azalda bilər.
Mütəxəssislər xatırladırlar ki, 100 yaşına çatan insanların ortaq xüsusiyyətləri arasında müntəzəm fiziki aktivlik, balanslı qidalanma, stressin düzgün idarə olunması, güclü sosial əlaqələr, həyata müsbət baxış və genetik amillər mühüm yer tutur. Qan qrupu isə bu amillərdən yalnız biri hesab olunur.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.