Prezident sərəncam imzaladı
05 Oktyabr 2026, 21:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1738
30.12.2025, 01:53
"Türkiyə və bir sıra Avropa ölkələrində bələdiyyələrin icra hakimiyyətlərində mühüm rol oynaması idarəetmədə səmərəliliyi artırır. Bu modelin Azərbaycanda da tətbiqi mümkün olsa da, əsas maneə mərkəzləşmiş idarəetmə sistemindən imtina ilə bağlı siyasi iradənin olub-olmamasıdır”.
Oxu24.com xəbər verir ki, bu fikirləri iqtisadçı Asif İbrahimov Konkret.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycanda idarəetmədə əsas problemlərdən biri üfüqi və şaquli məsuliyyətin düzgün bölüşdürülməməsidir. Eyni və ya oxşar funksiyaları yerinə yetirən qurumların həddən artıq çox olması həm büdcə yükünü artırır, həm də rüşvət və korrupsiya risklərini yüksəldir:
“Azərbaycanda bir-birini təkrarlayan, oxşar funksiyalar həyata keçirən qurumlar çoxdur. Bu strukturların bir hissəsi ləğv edilməli, bir hissəsi isə birləşdirilməlidir. Bu addım həm dövlət xərclərini azaldar, həm də korrupsiya mənbələrinin aradan qaldırılmasına xidmət edər”.
İqtisadçı qeyd edib ki, hazırkı sistemdə icra hakimiyyətləri, icra nümayəndəlikləri və bələdiyyələr paralel fəaliyyət göstərir ki, bu da idarəetmədə səmərəsizlik yaradır. Halbuki Azərbaycan Avropa Şurasına üzv olarkən hakimiyyətin əks-mərkəzləşdirilməsi ilə bağlı öhdəliklər götürmüşdü.
Asif İbrahimovun sözlərinə görə, bələdiyyə institutu Azərbaycanda formal xarakter alıb:
“Bələdiyyələr faktiki olaraq zibil pulu və torpaq vergisi yığımı ilə məşğuldur. Halbuki əvvəllər onların özünü maliyyələşdirmə imkanları vardı – torpaq satışı, yerli təbii resurslardan əldə olunan gəlirlər, otel rüsumları, reklam lövhələrindən daxilolmalar və s. Sonradan qanunvericiliyə edilən dəyişikliklərlə bu səlahiyyətlər məhdudlaşdırıldı”.
O, bildirib ki, Almaniya, Fransa və İngiltərə kimi ölkələrdə, eləcə də Türkiyə modelində yerli özünüidarəetmə orqanları real səlahiyyətlərə malikdir. Azərbaycanda da Türkiyə idarəetmə sisteminin fundamental elementlərini tətbiq etmək mümkündür.
İqtisadçının fikrincə, rayon icra hakimiyyətləri artıq köhnəlmiş idarəetmə modelidir və funksional baxımdan effektsiz qurumlara çevrilib:
“Bu gün icra hakimiyyətlərinin əsas funksiyaları tədbirlərin təşkili və seçkilər zamanı səfərbərlikdir. Bir sıra səlahiyyətlər, o cümlədən yerli idarəetmə ilə bağlı öhdəliklər bələdiyyələrə verilə bilər. Bu da idarəetməni sadələşdirər və daha çevik sistem yaradılar”.
Asif İbrahimov hesab edir ki, bələdiyyələrin gücləndirilməsi və icra hakimiyyətlərinin səlahiyyətlərinin azaldılması Azərbaycanda idarəetmədə boşluqların aradan qaldırılması üçün əsas addımlardan biri ola bilər.
Həmçinin oxuyun
21:40 / 05 Oktyabr 2026
1
21:37 / 05 Oktyabr 2026
6
21:26 / 05 Oktyabr 2026
25
21:18 / 05 Oktyabr 2026
36
21:11 / 05 Oktyabr 2026
34
21:05 / 05 Oktyabr 2026
54
20:59 / 05 Oktyabr 2026
74
20:53 / 05 Oktyabr 2026
60
20:50 / 05 Oktyabr 2026
70
20:47 / 05 Oktyabr 2026
452
20:41 / 05 Oktyabr 2026
60
20:15 / 05 Oktyabr 2026
68
19:54 / 05 Oktyabr 2026
92
19:49 / 05 Oktyabr 2026
88
19:34 / 05 Oktyabr 2026
188
19:20 / 05 Oktyabr 2026
74
19:03 / 05 Oktyabr 2026
96
19:00 / 05 Oktyabr 2026
145
18:42 / 05 Oktyabr 2026
102
18:35 / 05 Oktyabr 2026
134
18:29 / 05 Oktyabr 2026
79
18:21 / 05 Oktyabr 2026
84
18:08 / 05 Oktyabr 2026
77
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.