Azərbaycana güclü QAR YAĞIB
04 Oktyabr 2026, 12:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
943
29.12.2025, 23:57
Dekabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində uşaqlar üçün bayram şənliyi təşkil olunub.
Oxu24.com xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər.
Müxtəlif uşaq evlərində və internat məktəblərində tərbiyə alan, sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təşkil olunan şənliyin əsas məqsədi azyaşlılar üçün bayram əhvali-ruhiyyəsi yaratmaq, onlara sevinc dolu anlar yaşatmaq olub.
Bayram proqramı çərçivəsində balacalar üçün Yeni il personajlarının və sevimli nağıl qəhrəmanlarının iştirakı ilə əyləncəli oyunlar, interaktiv tədbirlər və musiqili proqramlar təşkil olunub.
Tədbir zamanı, həmçinin Leyla Əliyevanın təşəbbüsü ilə uşaqlar üçün bu il hazırlanan “Göyərçin” jurnalının Yeni ilə həsr olunmuş xüsusi buraxılışı da təqdim olunub. 1958-ci ildən etibarən nəşr olunan “Göyərçin” jurnalı ibtidai sinif şagirdləri və məktəbəqədər yaş qrupuna aid olan azyaşlı oxucular üçün aylıq jurnal kimi çap edilir. Jurnalın baş redaktoru Əməkdar mədəniyyət işçisi, professor Rafiq Yusifoğludur. Bayram şənliyi çərçivəsində təqdim edilən bu nəşr tədbirdə iştirak edən uşaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Şənlik zamanı “Göyərçin” jurnalından nağıl və şeirlər səsləndirilib, uşaqlar müxtəlif müsabiqə və oyunlarda fəal iştirak ediblər.
Şənlikdə iştirak edən Xalq artisti Faiq Ağayev öz repertuarından mahnılar ifa edib, Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva uşaqlarla birgə rəqs edib, əyləniblər.
Bugünkü şənlik Xalq artistinin doğum gününə təsadüf etdiyindən o, bu özəl gününü uşaqlarla birgə qeyd edib, onlarla tort üzərindəki şamları üfürüb.
Şənlik zamanı, həmçinin 2 və 3 saylı uşaq evləri sosial xidmət müəssisələrinin sakinləri öz rəqs məharətlərini nümayiş etdiriblər.
Sonda uşaqlarla birgə tort kəsilib, onlara müxtəlif bayram hədiyyələri təqdim edilib. Bununla yanaşı, uşaqlara "Göyərçin" jurnalının xüsusi buraxılışı da hədiyyə olunub.


13:15 / 04 Oktyabr 2026
17
12:55 / 04 Oktyabr 2026
42
12:48 / 04 Oktyabr 2026
53
12:31 / 04 Oktyabr 2026
47
12:13 / 04 Oktyabr 2026
769
12:10 / 04 Oktyabr 2026
411
11:22 / 04 Oktyabr 2026
53
11:14 / 04 Oktyabr 2026
109
11:08 / 04 Oktyabr 2026
775
10:49 / 04 Oktyabr 2026
99
10:22 / 04 Oktyabr 2026
402
10:20 / 04 Oktyabr 2026
55
09:49 / 04 Oktyabr 2026
66
03:58 / 04 Oktyabr 2026
121
00:16 / 04 Oktyabr 2026
155
23:56 / 03 Oktyabr 2026
91
23:26 / 03 Oktyabr 2026
91
22:53 / 03 Oktyabr 2026
110
22:48 / 03 Oktyabr 2026
89
22:41 / 03 Oktyabr 2026
119
22:29 / 03 Oktyabr 2026
113
22:13 / 03 Oktyabr 2026
258
22:08 / 03 Oktyabr 2026
147
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.