Azərbaycana güclü QAR YAĞIB
04 Oktyabr 2026, 12:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
660
29.12.2025, 23:31
Kredit borcları ilə bağlı yaranan suallar insanları ən çox maraqlandıran mövzulardandır. Bəs, kredit götürən və zamin duran şəxslərin hər ikisi vəfat edərsə, kredit borcu silinə bilər?
İqtisadçı Asif İbrahimov Metbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda kredit borcu məsələsi Mülki Məcəllə ilə tənzimlənir və bu sahədə yanaşma əsasən dünya praktikası ilə uzlaşdırılıb:
“Bazis prinsiplər ondan ibarətdir ki, dünyanın əksər ölkələrində necə tətbiq olunursa, Azərbaycanda da eyni məntiq əsas götürülür və bu, Mülki Məcəllədə də açıq şəkildə göstərilib. Yəni kredit götürən və ya zamin duran şəxs vəfat etdikdə, borc onunla birlikdə avtomatik olaraq aradan qalxmır. Vəfat edən şəxsin varisləri varsa və onlar mirası qəbul edirlərsə, eyni zamanda onun borc öhdəliklərini də qəbul etmiş sayılırlar. Lakin burada mühüm bir şərt var ki, kredit borcunun məbləği mirasın dəyərindən artıq olarsa, artıq olan hissə varislərə şamil edilmir. Məsələn, vəfat edən şəxsin 20 min manat kredit borcu varsa, lakin miras olaraq qoyduğu əmlak – məsələn, bir avtomobil 14–15 min manat dəyərindədirsə, varis yalnız həmin məbləğ həddində məsuliyyət daşıyır”.
A.İbrahimov qeyd edib ki, Azərbaycanda dünya praktikasından əsas fərq isə zaminlərlə bağlıdır:
“Bir çox ölkələrdə zamin vəfat etdikdə, onun zaminlik öhdəliyi də başa çatmış hesab olunur. Azərbaycanda isə əksinə, həm kredit götürən, həm də zamin duran şəxs vəfat etdikdə, onların varisləri mirası qəbul edərsə, borc öhdəliklərinə də ortaq olurlar. Məhz bu məntiqlə kredit borcu məsələsi həyata keçirilir”.
13:15 / 04 Oktyabr 2026
17
12:55 / 04 Oktyabr 2026
42
12:48 / 04 Oktyabr 2026
53
12:31 / 04 Oktyabr 2026
47
12:13 / 04 Oktyabr 2026
769
12:10 / 04 Oktyabr 2026
411
11:22 / 04 Oktyabr 2026
53
11:14 / 04 Oktyabr 2026
109
11:08 / 04 Oktyabr 2026
775
10:49 / 04 Oktyabr 2026
99
10:22 / 04 Oktyabr 2026
402
10:20 / 04 Oktyabr 2026
55
09:49 / 04 Oktyabr 2026
66
03:58 / 04 Oktyabr 2026
121
00:16 / 04 Oktyabr 2026
155
23:56 / 03 Oktyabr 2026
91
23:26 / 03 Oktyabr 2026
91
22:53 / 03 Oktyabr 2026
110
22:48 / 03 Oktyabr 2026
89
22:41 / 03 Oktyabr 2026
119
22:29 / 03 Oktyabr 2026
113
22:13 / 03 Oktyabr 2026
258
22:08 / 03 Oktyabr 2026
147
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.