Azərbaycana 10,8 milyard dollarlıq investisiya: Hansı sahələrdə dəyişiklik olacaq?
04 Oktyabr 2026, 14:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2180
29.12.2025, 21:11
İbtidai sinif müəllimliyi üzrə peşə tanınmasında namizədlərdən 83 faizi uğursuz nəticə əldə edib
19 dekabr 2025-ci il tarixində DİM tərəfindən keçirilən “İbtidai sinif müəllimliyi” ixtisası üzrə peşə tanınması imtahanının nəticələri açıqlanıb. Namizədlərin 83%-i imtahandan uğursuz nəticə ilə ayrılıb.
Azərbaycanda ibtidai sinif müəllimliyi üzrə peşə tanınması imtahanı namizədlərin peşə hazırlığını ölçmək məqsədilə keçirilir.
Məsələ ilə bağlı təhsil eksperti Elşən Qafarov Oxu24.com-a açıqlamasında qeyd edib ki, əvvəlcə ibtidai sinif müəllimlərinin müəllim kimi hazırlığına diqqət edək:
“Bu gün bizim ali təhsil müəssisələrində ibtidai sinif müəllimliyi üzrə oxuyan gənclərimiz 4 il təhsil alırlar. Bu 4 ildə onlara öyrədilən bilik və bacarıqlar, yəni həmin ixtisas üzrə kreditlərdə göstərdiyi bilik və bacarıqlar müəllimlərin işə qəbulunda soruşulmur.
Nəzərə alsaq ki, təhsilin dövlət standartlarında göstərildiyi kimi ibtidai sinif müəllimləri 7 fəndən tədris edirlər. Bu fənlər Azərbaycan dili(Rus dili), Riyaziyyat, Həyat bilgisi, Musiqi, Texnologiya, Təsviri-incəsənət, Fiziki-tərbiyə dərsləridir.
Amma müəllimlərin işə qəbulunda iki fəndən ibtidai sinif müəllimlərinin işə qəbulunda dərs deyirlər.
Bu doğru yanaşma deyil.
Riyaziyyat və ya Azərbaycan dilini bilmək həmin şəxsin yaxşı müəllim olması demək deyil.
Eyni zamanda sertifikasiyada təqdim olunan 60 sualdan 10 sual metodika ilə bağlıdır. Bu da doğru deyil. Beynxəlxalq təcrübədə isə ən azı verilən sualların 40-50%-i metodika olur.
Hesab edirəm ki, bu kimi halların çox qeyd alınmaması üçün ilk növbədə pedaqoji sahədə kadr hazırlığının məzmununda dəyişiklik olmalıdır. Pedaqoji sahədə kadr hazırlığında istər ibtidai sinif, istər digər yuxarı siniflərdə dərs keçəcək kadrlara hər bir fənn üzrə tədrisin metodikası müasir tələblərə uyğun olaraq öyrədilməlidir. Eyni zamanda beynəlxalq tədris və tərbiyə modelləri öyrədilməlidir.
Nəinki, pedaqoji sahədə, hətta bütün sahələrdə əmək məcəlləsi öyrədilməlidir ki, kadrlar əmək qanunvericiliyinin tələblərinə riayət olunması öhdəliklərini bilsinlər”.
Çimnaz Telmanqızı
14:00 / 04 Oktyabr 2026
1
13:55 / 04 Oktyabr 2026
17
13:44 / 04 Oktyabr 2026
41
13:40 / 04 Oktyabr 2026
31
13:30 / 04 Oktyabr 2026
39
13:15 / 04 Oktyabr 2026
45
12:55 / 04 Oktyabr 2026
55
12:48 / 04 Oktyabr 2026
95
12:31 / 04 Oktyabr 2026
57
12:13 / 04 Oktyabr 2026
984
12:10 / 04 Oktyabr 2026
929
11:22 / 04 Oktyabr 2026
61
11:14 / 04 Oktyabr 2026
140
11:08 / 04 Oktyabr 2026
925
10:49 / 04 Oktyabr 2026
118
10:22 / 04 Oktyabr 2026
579
10:20 / 04 Oktyabr 2026
65
09:49 / 04 Oktyabr 2026
70
03:58 / 04 Oktyabr 2026
123
00:16 / 04 Oktyabr 2026
156
23:56 / 03 Oktyabr 2026
91
23:26 / 03 Oktyabr 2026
93
22:53 / 03 Oktyabr 2026
111
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.