Samir Şəfiyev:"Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birliyin parlaq təcəssümüdür"
29 Dekabr 2025, 17:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
428
29.12.2025, 15:11
Son günlər Azərbaycan Yazıçılar Birliyində (AYB) baş verən kadr dəyişikliyi təkcə ədəbi cameədə deyil, ümumilikdə ictimai-siyasi müstəvidə ciddi suallar doğurub. Güney Azərbaycan ədəbiyyatı komissiyasının sədri, 48 yaşlı şair Sayman Aruzun vəzifədən kənarlaşdırılaraq onun yerinə 79 yaşlı Xalq şairi Sabir Rüstəmxanlının təyin edilməsi cəmiyyətdə haqlı təəccüb və narazılıqla qarşılanıb.
Oxu24.com xəbər verir ki, məsələ təkcə yaş fərqində və ya şəxslərin kimliyində deyil. Sual doğuran əsas məqam bu qərarın necə, hansı əsaslarla və hansı təsirlərlə qəbul edilməsidir. Aparılan araşdırmalar göstərir ki, son illər Sayman Aruz sistemli şəkildə müxtəlif hücumlara məruz qalıb. Onun dövlət maraqlarına uyğun fəaliyyəti, xüsusilə Güney Azərbaycan mövzusunda prinsipial mövqeyi bəzi daxili və xarici dairələri ciddi şəkildə narahat edib.
Məhz belə bir fiqurun Yazıçılar Birliyindən uzaqlaşdırılması nəinki məntiqsiz, hətta təhlükəli presedent kimi dəyərləndirilməlidir. Daha da maraqlısı odur ki, bu qərardan bir neçə gün əvvəl bəzi xəbər saytlarında adları və soyadları bilinməyən şəxslərin Azərbaycan Yazıçılar Birliyinə müraciət edərək “Sayman Aruz bizi təmsil edə bilməz” məzmunlu məktub ünvanladıqları barədə məlumatlar yayılıb. Suallar da məhz buradan başlayır.
İctimaiyyəti narahat edən əsas məqam budur: Azərbaycan Yazıçılar Birliyində verilən qərarlar hansı ölkənin və hansı mərkəzin maraqları ilə uzlaşır? Əgər İrandan yönləndirilən, kimliyi bəlli olmayan müraciətlər əsasında Azərbaycanda fəaliyyət göstərən bir qurumda kadr dəyişiklikləri edilirsə, bu artıq sıradan təşkilati məsələ deyil, milli təhlükəsizlik müstəvisində qiymətləndirilməli ciddi siqnaldır.
“Azərbaycan Reallığı” saytının yazdığına görə,bu prosesdə AYB sədri Anarın mövqeyi də ayrıca sual doğurur. Onun bu açıq-aşkar mübahisəli qərara göz yumması yazıçı cameəsi daxilində ciddi narazılıq yaradıb. Təsadüfi deyil ki, tanınmış şair-publisist Mübariz Məsimoğlu özünün “Facebook” hesabında kəskin mövqe sərgiləyərək yazıb:
“Deyəsən, Azərbaycan Yazıçılar Birliyini Həmid Herisçi İrandan idarə edir. Belə olmasaydı, Anar qurultayın seçdiyi Saymanı vəzifəsindən götürüb katibliyin qərarı ilə Həmidi onun yerinə təyin etməzdi”.
Bu fikir emosional çıxışdan daha çox, cəmiyyətdə formalaşan real narahatlığın ifadəsidir. Əgər qurultayın seçdiyi şəxs heç bir rəsmi izahat verilmədən, qeyri-şəffaf mexanizmlərlə vəzifədən uzaqlaşdırılırsa, bu, AYB daxilində institusional böhranın göstəricisidir.
Artıq bu məsələ nə ədəbi intriqa, nə də daxili narazılıq kimi təqdim edilə bilər. Bu qərar istər hüquq-mühafizə orqanları, istərsə də müvafiq dövlət qurumları tərəfindən ciddi şəkildə araşdırılmalıdır. Əgər Azərbaycan Yazıçılar Birliyində qəbul edilən addımlar xarici təsirlərlə, xüsusilə də İran mərkəzli maraqlarla uzlaşırsa, bu, artıq açıq təhlükə siqnalıdır və gecikdirilmədən adekvat reaksiya verilməlidir.
Oxu24.com -un araşdırması zamanı məlum olub ki,Azərbaycan Yazıçılar Birliyinin Nizamnaməsinə uyğun olaraq AYB Sədrinin bir müşaviri ola bilər.Müşavir qurultayda səsvermə yolu ilə seçilir.AYB Sədrinin hazırda iki müşaviri var.Onlar Sayman Aruz və Rauf Aslanovdur.
Baş müşavir kimi təqdim olunan Rauf Aslanov barəsində mətbuatda zaman-zaman qalmaqallı xəbərlər yer alıb. Rauf Aslanovuna adı mediada tez-tez AYB üzvlərinin mənzil hüquqlarını tapdamaqda,AYB sədri Anarın hökümət telefonlarından şəxsi işləri üçün istifadə etməkdə və uzun illər sələmçilik fəaliyyəti ilə məşğul olmaqda hallanıb.O,həmçinin AYB-də Mənzil Komissiyasının sədridir.
Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən çıxan şair İlham Qəhrəman Rauf Aslanov barəsində mediada sərt ittihamlar səsləndirib. O,”Kulis.az” saytına verdiyi müsahibəsində Aslanovu “Anarın şəxsi makleri” adlandırıb.
Fotoda İlham Qəhrəmandır
Həmçinin oxuyun
“Raufun mənə dediyini olduğu kimi yazıram: "Evin qiyməti 150 mindir, gör, neynirsən..."
Yazıçılar Birliyindən çıxmaq haqda ərizə verəndən 1 ay sonra Raufa zəng etdim, məni 27 il üzv olduğum qurumdan ona inanıb hər şeydən məhrum olduğumu deyəndə, həmin sözü bir də təkrar etdi: "Məndən incimə, evin qiyməti 150 mindir..."
Mənim 150 minim olsaydı, elə bazardan balalarıma ev alaram, daha Anarın insafına bel bağlamaram. Mən nadir hallarda AYB-nə gedərdim. Bununla belə, haçan Raufun kabinetində olurdumsa, ancaq gələn zənglərə cavab verirdi: "Yevro remontdur, dənizə panoramı var və s." deyə İlham Qəhrəman müsahibəsində qeyd edir.
Göründüyü kimi,Azərbaycan Yazıçılar Birliyində dərin böhran baş verir.
Oxu24.com baş verənlərlə bağlı yazıda adı hallanan Rauf Aslanovla əlaqə saxlayıb.O,suallara ətraflı cavab verə bilməyəcəyini qeyd edib.
“Bu gün son iş günüdür.İşlərimiz çoxdur.Nizamnamədə bir müşavir olduğu yazılıb.Digər məsələləri kadrlar şöbəsi ilə əlaqə saxlayın”,-deyə o bildirib.
AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rzazadə də məsələyə münasibət bildirib.O,sədrin iki müşaviri ola bilərmi sualına cavab olaraq bildirib ki,katibliyin qərarı ilə və daxili əmrlə bu mümkündür
Mövzuya daha ətraflı araşdırma apardıqdan sonra qayıdacağıq.
Miri Məcidli
17:08 / 29 Dekabr 2025
10
17:03 / 29 Dekabr 2025
24
17:00 / 29 Dekabr 2025
19
16:53 / 29 Dekabr 2025
18
16:38 / 29 Dekabr 2025
34
16:13 / 29 Dekabr 2025
63
15:59 / 29 Dekabr 2025
40
15:56 / 29 Dekabr 2025
267
15:47 / 29 Dekabr 2025
37
15:41 / 29 Dekabr 2025
82
15:22 / 29 Dekabr 2025
381
15:03 / 29 Dekabr 2025
57
15:01 / 29 Dekabr 2025
48
15:00 / 29 Dekabr 2025
49
14:55 / 29 Dekabr 2025
51
14:43 / 29 Dekabr 2025
719
14:28 / 29 Dekabr 2025
152
14:24 / 29 Dekabr 2025
86
14:21 / 29 Dekabr 2025
56
14:19 / 29 Dekabr 2025
56
14:14 / 29 Dekabr 2025
65
14:11 / 29 Dekabr 2025
67
14:06 / 29 Dekabr 2025
64
14:04 / 29 Dekabr 2025
55
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.