Müəllimlərin maaşı artacaq, amma hamının yox
15 Noyabr 2026, 07:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
4732
29.12.2025, 11:37
“Gələn aydan etibarən qeyri-neft və qeyri-dövlət sektorunda çalışan vətəndaşlar üçün müəyyənləşdirilmiş fiziki şəxslərin gəlir vergisi ilə bağlı güzəştlərin müddəti başa çatır. “Vergi Məcəlləsinə” edilən dəyişikliklərə əsasən, növbəti ildən etibarən əməkhaqları 2500 manatadək olan vətəndaşlardan 3 faiz gəlir vergisi tutulacaq”.
Oxu24.com xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov şərh verib.
O qeyd edib ki, bütövlükdə bütün muzdlu işçilərə 200 manat vergi güzəşti tətbiq olunur: “Yəni əgər vətəndaşımız özəl sektorda çalışırsa və onun maaşı 1000 manatdırsa, o zaman gələn aydan etibarən onun ödədiyi gəlir vergisi 24 manat olacaq (1000 manat- 200 manat X 3 faiz).
Bununla yanaşı, bir sıra vətəndaşlarımızda güzəşt məbləği daha yüksək müəyyənləşib.
Şəhid statusu almış şəxslərin valideynlərinin, dul həyat yoldaşlarının və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manat məbləğində azaldılır. Yəni özəl sektorda çalışan həmin vətəndaşlarımız 800 manatadək, maaş alırlarsa heç bir vergi ödəməyəcəklər. 1000 manat maaş aldıqları halda isə, cəmi 6 manat (1000 manat-800 manat X 3 faiz) vergi ödəyəcəklər. Eyni güzəştlər vətən müharibəsi qəhrəmanlarına və milli qəhrəmanlara da şamil olunur”.
“Qazilərimiz, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış vətəndaşlarımızın gəlirindən isə 400 manat azaldılır. Yəni gələn ildən etibarən özəl sektorda onların maaşları minimum əməkhaqqı məbləğindədirsə, vergi ödəməyəcəklər. 1000 manat maaş aldıqları halda isə 18 manat (1000 manat- 400 manat X 3 faiz) vergi ödəyəcəklər.
Qanunvericiliklə birinci qrup əlilliyi olan vətəndaşlarımız, məcburi köçkünlər və bir sıra digər vətəndaşlarımız üçün də müəyyən vergi güzəştləri nəzərdə tutulur. Bütün bunlarla yanaşı, son illər ölkəmizdə orta aylıq əməkhaqqı məbləğlərində artım faizlərini nəzərə alaraq güzəşt məbləğlərinin artırılması məqsədəuyğun olardı”, - deputat əlavə edib.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.