Yas mərasimləri ilə bağlı YENİ QƏRAR – Bütün ölkə üzrə…
05 Fevral 2026, 23:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
564
26.12.2025, 23:00
Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadənin abituriyentlərlə bağlı çıxışı tənqidlərə səbəb olub. O, oxu.az-a müsahibəsində bildirib ki, uşaq nizam-intizamlıdırsa, öz üzərində işləməyi bacarırsa, repetitora ehtiyac yoxdur. “Bizim nəşr etdiyimiz dərs vəsaitlərini oxumaq kifayətdir”, – deyə qurum rəhbəri vurğulayıb.
Həqiqətən repetitorsuz ali məktəblərə hazırlaşmaq mümkündürmü?
Globalinfo.az-a danışan təhsil eksperti Elşən Qafarov deyib ki, Məleykə Abbaszadə uzun müddətdir ölkədə nisbətən şəffaf iş mexanizmi formalaşdırmış bir qurumun rəhbəridir:
“Bu gün DİM-də imtahanların texniki baxımdan dünya səviyyəsində keçirilməsi məhz onun idarəetmə bacarığının nəticəsidir. DİM sədri ölkədə təhsilin real vəziyyətini çox yaxşı bilir. Buna görə də hesab edirəm ki, bu çıxış elm və təhsil naziri Emin Əmrullayevə qarşı daha çox simvolik, bir növ “xanım jesti” idi. Çünki Məleykə xanım təhsil sistemindəki problemlərdən xəbərdardır. O, indiyədək 7-8 nazir dövründə çalışıb və hazırda da Azərbaycan təhsilində idarəetmə baxımından ciddi problemləri olan bir nazirliklə işləyir. Bu səbəbdən repetitorluğun əsas yaranma səbəblərini də yaxşı anlayır. Bunlardan biri dərsliklərlə bağlıdır. DİM xeyli zaman dərsliklərin keyfiyyətsiz hazırlanmasına qarşı mübarizə aparıb, monitorinqlər keçirib. Lakin təqdim olunan təkliflərin nəticəsiz qalmasına görə proses zamanla effektivliyini itirib. Bu gün dərsliklər faktiki olaraq biznes alətinə çevrilib. Onları əsasən repetitor müəllimlər yazır. Elə vəziyyət yaranıb ki, ibtidai sinif müəllimi belə dərsliyi tam anlaya bilmir, şagirdə isə izah etmək daha da çətinləşir. Nəticədə repetitorluq artıq birinci sinifdən başlayır”.
Məleykə Abbaszadədən Emin Əmrullayevə "xanım jesti" - Çıxışı gündəm oldu
Elşən Qafarov
Həmçinin oxuyun
Ekspert bildirib ki, bu gün ali məktəbə daxil olan abituriyentlərin əksəriyyəti hamısı repetitora müraciət edənlərdir:
“Mövcud dərsliklərlə nə ali məktəbə hazırlaşmaq, nə də gündəlik proqramı mənimsəmək mümkündür. Məleykə Abbaszadə yaxşı bilir ki, son 10-15 ildə Azərbaycan məktəblərində tərbiyə və nizam-intizam mühiti ciddi şəkildə zəifləyib. Şagird məktəbdə dərs oxumadığını, bilikləri repetitor yanında əldə etdiyini açıq şəkildə deyirsə, dərs zamanı sosial şəbəkələrdə canlı yayım açırsa, məktəblərdə zorakılıq, bıçaqlanma, bullinq və cinsi zorakılıq halları müşahidə olunursa, burada hansı nizam-intizamdan danışmaq olar?
Digər mühüm məqam odur ki, DİM sədri “Bizim nəşr etdiyimiz dərs vəsaitləri” ifadəsini işlədirsə, bu, ehtimal ki, dövlət adından səsləndirilmiş fikirdir. Çünki DİM dərslik nəşr etmir və belə bir səlahiyyəti yoxdur. Qurum yalnız metodik vəsaitlər hazırlayıb nəşr etdirir. Dərsliklərin hazırlanması isə Elm və Təhsil Nazirliyinin səlahiyyətinə daxildir. Bu baxımdan aydınlaşdırılmalıdır ki, Məleykə Abbaszadə DİM-in nəşr etdirdiyi vəsaitləri, yoxsa nazirliyin hazırladığı dərslikləri nəzərdə tutur. Nəşr edilən dərsliklərin vəziyyəti göz qabağındadır və onların çapına ölkə üzrə yüz milyonlarla vəsait xərclənir. Əgər şagirdlər ali məktəbə yalnız DİM-in vəsaitləri ilə hazırlaşacaqsa, məktəbə getməyin mənası nədir? Dövlət bu qədər vəsaiti dərsliklərə niyə xərcləyir? Ümumilikdə Məleykə Abbaszadənin çıxışı kifayət qədər mücərrəd idi və konkret olaraq nə demək istədiyi tam aydınlaşmadı”.
00:06 / 06 Fevral 2026
1
23:47 / 05 Fevral 2026
127
23:45 / 05 Fevral 2026
29
23:44 / 05 Fevral 2026
43
23:41 / 05 Fevral 2026
34
23:39 / 05 Fevral 2026
33
23:27 / 05 Fevral 2026
25
23:21 / 05 Fevral 2026
200
23:07 / 05 Fevral 2026
305
22:55 / 05 Fevral 2026
152
22:46 / 05 Fevral 2026
42
22:46 / 05 Fevral 2026
179
22:37 / 05 Fevral 2026
43
22:31 / 05 Fevral 2026
65
22:25 / 05 Fevral 2026
67
22:22 / 05 Fevral 2026
250
22:14 / 05 Fevral 2026
67
22:05 / 05 Fevral 2026
98
21:48 / 05 Fevral 2026
101
21:39 / 05 Fevral 2026
90
21:31 / 05 Fevral 2026
73
21:09 / 05 Fevral 2026
99
20:45 / 05 Fevral 2026
654
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.