Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14793
az

İlham Əliyev fərman İMZALADI

19:0621 İyun, 2019
440
CƏMİYYƏT
  • A
Prezident İlham Əliyev “Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumu və Mükafatlandırma Mərasimi – 2019”un 2019-cu il iyunun 24–26-da Bakı şəhərində keçirilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında məktublar mübadiləsi formasında bağlanılmış Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmanda qeyd edilir ki, “Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumu və Mükafatlandırma Mərasimi – 2019”un 2019-cu il iyunun 24–26-da Bakı şəhərində keçirilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında 2019-cu il iyunun 14-də və 18-də məktublar mübadiləsi formasında bağlanılmış Saziş təsdiq edilsin.

Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Millətlər Təşkilatına bildiriş göndərəcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şamaxıdakı güclü qar sürücüləri çətin vəziyyətə saldı -VİDEO
Əliyev İranla gələcək münasibətləri şərtini diktə edir – iki mühüm mesaj
Bakı metrosunda HƏYƏCANLI ANLAR -Sərnişin relslərin üstünə yıxıldı və...

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
TƏCİLİ! Ata və oğul həbs olundu