Avtomobil sığortası ilə bağlı yeni qaydalar tətbiq edilir - VİDEO
16 May 2026, 23:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
769
23.12.2025, 11:37
Dünyada və Azərbaycanda qədim Türk toponimləri
Avşaran (Abşeron)-Avşar kökündən və an şəkilçisindən düzəldilən toponim olmuşdur. Avşar anlayışı iki sözdən av-ov-ova-oba və şar-çəri sözlərindən, məkan bildirən an sonluğundan düzəldilən söz səhv olaraq, əfşar kimi tələffüz edilmişdir. Milli kimlikdən ayırmaq üçün də Abşeron toponiminə çevirənlər də bir məsələni anlamırlar ki, Ab-su və ya şeron-şoran kimi məna verməyə çalışanlar da tarix elminin klassik yanaşması olan nəhəng iki şirin çay ətrafında yaranmış ilk sivilizasiyalarını unutmuş olurlar.
Baku (Bakı)-Baku adı qədim Türk dilindən təpə üzərində şəhər mənasını verir. Bu söz sonralar Baqu və ya Baquvan kimi işlədilirdi.
Qafqaz-Qaf+qaz yəni Qaf-qapı, qaz-quz-Oğuz Oğuz qapısı kimi də anlamaq olar.
Quba-Qobuz, Qusar-Qus+ar, Qus-Oğuz və ar-ər kimi Oğuz ər, Şorvan-Şirvan, Şor-Van Şor tayfalarının adıyla bağlı olmuşdur. Naxçıvan, Şorvan, İrəvan maraqlı toponimlərdir. Xızı-Xızır-Xəzər, Qobustan-Qobu+stan Qobu qədim Türk dilində miras mənasını verir. Şabran-Savr+an yəni ki, Savr/sav sözü qədim Türk dilində atalar sözü an isə yuxarıda yazdığım mənanı verən məkan şəkilçisidir. Xaçmaz toponimi iki sözdən xaç və maz sözlərindən yaranmışdır. Xaç anlayışına ilk dəfə qədim Göy Tanrı dininin simvolikasında qarşılaşmaq olar. Atillanın rəhbərliyi ilə Avropaya axınçı birlikləriylə yürüş etməsi və xaçı da Avropaya tanıtmağı əsasında sonralar xaç haqqında xristian əfsanəsi və Bizans bayrağında xaçdan istifadə edilmişdi. Maz/Mas sözü Masqut-Massaget kimi anlamaqla yanaşı həmçinin namaz, dəstəmaz, almaz, cannamaz və Ahura Mazda kimi anlayışlarda istifadə edildiyi kimi həm də Maz-Məsih-Məsihi kimi də Sami dillərinə də keçmişdir.
Muğan-Muğ/Muq və an kimi başa düşmək olar. Muqlar haqqında maraqlı məsələlərdən birisi də Muğam musiqisi ola bilər. Mu-Muq batmış qitə də çox ziddiyətli və mübahisəli yanaşmaları özündə əks edir. Mil düzü və Nil çayı da maraqlı paralellikləri özündə əks edə bilər. Talış, Töles və Talas Azərbaycandan kənarda yerləşən etnonim və toponim sayıla bilər. Savalan dağı Sav-alan kimi anlaşılır. Sav-Atalar sözü və alan, Atalar sözü alan kimi mənanı verə bilər. Zaqros dağına göz ataq. Zaq-Sak və ros-ruz-uruz kimi də başa düşmək olar. Kəpəz-Kopuz-Qobuz kimi anlamaq olar.
Qarabağ və Ərsak adları təmiz Türk dilində açıqlana bilən toponimlərdir. Qarabağ-Böyük bağ, Ərsak-Ər/Sak kimi anlaya bilərik. Həmçinin də Zaqatala-Saktala, Balakən-Balasakan, Şəki-Şakasen və s. kimi toponimləri də unutmamalıyıq. Şuşa toponimi hələ qədim Azərbaycan imperiyası Suz və ya Saz toponimindən yaranmış və Əhəmənilər imperiyasının paytaxtı Şuşa kimi toponimə çevrilmiş və nəticədə Azərbaycanda da daha doğrusu Şimali Azərbaycanda işlədilməyə başlanmışdır.
Qərbi Azərbaycan toponimləri içərisində çox qədim toponimlərin olmağı maraqlı faktları göz önünə sərmək olar. İrəvan və Eribuni toponimləri sadəcə deformasiyaya uğraya biləcəyini göstərməklə yanaşı, qədim Türk dillərində açıqlana bilər. Eribuni iki sözün birləşməyindən eri və buni sözlərindən yarandığını görmək olar. Eri-İrə sözlərinin kökləri Er və İr olmuşdur. Eran və İran kimidir. Erivan kimi də böyük maraq doğura bilər. Ərmən, Əribuni təmiz Türk sözləri olan ər sözündən yarandığı boşuna olmaz. Buni və Van və yaxud da buni-ban-van üçlüyünə nəzər salsaq görərik ki, bağban, balaban, tükəzban sözlərini gərək araşdıraq. Eribuni-İrəvan körpü toponim olmaqla yanaşı indiki hay-boşa tayfası ilə heç bir aidiyyatı yoxdur.
Müəllif:Ceyhun Ərmən Vedili
Oxu24.com üçün
23:59 / 16 May 2026
41
23:52 / 16 May 2026
59
23:48 / 16 May 2026
79
23:31 / 16 May 2026
134
23:28 / 16 May 2026
141
23:24 / 16 May 2026
66
23:17 / 16 May 2026
115
23:16 / 16 May 2026
69
23:01 / 16 May 2026
208
22:55 / 16 May 2026
55
22:48 / 16 May 2026
181
22:45 / 16 May 2026
51
22:35 / 16 May 2026
247
22:27 / 16 May 2026
542
22:26 / 16 May 2026
70
22:07 / 16 May 2026
82
21:48 / 16 May 2026
68
21:32 / 16 May 2026
79
21:10 / 16 May 2026
164
20:41 / 16 May 2026
97
20:13 / 16 May 2026
96
20:01 / 16 May 2026
77
19:53 / 16 May 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.