Qaynar xətt:

(+99450) 247 90 86

Dünya və axirətin tərəzi ilə müqayisəsi nə məna daşıyır?

2019-06/1561051762_762766.jpg

CƏMİYYƏT

727

20.06.2019, 21:29

\"\" Dünya və axirət - bir-birinə təzad təşkil edən aləmlərdirlər. Onlar tərəzinin iki gözü kimidirlər. Birinin yuxarı qalxması ilə o birisi aşağı düşər.
İmam Əli (ə) buyurur: \"Dünyanın acı olması - axirətin şirin olması deməkdir. Dünyanın şirin olması isə axirətin acı olması deməkdir\". Oxu24.com deyerler.org-a istinadən bildirir ki, İmam Səccad (ə) buyurur: \"Allaha and olsun ki, dünya və axirət - tərəzinin iki gözü kimidir. O göz ki, yuxarı qalxar, o birisi aşağı düşər\". Ona görə də dünyada Allaha görə hüznlü olmaq - axirətdə sevincə səbəb olar. Dünyada Allahdan qeyrisi üçün sevinmək - axirət qəmini ardınca gətirər. O kəslər ki, qəflət və cahillik üzündən dünyada gülərlər - axirətdə ağlayacaqlar. İmam Sadiq (ə) buyurur: \"Nə qədər çoxdur o kəslər ki, yersiz gülüşləri çoxdur. Qiyamət günü ağlamaqları çox olacaqdır.