Azərbaycanda həkim vəfat etdi
15 Noyabr 2026, 12:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
636
19.12.2025, 10:27
Dekabrın 18-də Bakıda Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının təşkilatçılığı ilə “Türk Dövlətləri Təşkilatının üzvlərinin dövlət hakimiyyətinin təşkilinin konstitusion əsaslarının xüsusiyyətləri” mövzusunda beynəlxalq konfrans keçirilib.
Bu barədə Oxu24.com-a Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirirlib ki, konfransdan öncə iştirakçılar Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Daha sonra Şəhidlər xiyabanı və Zəfər abidəsi ziyarət edilərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının xatirəsi yad edilib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının ədliyyə nazirinin müavini Toğrul Hüseynov konfrans iştirakçılarını salamlayaraq tədbirin aktuallığı və əhəmiyyəti barədə fikirlərini bölüşüb.
Nazir müavini çıxışı zamanı Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edildiyini və ölkəmizdə müasir hüquqi mexanizmlərin müəyyən olunmasında, məhkəmə-hüquq islahatlarının genişlənməsində Konstitusiyanın əsas prinsiplərinin rəhbər tutulduğunu vurğulayıb.
Daha sonra Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyəni təmsil edən nümayəndələr mövzu üzrə məruzələrlə çıxış ediblər.
Konfransda Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə Respublikalarının Türk Ədliyyə Təlimi Şəbəkəsinin üzvü olan, ədliyyə və prokurorluq təlimi ilə məşğul olan qurumlardan, həmçinin Azərbaycan Respublikasında bu sahədə fəaliyyət göstərən qurumlardan nümayəndələr iştirak ediblər.
Tədbir çərçivəsində xarici ölkələrin müvafiq qurumlarının rektorları, prorektorları, kafedra müdirləri, aparıcı elmi işçiləri, müəllimləri və digər mütəxəssisləri dövlət hakimiyyətinin təşkilinin konstitusion əsasları ilə bağlı öz təcrübə və elmi yanaşmalarını bölüşüblər.
Qeyd edək ki, konfrans Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2025-ci il tarixli 477 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2025-ci ilin ‘Konstitusiya və Suverenlik ili’ elan edilməsi ilə bağlı Tədbirlər Planı” çərçivəsində təşkil olunub.
12:55 / 15 Noyabr 2026
357
12:36 / 15 Noyabr 2026
184
12:28 / 15 Noyabr 2026
84
12:11 / 15 Noyabr 2026
92
11:52 / 15 Noyabr 2026
136
11:43 / 15 Noyabr 2026
86
11:29 / 15 Noyabr 2026
103
11:20 / 15 Noyabr 2026
97
11:20 / 15 Noyabr 2026
104
11:10 / 15 Noyabr 2026
98
11:07 / 15 Noyabr 2026
584
10:50 / 15 Noyabr 2026
106
10:25 / 15 Noyabr 2026
258
10:21 / 15 Noyabr 2026
106
10:18 / 15 Noyabr 2026
101
10:12 / 15 Noyabr 2026
133
09:35 / 15 Noyabr 2026
502
07:35 / 15 Noyabr 2026
209
05:50 / 15 Noyabr 2026
154
01:35 / 15 Noyabr 2026
167
01:10 / 15 Noyabr 2026
184
23:59 / 14 Noyabr 2026
376
23:51 / 14 Noyabr 2026
201
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.