Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda qız şirkətə CV verdi - Bu şəkli göndərdilər

2019-06/1560950035_fff.jpg

CƏMİYYƏT

1478

19.06.2019, 17:12

\"\"  Bakıda avtomobil servis şirkəti iş üçün müraciət edən xanımdan tələb etdiyi ətək ölçüsü ilə sosial şəbəkədə müzakirəyə səbəb olub.
Oxu24.com xəbər verir ki, bu barədə məlumatı jurnalist Xədicə İsmayıl paylaşıb. O bildirib ki, universitet məzunu iş axtardığı üçün CV-ni elan saytına yerləşdirib. Ona “Mayson Car Club” adlı avto-servis məktub yazaraq şəkillərini istəyib. Bundan başqa, şirkət ona “dress-code” göndərib. Həmin “dress-code”a əsasən ancaq qısa ətəkli xanımlar işə götürülür. “Qafqazinfo” məsələ ilə bağlı sözügedən şirkətlə əlaqə saxlayıb. Şirkətdən bildirilb ki, məsələ araşdırılacaq və yaxın müddətdə rəsmi cavab veriləcək.