Cəlilabadda bir ay əvvəl alınan ev tamamilə yanıb
15 Noyabr 2026, 15:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3079
10.12.2025, 15:41
Oxu24.com Azərbaycanda vəzifə tutan şəxslər barədə maraqlı faktları təqdim etməkdə davam edir.
Bu layihədə məqsəd Dövlətin idarəçiliyində əməyi və rolu olan vəzifəli şəxslərin tanıdılması və onlar barədə ictimaiyyətin informasiya alması ilə bağlıdır.
Sözügedən layihə çərçivəsində bu dəfə Ədliyyə Nazirliyində yüksək vəzifə tutan şəxs haqqında maraqlı faktları oxucularımıza təqdim edirik:
Oxu24.com xatırladır ki,Mehdi Abdullayev 1980-ci il iyul ayının 26-da Bakı şəhərində, Azərbaycanın xalq yazıçısı, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın və AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyevanın ailəsində dünyaya gəlib.
Bakı Dövlət Universitetinin Hüquq fakültəsini və Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsini bitirib.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyində aparıcı mütəxəssis, İstintaq idarəsində müstəntiq işləyib. AMEA İnsan Hüquqları İnstitutunda çalışıb. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında müəllim, baş müəllim, dekan müavini olub.
2005-ci ildə "Cinayət prosesində insan hüquqlarının müdafiəsi: Avropa Şurasının standartları və Azərbaycan Respublikasının qanunvericiliyi" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
2009-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunub.
5 iyun 2009-cu ildə Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin birinci qurultayında İcmanın Əlaqələndirmə Şurasının sədri seçilib.
2010-cu ilin aprel ayından 2016-cı ilə qədər Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində çalışıb.
2016–2019-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının humanitar və sosial məsələlər üzrə prorektoru olub.
2017-ci ildə doktorluq dissertasiyası müdafiə edərək hüquq elmləri doktoru elmi dərəcəsi alıb.
2020-ci ilin fevral ayında 2022-ci ilin avqust ayına qədər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb.
2022-ci ilin avqust ayında Ədliyyə Nazirliyi yanında Əhalinin Dövlət Reyestri Xidmətinin rəis müavini təyin olunub.
2024-cü ilin oktyabr ayında Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsinin rəis müavini təyin edilib.
Bundan öncə Ədliyyə Nazirliyinin ən yüksək vəzifəli xanım məmuru haqqında məlumat yayımlamışdıq.
Hazırladı: Miri Məcidli
14:47 / 15 Noyabr 2026
52
14:34 / 15 Noyabr 2026
118
14:25 / 15 Noyabr 2026
89
14:19 / 15 Noyabr 2026
74
14:02 / 15 Noyabr 2026
247
13:27 / 15 Noyabr 2026
208
12:55 / 15 Noyabr 2026
1178
12:36 / 15 Noyabr 2026
312
12:28 / 15 Noyabr 2026
134
12:11 / 15 Noyabr 2026
125
11:52 / 15 Noyabr 2026
185
11:43 / 15 Noyabr 2026
119
11:29 / 15 Noyabr 2026
133
11:20 / 15 Noyabr 2026
121
11:20 / 15 Noyabr 2026
130
11:10 / 15 Noyabr 2026
123
11:07 / 15 Noyabr 2026
741
10:50 / 15 Noyabr 2026
132
10:25 / 15 Noyabr 2026
286
10:21 / 15 Noyabr 2026
126
10:18 / 15 Noyabr 2026
123
10:12 / 15 Noyabr 2026
150
09:35 / 15 Noyabr 2026
539
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.