Ödəniş kartları ilə bağlı dələduzluq hallarında artim - VİDEO
08 Fevral 2026, 23:49
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
466
10.12.2025, 12:37
Qafqazın ilk rəqəmsal ekosistemi “Bir” müştərilərinin həyatını asanlaşdırmağa davam edir. Belə ki, ötən ay ərzində ekosistem brendləri nəqliyyatdan, rəqəmsal ödənişlərədək bir çox yeniliklərlə müştərilərini sevindirib.
“Birbank”la ictimai nəqliyyat sistemində yeni dövr başladı
“Birbank”ın təşəbbüskarlığı və texnoloji dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində artıq vətəndaşlar, Bakı metrosunda gediş haqqını istənilən banka məxsus təmassız ödənişi dəstəkləyən (NFC) bank kartları ilə ödəyə bilərlər. “BakıKart”la birgə həyata keçirilən yenilik, təkcə Kapital Bank müştərilərini deyil, bütün bank sektorunu əhatə edir və digər bankların müştəriləri üçün də təmassız ödəniş imkanı yaradır. Həmçinin, yeni sistem “Apple Pay”, “Google Pay” ödəniş sistemləri ilə yanaşı, “Birbank”, “BakıKart” və “m10” ödənişlərini dəstəkləməyə davam edir. Bu isə müştərilərə seçim azadlığı və rahatlıq təqdim edir. Qeyd edək ki, rəqəmsal ödənişləri və ictimai nəqliyyatdan nağdsız istifadəni dəstəkləyən təmassız (NFC) ödəniş sisteminin qısa zamanda marşrut avtobuslarında da tətbiqi nəzərdə tutulur.
“Bir Bonus”la taksi ödənişləri daha sərfəli oldu
“Bir ekosistemi” partnyor şəbəkəsini genişləndirməyə davam edir. Bu isə müştərilərə qazandıqları bonusları daha geniş arenada xərcləmək imkanı yaradır. Ötən aydan etibarən Bir Bonuslular qazandıqları bonusları “Yango”da taksi gedişlərinin ödənişi zamanı istifadə edə bilərlər. Bunun üçün “Yango” tətbiqində “Bir ID” ilə qeydiyyatdan keçərək, bonus kabinetini aktivləşdirmək kifayətdir. İstifadəçilər səfərin dəyərinin 90%-dək hissəsini bonuslarla ödəmək imkanına sahibdilər. “Bir bonus” 1 manata bərabərdir və cari bonus balansı birbaşa “Yango” tətbiqində əks olunur. “Bir ekosistemi” və “Yango” arasındakı bu əməkdaşlıq müştərilərin gündəlik həyatını rahatlaşdırmaqla yanaşı, bonuslardan istifadə sferasını da xeyli genişləndirir. Bu isə istifadəçilərin vaxtına və büdcəsinə əlavə dəyər qatır.
“Birmarket”də “Google Pay” və “Apple Pay”lə ödəniş rahatlığı
Həmçinin oxuyun
Artıq “Birmarket”də alış-veriş edənlər üçün ödəniş rahatlığı maksimum həddə çatdı. Belə ki, tətbiq edilən yeniliklə istifadəçilər artıq Birmarket alış-verişlərində ödənişlərini kart məlumatlarını əlavə etmədən “Google Pay” və ya “Apple Pay” vasitəsilə rahatlıqla edə bilərlər.
“m10” ilə rəqəmsal səsvermə imkanı
Artıq “m10” tətbiqində rəqəmsal səsvermə imkanı da mövcuddur. İlk dəfə “Kəlmə-kəlməyə” layihəsi ilə əməkdaşlıq çərçivəsində tətbiq edilən yenilik şou dünyasında yeni dövrə start verir. Belə ki, söz sənətinin həvəskarları dəstəklədikləri iştirakçılara “m10” üzərindən səs verə bilərlər.
“m10”da yadda saxlanılmış bank kartı ilə ödəniş
“m10” istifadəçilərinə daha bir rahatlıq təqdim edir. Belə ki, indi m10 balansı az və ya sıfır olduqda belə istifadəçilər ödənişləri və köçürmələri birbaşa yadda saxlanılmış bank kartı vasitəsilə həyata keçirə bilərlər. Bir ekosistem ölkənin aparıcı brendləri olan Birbank, Birmarket, m10 və MilliÖn brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem Trendyol Azərbaycan və BakıKart kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, “Birmarket”də “Birbank” vasitəsilə kreditli alış-verişdən, “Trendyol Azərbaycan”da “Birbank” taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti - “Vahid giriş”, “Vahid bonus”, “Vahid ödəniş” və “Vahid kredit” platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir.
01:29 / 09 Fevral 2026
209
00:55 / 09 Fevral 2026
113
23:59 / 08 Fevral 2026
202
23:49 / 08 Fevral 2026
144
23:31 / 08 Fevral 2026
277
23:16 / 08 Fevral 2026
394
23:05 / 08 Fevral 2026
1557
22:49 / 08 Fevral 2026
331
22:45 / 08 Fevral 2026
4040
22:26 / 08 Fevral 2026
200
22:05 / 08 Fevral 2026
197
21:44 / 08 Fevral 2026
163
21:26 / 08 Fevral 2026
257
21:07 / 08 Fevral 2026
181
20:44 / 08 Fevral 2026
173
20:31 / 08 Fevral 2026
239
20:23 / 08 Fevral 2026
3797
20:17 / 08 Fevral 2026
331
19:58 / 08 Fevral 2026
262
19:37 / 08 Fevral 2026
205
19:24 / 08 Fevral 2026
662
19:03 / 08 Fevral 2026
352
18:15 / 08 Fevral 2026
286
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.