Cəlilabadda bir ay əvvəl alınan ev tamamilə yanıb
15 Noyabr 2026, 15:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2088
09.12.2025, 16:20
Heydər Əliyev Sarayında Konsert Vermək: Müğənnilər Üçün Tələblər Nələrdir?
Heydər Əliyev adına Saray Bakı şəhərinin ən möhtəşəm mədəniyyət ocaqlarından biri hesab olunur. 1972-ci ildə istifadəyə verilən bu saray uzun illərdir ki, Azərbaycanın musiqi, incəsənət və dövlət tədbirlərinin əsas məkanlarından biridir. Müasir akustik sistemləri, geniş səhnəsi və minlərlə tamaşaçı tutumu ilə Saray həm yerli, həm də xarici sənətçilərin böyük konsertlərinə ev sahibliyi edir.
Burada təkcə musiqi proqramları deyil, həmçinin teatr tamaşaları, uşaq tədbirləri, rəsmi dövlət mərasimləri və beynəlxalq səviyyəli festivallar da təşkil olunur.
Saray Azərbaycan mədəniyyətinin inkişafında mühüm rol oynayan nüfuzlu məkan kimi tanınır və burada çıxış etmək sənətçilər üçün həm prestij, həm də peşəkarlığın göstəricisi sayılır.
Hətta,əksər sənətçilər fəxri ad almaqdan ötrü yolunu bu Saraydan salmalıdır.Çünki,Heydər Əliyev Sarayında çıxış etmək,solo konsert vermək rəsmi olmasa da,praktikada rast gəlinən şərtlərdəndir.Heydər Əliyev Sarayı həm də müğənninin özünü təsdiqi kimi də mühüm rol oynayır.
Sarayın siyasi əhəmiyyəti də böyükdür...
Heydər Əliyev Sarayının ikinci dövr fəaliyyəti 2006-2008-ci illərdə aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra başladı.
İkinci dəfə böyük səs çoxluğu ilə Prezident seçilən İlham Əliyevin 24 oktyabr 2008-ci ildə andiçmə mərasimi Sarayda keçirildi.
Heydər Əliyev Sarayının əsaslı təmir və yenidənqurma işlərindən sonra rəsmi açılışı isə SSRİ xalq artisti Zeynəb Xanlarovanın 2008-ci il 5 və 6 noyabrda keçirilən möhtəşəm solo konsertləri ilə oldu. Elə həmin vaxtdan Saray tam gücü ilə fəaliyyətə başladı.
Bundan sonra səhnədə dünya şöhrətli italyan müğənnisi Toto Kutunyonun, rus müğənniləri Vladimir Leontyevin, Vitasın, Rostropoviç adına II Beynəlxalq Musiqi Festivalının, Marinski Dövlət Akademik Opera və Balet Teatrının, məşhur gürcü kollektivi “Erisioni” Dövlət Mahnı Teatrının çıxışları olub. Türk müğənnisi Sərdar Ortac, hazırda Amerikada yaşayan soydaşımız, caz artisti Əzizə Mustafazadə, “Asiman” uşaq rəqs kollektivi, müxtəlif estrada artistlərimiz burada konsertlər veriblər. “Hökmdarın taleyi” və “Cavad xan” filmlərinin premyeraları Heydər Əliyev Sarayında nümayiş etdirilib.
İlham Zakir oğlu Qasımov 2023-cü ildən Heydər Əliyev Sarayının direktorudur.
Bəs görəsən sarayda konsert vermək üçün müğənnilər hansı tələbləri bilməlidirlər?
Mövzu ilə bağlı bəzi təşkilatçı, prodüserlərin fikrini öyrəndik.
Aparıcı, prodüser Tarix Əliyev Oxu24.com-a açıqlamasında bildirib ki, Heydər Əliyev adına Sarayın öz qayda-qanunu var:
"Qayda-qanun hansısa bir bayağı ifaçıyla deyil, onun repertuarı ilə bağlıdır. Burada birinci məqam orada fanaqramanın heç bir zaman oxunmamasıdır. Fanaqram səsləndirmə burada qeyri-mümkündür. İkinci məqam oxunan mahnılardır. Dediyimiz kimi, bəzi ifaçıların bayağı mahnıları trenddə bir nömrə olsa da, onlar orada oxuna bilməz. Bu qayda çoxdan var",-deyə Tarix Əliyev bildirib.
Prodüser Asif Kərimovun sözlərinə görə isə Heydər Əliyev Sarayında ifaçıların konsert verməsi üçün mütləq şəkildə repertuar uyğun gəlməlidir. Əks halda konsert təşkil edilə bilməz.
Heydər Əliyev Sarayında müğənnilərə qoyulan şərtlərlə bağlı sözügedən Sarayın rəhbərliyindən məlumat almaq istəsək də,suallarımız cavabsız qaldı.
Hazırladı: Çimnaz Telmanqızı
14:47 / 15 Noyabr 2026
52
14:34 / 15 Noyabr 2026
118
14:25 / 15 Noyabr 2026
89
14:19 / 15 Noyabr 2026
74
14:02 / 15 Noyabr 2026
247
13:27 / 15 Noyabr 2026
208
12:55 / 15 Noyabr 2026
1178
12:36 / 15 Noyabr 2026
312
12:28 / 15 Noyabr 2026
134
12:11 / 15 Noyabr 2026
125
11:52 / 15 Noyabr 2026
185
11:43 / 15 Noyabr 2026
119
11:29 / 15 Noyabr 2026
133
11:20 / 15 Noyabr 2026
121
11:20 / 15 Noyabr 2026
130
11:10 / 15 Noyabr 2026
123
11:07 / 15 Noyabr 2026
741
10:50 / 15 Noyabr 2026
132
10:25 / 15 Noyabr 2026
286
10:21 / 15 Noyabr 2026
126
10:18 / 15 Noyabr 2026
123
10:12 / 15 Noyabr 2026
150
09:35 / 15 Noyabr 2026
539
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.