Qaynar xətt:

(+99450) 247 90 86

Sabah 35 dərəcə isti gözlənilir

2019-06/1560592968_is.jpg

CƏMİYYƏT

1191

15.06.2019, 14:02

\"\" Sabah gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında günəşli olacaq. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi əvəz olunacaq. Abşeron yarımadasında gecə 20-23° isti, gündüz 30-35° isti, Bakıda gecə 21-23° isti, gündüz 33-35° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 35-45 % olacaq. Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) imal-şərq küləyi gündüz cənub-şərq küləyi əvəz olunacaq. Dəniz suyunun temperaturu 21-22° isti təşkil edəcək.