DİN və FHN təhlükəsizliyinə dair əhaliyə müraciət edib
17 Mart 2026, 09:28
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
692
22.10.2025, 16:53
Azərbaycan cəmiyyətində illərlə “akademik”, “alim”, “rektor” kimi təqdim olunan Abel Məhərrəmovun adı indi daha çox var-dövlət, imtiyaz və siyasi dayaqlarla hallanır. Onun elmi titullar və fəxri adlarla dolu tərcümeyi-halı bir tərəfdən təhsil sahəsində nüfuzlu fiqur obrazı yaradırsa, digər tərəfdən illərlə formalaşan gizli iqtisadi şəbəkənin üstünü örtür.
Məhərrəmov təkcə BDU-nun uzunmüddətli rektoru kimi deyil, həm də ölkənin elmi strukturlarında mühüm qərarlara təsir edən fiqur kimi tanınıb. Amma bu nüfuzun arxasında dayanan amil siyasi himayə və şəxsi maraqların uzlaşdığı sistem idi.
Oxu24.com xəbər verir ki,jurnalist Əntiqə Rəşid paylaşımında bildirib ki, Abel Məhərrəmovun milyonlarla manatlıq sərvətə, şadlıq saraylarına və xarici ölkələrdəki mülklərə sahib olması onun elmi fəaliyyətindən çox, illərlə qurulmuş münasibətlər şəbəkəsinin nəticəsidir.
Onun sözlərinə görə, əslən Amasiya rayonundan olan akademik Abel Məhərrəmov illər boyu Ramiz Mehdiyevin ən yaxın çevrəsində olub. Hətta 2020-ci ildə Mehdiyevin nəvəsinin toy mərasimində səsləndirdiyi bu sözlər onun münasibətini açıq şəkildə göstərmişdi:
“Ramiz müəllim, sizin xidmətinizi böyük qiymətləndiririk. Biz xırda adamlarıq, sizin xidmətinizi xalq da böyük qiymətləndirir. Bu uğurların həyata keçməsinə siz rəhbərlik etmisiniz”.
Ə.Rəşid bildirib ki, bu “təriflər” təsadüfi deyildi. Çünki Mehdiyevin himayəsində olan Məhərrəmov illər ərzində 50-dən çox yerli və beynəlxalq mükafatla təltif olunmuş, fəxri adlar, diplomlar, medallar əldə etmişdi. 19 il Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən Abel Məhərrəmov bu müddətdə yalnız elm deyil, ailəsinin də “uğurlu” gələcəyini təmin etmişdi.
"2014-cü ildə tələbə Ramilə Kiçiyevanın imtahan zamanı rüşvət istənildiyini deməsi, ardınca isə Məhərrəmovun onu məhkəməyə verməsi yaddaşlardan silinməyib. Cəmiyyət isə yaxşı bilirdi, BDU-da rüşvət faktları gizli sirr deyildi",- həmsöhbətimiz əlavə edib.
Həmçinin oxuyun
Əntiqə Rəşid qeyd edir ki, Abel Məhərrəmovun qazandığı var-dövlət təkcə elmi nailiyyətlərin nəticəsi deyildi. Onun arxasında Ramiz Mehdiyev dayanmasaydı, bu qədər mülk və imkan toplamaq mümkün olmazdı.
Onun təqdim etdiyi məlumatlara görə, Abel Məhərrəmovun və ailəsinin adına qeydiyyatdan keçmiş çoxsaylı obyektlər və bahalı mülklər var:
“El Faro Hotel Nabran” – 200 hektar ərazidə, 61 milyon manatlıq istirahət mərkəzi, qızı İzabellanın adına qeydiyyatda.
“Mono Liza” və “İzabella” şadlıq sarayları – Bakının mərkəzində, ümumi dəyəri 35 milyon manatdan çox.
11 SPA idman salonu, “Sahil” ticarət mərkəzində “Ramsey” mağazası, və bahalı avtomobil kolleksiyası – “Lamborghini”, “Bentley”, “Mercedes AMG”, “BMW X6”, “Audi Q8” və digərləri.
Mülklər – Binəqədi, Quba, Xızı, Nabran, Şüvəlan, Mərdəkan, həmçinin AMEA yaxınlığında və Şərifzadə küçəsində yerləşən villalar, “Qlobus” uşaq bağçası və bir neçə restoran.
"Bütün bu sərvətin kökü hara gedib çıxır? Cavab çoxlarına məlumdur – Ramiz Mehdiyevin uzun illər ərzində qurduğu “akademik şəbəkə”yə. Ona görə də, sabah Abel Məhərrəmov da çıxıb “Ramiz Mehdiyev bizə qarşı ədalətsizlik etdi” desə, inanmayın. Çünki o, Ramizin kölgəsində böyüyən və o kölgə altında milyarderə çevrilən “elm adamı” idi",- keçmiş parlamentari fikrini belə yekunlaşdırıb.
Məsələ ilə bağlı Abel Məhərrəmovun mövqeyini işıqlandırmağa hazırıq.
10:02 / 17 Mart 2026
1
09:28 / 17 Mart 2026
57
09:26 / 17 Mart 2026
37
00:58 / 17 Mart 2026
233
00:42 / 17 Mart 2026
301
00:19 / 17 Mart 2026
441
23:59 / 16 Mart 2026
96
23:56 / 16 Mart 2026
320
23:55 / 16 Mart 2026
97
23:51 / 16 Mart 2026
112
23:49 / 16 Mart 2026
263
23:42 / 16 Mart 2026
120
23:39 / 16 Mart 2026
289
23:36 / 16 Mart 2026
1595
23:33 / 16 Mart 2026
137
23:28 / 16 Mart 2026
3575
23:22 / 16 Mart 2026
152
23:15 / 16 Mart 2026
2596
23:14 / 16 Mart 2026
226
22:55 / 16 Mart 2026
2885
22:54 / 16 Mart 2026
538
22:41 / 16 Mart 2026
195
22:25 / 16 Mart 2026
378
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.