Leyla Əliyeva “Yaşıl enerji layihələri” sessiyasında çıxış edib
03 Mart 2026, 20:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
14027
22.10.2025, 17:30
Ramiz Mehdiyevin həbsi fonunda müzakirə obyekti olan şəxslərdən biri də AMEA-nın prezidenti İsa Həbibbəylidir.Yerli media yazır ki, Ramiz Mehdiyevin qruplaşmasında İsa Həbibbəyli də yer alır.Mətbuat İsa Həbibbəylinin dəfələrlə deputat seçilməsinə və AMEA-ya rəhbər posta gəlməsini Ramiz Mehdiyevlə bağlayır.
Oxu24.com xəbər verir ki, bundan əlavə AMEA prezidenti övladları ilə bağlı yayılan mənfi informasiyarla da medianın gündəminə düşüb.
Onun qızı Günay Məsimovanın Almaniyada bank seyfində saxladığı bir milyon avrodan artıq nağd pul və qiymətli əşyalarının fırıldaq yolu ilə ələ keçirildiyinə dair məlumat yayılıb.
AMEA rəhbəri Manset.az-a açıqlamasında yayılan məlumatların şişirdildiyini deyib.
“Bu barədə dünən oxumuşam. Yazılır ki, guya qızımın seyfindən 1 milyon avro məbləğində pul oğurlanıb. Əslində isə bu, doğru deyil. Qızımın çoxlu qızıl-zinət əşyaları və şəxsi əşyaları oğurlanıb.
Həmin zinət əşyaları onun anasından və qayınanasından miras qalan əşyalardır. Yazılanlar həddindən artıq şişirdilib. Qızımın seyfindən 1 milyon avronun oğurlanması barədə isə mənim heç bir məlumatım yoxdur. Xahiş edirəm, bu kimi məsələlərdə adım hallandırılmasın”, - deyə İ.Həbibbəyli bildirib.
Həmçinin İsa Həbibbəylinin oğlu general-leytenant Səhət Həbibbəyli də müxtəlif vaxtlarda mediada müzakirə mövzusu olub.
2022-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsində keçirdiyi əməliyyat nəticəsində onun saxlanıldığı qeyd olunurdu.
İsa Həbibbəyli həmin vaxtda mətbuata açıqlamasında oğlunun rəhbəri olduğu Naxçıvan Dövlət Gömrük Komitəsində keçirilən əməliyyatdan danışmışdı:
O, "Unikal"a açıqlamasında bu sözləri deyib:
"Hazırda Naxçıvan Gömrük Komitəsində yoxlama aparılır. Oğlum da yoxlamalarda iştirak edir. Onunla əlaqə qurmaq imkanım olmayıb. Saxlanılıb-saxlanılmadığına dair dəqiq məlumatım yoxdur", - deyə o bildirib.
AMEA-nın prezidenti İsa Həbibbəylinin oğlu, Naxçıvan Gömrük Komitəsinin sabiq sədri Səhət Həbibbəylinin rəhbərliyi dövründə 100 milyonlarla dollar vəsaitin mənimsənildiyi üzə çıxıb…Həmin məsələ bu günə qədər bir çoxları üçün qaranlıq olaraq qalır.İddia olunan həmin milyonların taleyi necə olub?
Həmçinin oxuyun
Özünün və ailə üzvlərinin adı daha çox maliyyə fırıldaqlarında hallanan İsa Həbibbəylinin əmlakları da müzakirə mövzusu olub.
Oxu24.com saytına danışan mənbə bildirib ki, Bakının Yasamal rayonu ərazisində Abdulvahab Salamzadə küçəsində yerləşən məşhur şadlıq saraylarından olan “Karvan” da bu ailəyə məxsusdur.Şadlıq sarayının yerləşdiyi əraziyə və sahəsinə nəzər yetirdikdə onun dəyərinin milyonlarla ölçüldüyünü demək olar.
Ortada belə bir sual açıq olaraq qalır…Boz kardinalın siyasi və informativ təsir dairəsinə daxil olanların sırasında ən fağır adam təsiri bağışlayan İsa Həbibbəyli bu qədər əmlakı necə əldə edib?
Bu və digər suallarla bağlı AMEA-nın prezidenti İsa Həbibbəyli ilə əlaqə saxlamağa çalışsaq da,zənglərimizə cavab vermədi.
Araşdırmalarımız zamanı məlum oldu ki, sözügedən obyektin idarəçiliyini İsa Həbibbəylinin qardaşı Yaqub Həbibov icra edir. Saytın əməkdaşı suallara cavab almaq məqsədi ilə onunla əlaqə saxlayıb.
Yaqub Həbibov suallara olduqca aqressiv şəkildə cavab verib.
“Gedin cəhənnəm olun.Sizə nə lazımdır,restoran kimindir?Siz prokurorsunuz,yoxsa müstəntiq...Restoran mənimdir,İsa müəllimə aidiyyatı yoxdur.Bir də mənə zəng etməyin...”,- deyərək telefonu bağlayıb.
Biz də hörmətli akademik İsa Həbibbəylinin qardaşı Yaqub Həbibovun tövsiyəsinə qulaq asıb,fikirlərinə hörmətlə yanaşaraq öz işimizlə məşğul olduq.
Oxu24.com səsləndirilən fikirlərlə bağlı yazıda adları hallanan şəxslərin mövqeyini işıqlandırmağa hazırdır.
Zəruri qeyd: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 163.1 -ci maddəsinin tələblərinə görə,jurnalistlərin peşə fəaliyyətinə mane olma cinayət məsuliyyəti yaradır.
Miri Məcidli
21:09 / 03 Mart 2026
1
20:54 / 03 Mart 2026
45
20:53 / 03 Mart 2026
19
20:42 / 03 Mart 2026
26
20:30 / 03 Mart 2026
466
20:23 / 03 Mart 2026
44
20:04 / 03 Mart 2026
60
19:54 / 03 Mart 2026
60
19:45 / 03 Mart 2026
85
19:37 / 03 Mart 2026
53
19:11 / 03 Mart 2026
94
19:00 / 03 Mart 2026
68
18:45 / 03 Mart 2026
71
18:18 / 03 Mart 2026
169
18:03 / 03 Mart 2026
81
17:57 / 03 Mart 2026
156
17:57 / 03 Mart 2026
1420
17:42 / 03 Mart 2026
115
17:39 / 03 Mart 2026
120
17:33 / 03 Mart 2026
647
17:25 / 03 Mart 2026
1203
17:17 / 03 Mart 2026
109
17:11 / 03 Mart 2026
150
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.