Fuad Nəcəfli uzun müddət sonra göründü - FOTO
16 Noyabr 2026, 11:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1036
22.10.2025, 15:15
Azərbaycanda iki məşhur şəxsin - Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli və şair Baba Vəziroğlunun övladları eyni ad-soyadı daşıyırlar: Günay Məsimova.
Son bir neçə gündür onlar da valideyləri qədər məşhurdular. Mətbuat onlardan yazır, sosial mediada fotoları paylaşılır, şərhlər yazılır. Məsələ ondadır ki, onları məşhurlaşdıran valideyləri deyil. Bir Günay Məsimova digər ad və soyaddaşını hamının dilinə-dişinə salıb.
Hadisə isə belədir: Almaniyada bank seyfindən İsa Həbibbəylinin qızı Günay Məsimovaya məxsus bir milyondan çox xarici valyutada pul və qiymətli əşyalar oğurlanıb. Mətbuat bunu yazıb, sosial şəbəkələrdə paylaşılıb. Amma bu zaman başqa Günay Məsimovanın - Baba Vəziroğlunun qızının fotolarından istifadə edilib. pizza sifarişi
Ona görə də o, məsələ ilə bağlı açıqlama vermək məcburiyyətində qalıb.
B.Vəziroğlunun qızı sosial şəbəkədə yazıb:
“Xaricdə, ölkə xarici və daxilində heç bir milyonum ya milyonlarım yoxdur, bütün İngiltərə, London səfərlərim iş xarakteri daşıyır. Bunları açıqlama səbəbim son günlər mediada Günay Məsimova adının hallanmasıdır. Eyni ad və soyadla başqa bir məmurun qızından söhbət getdiyi halda mənim və yoldaşımın şəkilləri media tərəfindən yayılır və insanların, hətta dost-tanışın müzakirələrinə səbəb olur”.
O bildirib ki, lazım olan hər şeyi özü qazanıb:
“Salam! Mən Günay Məsimova Baba qızı. Atamın adı Baba Vəziroğlu, şair, yazıçı, yaradıcı insan. Özüm isə Bakı Təhsil Məlumat Mərkəzinin direktoru, xaricdə təhsil ilə məşğulam. Zəhmətkeş ailənin zəhmətkeş qızıyam, mənə aid olan hər şeyi özüm qazanmışam, necə ki atam, anam və bütün nəslim də belə edib həmişə. Media işçilərinə məsləhət - xəbərləri kopyalamaq yox, araşdırma aparmaq lazımdır. Gunay Masimova yazıb axtarış verərkən mənim adım çıxırsa, “məşhur atanın məşhur qızı” yazısını yazıb bizi ləkələmək üçün səbəb deyil. Şükür ki, bizim məşhurluğumuz yalnız gözəl məşhurluqdur , şerlə, sənətlə, düzgün iş və əməllə”.
Baba Vəziroğlu həmin yazını sosial media hesabında paylaşaraq, qeyd edib ki, qızı hazırda Londonda oxuyur:
“Bu yazını oxuyan media nümayəndələrinə salam olsun. Qızım Londonda media və jurnalistlika oxuyur, o gün olsun bitirib qayıtsın, sizə dərs keçsin bir az”.
11:51 / 16 Noyabr 2026
19
11:44 / 16 Noyabr 2026
41
11:40 / 16 Noyabr 2026
45
11:33 / 16 Noyabr 2026
44
11:27 / 16 Noyabr 2026
49
11:26 / 16 Noyabr 2026
73
11:20 / 16 Noyabr 2026
56
11:11 / 16 Noyabr 2026
61
11:06 / 16 Noyabr 2026
59
11:01 / 16 Noyabr 2026
60
10:57 / 16 Noyabr 2026
90
10:46 / 16 Noyabr 2026
67
10:41 / 16 Noyabr 2026
111
10:40 / 16 Noyabr 2026
101
10:37 / 16 Noyabr 2026
81
10:23 / 16 Noyabr 2026
91
10:04 / 16 Noyabr 2026
76
09:57 / 16 Noyabr 2026
113
09:47 / 16 Noyabr 2026
114
09:32 / 16 Noyabr 2026
85
08:54 / 16 Noyabr 2026
121
08:45 / 16 Noyabr 2026
130
08:42 / 16 Noyabr 2026
512
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.