Prezidentin qızı Masallıdan maraqlı fotolar paylaşdı
25 May 2026, 00:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
4208
21.10.2025, 15:50
Prezident Administrasiyasının sabiq rəhbəri, dövlət çevrilişinə cəhddə və dövlətə xəyanətdə ittiham olunan akademik Ramiz Mehdiyevin həbsi ilə bağlı müzakirələrin davam etdiyi bir vaxtda, diqqət çəkən digər məqamsa,Ramiz Mehdiyevin qohumlarının tutduğu yüksək vəzifələrdir. Təbii ki,onların bu vəzifəyə gətirilməsində Ramiz Mehdiyevin rolu böyükdür. Ramiz Mehdiyev həbs olunduqdan sonra onların taleyinin necə olacağı da müzakirə mövzularındandır.
Oxu24.com Ramiz Mehdiyevin vəzifədə olan qohumları barədə dəqiqləşmə aparmağa çalışıb. Müxtəlif mənbələrdən əldə etdiyimiz məlumatları təqdim edirik.
1.Teymur Mehdiyev - oğlu.
2014-cü il 5 may tarixindən fövqəladə hallar nazirinin müavinidir.General-mayor ali hərbi rütbəsi daşıyır. 2018-ci ildə “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
25.06.1975-ci ildə Gürcüstan Respublikası, Suxumi şəhərində anadan olub.
Bakı Dövlət Universitetini bitirib, hüquq elmləri namizədidir.
Ailəlidir, 2 övladı var.
2.Kamilə Əliyeva - qızı.
Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasının müdiridir. Psixologiya elmləri doktorudur.
3.Qalina Mehdiyeva – həyat yoldaşı.
Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat kafedrasının müdiri,Fizika-riyaziyyat elmləri doktoru, professor.
4. Telman Mehdiyev – qardaşının oğlu.
Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisidir. Uzun illər Dövlət Gömrük Komitəsində çalışıb. 2017-ci ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
5. Nəriman Mehdiyev –qardaşının oğlu.
Nizami Rayon Məhkəməsinin hakimidir.
6. Elvin Mehdiyev - qardaşının oğlu.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Maliyyə İdarəsinin rəisi.
7. Zahid Mehdiyev - qardaşı oğlu
Azərbaycan Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyində şöbə müdiridir. 2017-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
8.Fikrət Əliyev - kürəkəni İlham Əliyevin qardaşı – AMEA-nın İşlər İdarəsinin müdiri.
9.Seymur Mərdəliyev - kürəkəni İlham Əliyevin xalası oğlu
Prezidentin 26 dekabr 2019-cu il Sərəncamı ilə Azərbaycanın BMT-nin Cenevrə bürosu və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavini təyin edilib. Onun həyat yoldaşı Mərziyyə Mərdəliyeva isə eyni nümayəndəlikdə 1-ci katib vəzifəsinə gətirilib.
10.Levan Qursakyan - yerli mediada onun Ramiz Mehdiyevin oğulluğu olduğu iddia edilir.Medianın yazdığına görə,L.Qursakyan Qalina Mehdiyevanın əvvəlki ərindən olduğu övladıdır. Onun erməni əsilli olduğu iddia edilir.Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəis müavini, polis polkovnikidir.
11.Mərdan Mehdiyev -qardaşı oğlu - Bakı şəhəri Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Batalyonunun komandiri
12.Nigar Mehdiyeva - gəlini
Azərbaycan Tibb Universiteti Onkologiya Klinikasının müalicə işləri üzrə direktor müavini,II cərrahiyə şöbəsinin müdiri,tibb elmləri doktoru
13.Namiq Babayev – qudası
Dövlət İmtahan Mərkəzinin sədr müavini
Bu barədə Oxu24.com-a açıqlama verən Namiq Babayev Ramiz Mehdiyevlə qohum olmadığını açıqlamışdı.
Oxu24.com adları çəkilən şəxslərin mövqeyini açıqlamağa hazırdır.
00:05 / 25 May 2026
111
00:01 / 25 May 2026
224
00:01 / 25 May 2026
181
23:58 / 24 May 2026
167
23:36 / 24 May 2026
377
23:32 / 24 May 2026
448
23:23 / 24 May 2026
173
23:13 / 24 May 2026
218
23:13 / 24 May 2026
515
23:03 / 24 May 2026
240
22:43 / 24 May 2026
93
22:18 / 24 May 2026
104
22:04 / 24 May 2026
381
21:40 / 24 May 2026
178
21:39 / 24 May 2026
1025
21:30 / 24 May 2026
176
20:41 / 24 May 2026
137
20:19 / 24 May 2026
130
20:11 / 24 May 2026
107
19:39 / 24 May 2026
223
19:09 / 24 May 2026
414
18:55 / 24 May 2026
235
18:37 / 24 May 2026
442
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.