Bu şəxslərin ezamiyyətə göndərilməsi qadağandır
10 Avqust 2026, 20:01
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1540
24.09.2025, 12:41
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu Rza Talıbov Gürcüstanda Qara dənizin sahilində yerləşən dəbdəbəli otelini yenidən alıb.
Oxu24.com Lent.az-a istinadən xəbər verir ki, o, həmçinin eyni ərazidəki əvvəlki əmlakını da təkrar alıb.
Qeyd olunur ki, sabiq Naxçıvan rəhbərinin oğlu bu oteli atasının gözlənilməz istefasından qısa müddət sonra satıb.
May ayında Rza Talıbov Batumidəki oteli geri almaq üçün 8,6 milyon dollar ödəyib. Bu, səhmlərin alışı ilə bağlı ictimai sənəddə təsdiqlənib. Jurnalistlər həmçinin 43 yaşlı və Bakıda miqrasiya xidməti rəsmisi olan Talıbovun Gürcüstan sahilindəki əmlaklarını genişləndirdiyini müəyyən ediblər.
Batumidəki otel əvvəlcə "Divan Suites” adlanırdı. İndi isə bina "London 1889” adı ilə fəaliyyət göstərir.
Bundan əlavə, Talıbovun "B-Pearl” turizm şirkəti Makhinjauri sahil rayonunda 730 min dollara torpaq sahəsi alıb. Batumi hakimiyyəti artıq dəniz mənzərəli mənzillərlə 11 mərtəbəli yaşayış binasının tikintisini təsdiqləyib.
Bu sövdələşmələr Talıbovun Naxçıvanda ailəsinin nüfuzunun zəifləməsindən sonra daşınmaz əmlaka böyük yatırımlara qayıdışını göstərir.
2022-ci ildə aparılan araşdırma göstərib ki, Rza və qardaşı Seymur "prokladka” şirkətlərindən 20 milyon dollardan çox şübhəli köçürmə alaraq, BƏƏ və Gürcüstanda təxminən 63 milyon dollarlıq əmlak əldə ediblər.
Vasif Talıbovun 2022-ci ilin dekabrında istefasından sonra ailə aktivləri, o cümlədən bank və Batumidəki oteli sürətlə satmağa başlayıb.
Jurnalistlərin sorğusuna cavab olaraq o bildirib ki, alış bank kreditləri hesabına maliyyələşdirilib və satışla geri alış investisiya strategiyasının bir hissəsi olub.
20:01 / 10 Avqust 2026
33
19:43 / 10 Avqust 2026
47
19:36 / 10 Avqust 2026
52
19:05 / 10 Avqust 2026
58
18:56 / 10 Avqust 2026
64
18:24 / 10 Avqust 2026
71
17:59 / 10 Avqust 2026
74
17:40 / 10 Avqust 2026
89
17:15 / 10 Avqust 2026
84
16:59 / 10 Avqust 2026
78
16:45 / 10 Avqust 2026
80
16:33 / 10 Avqust 2026
95
16:30 / 10 Avqust 2026
102
16:08 / 10 Avqust 2026
95
15:54 / 10 Avqust 2026
92
15:37 / 10 Avqust 2026
95
15:33 / 10 Avqust 2026
87
15:25 / 10 Avqust 2026
100
15:21 / 10 Avqust 2026
109
15:16 / 10 Avqust 2026
99
15:14 / 10 Avqust 2026
101
14:50 / 10 Avqust 2026
123
14:40 / 10 Avqust 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.