Rusiyalı turistlər Azərbaycanda rekord məbləğdə pul xərcləyirlər – AÇIQLAMA
15 Oktyabr 2026, 12:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1029
24.09.2025, 12:14
Bakıda daha bir ərazidə fərdi yaşayış evlərinin sökülməsi ilə bağlı hazırlıq işlərinə start verilib.
Oxu24.com xəbər verir ki, bu dəfə söküntü Nərimanov rayonunun PY UA 38/10 ünvanında – Dərnəgül bazarının arxasında yerləşən fərdi yaşayış evlərini əhatə edəcək.
Küçə boyunca evlərdə ölçü götürülüb, hətta divarlara işarələr də qoyulub. Əraziyə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşlarının gəldiyi bildirilir. Hazırda layihə ilə bağlı rəsmi açıqlama verilməsə də, sakinlər arasında evlərin yaxın vaxtlarda söküləcəyi barədə məlumat dolaşır.
Qeyd edək ki, paytaxtda qəzalı və istismar müddəti bitmiş evlərin söküntüsü təhlükəsizliyin təmin olunması və müasir şəhərsalma tələblərinin yerinə yetirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Məlumat üçün bildirək ki, Baş nazir Əli Əsədov Bakı şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində strateji əhəmiyyətli şəhərsalma təşəbbüslərinin dəstəklənməsi üzrə İşçi qrupun yaradılması barədə sərəncam imzalayıb.
Eyni zamanda ilkin olaraq Bakı şəhərinin Böyükşor gölü ətrafında, Heydər Əliyev və Ziya Bünyadov prospektləri arasında yerləşən ərazilərinin, Heydər Əliyev adına Neft Emalı Zavodu ətrafında olan ərazilərinin dövlət-özəl tərəfdaşlığı modeli çərçivəsində razılaşdırılmış konseptual layihələr əsasında yenidən qurulmasının həyata keçirilməsi üçün investisiya qoyuluşuna zəruri şərait yaradılmasını, həmin layihələr üzrə investisiya müqavilələrinin şərtlərinin razılaşdırılmasını və digər zəruri tədbirlərin görülməsini təmin etmək də İşçi qrupuna həvalə edilib. Dərnəgül bazarının da məhz bu proses çərçivəsində söküləcəyi bildirilib.
Qeyd edək ki, bir müddət əvvəl Dərnəgül tikinti bazarının sökülkəcəyi, bazarda fəaliyyət göstərən sahibkarların “Abşeron” Ticarət Mərkəzinə köçürüləcəyi bildirilirdi. ( Baku.ws )
12:31 / 15 Oktyabr 2026
1
12:28 / 15 Oktyabr 2026
22
12:19 / 15 Oktyabr 2026
39
12:16 / 15 Oktyabr 2026
242
12:14 / 15 Oktyabr 2026
37
12:10 / 15 Oktyabr 2026
43
12:08 / 15 Oktyabr 2026
44
12:01 / 15 Oktyabr 2026
72
11:57 / 15 Oktyabr 2026
43
11:55 / 15 Oktyabr 2026
44
11:46 / 15 Oktyabr 2026
61
11:40 / 15 Oktyabr 2026
65
11:29 / 15 Oktyabr 2026
493
11:25 / 15 Oktyabr 2026
86
11:16 / 15 Oktyabr 2026
75
11:14 / 15 Oktyabr 2026
71
11:04 / 15 Oktyabr 2026
100
11:00 / 15 Oktyabr 2026
63
10:57 / 15 Oktyabr 2026
63
10:52 / 15 Oktyabr 2026
81
10:45 / 15 Oktyabr 2026
50
10:42 / 15 Oktyabr 2026
75
10:40 / 15 Oktyabr 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.