İmtahan qaydaları dəyişdi - DİM açıqlama yaydı
05 Dekabr 2025, 14:24
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
587
22.09.2025, 21:12
Kərə yağı gündəlik qida rasionumuzda mühüm yer tutur. Lakin bazarda çoxsaylı məhsullar arasında keyfiyyətli və təbii kərə yağı seçmək bəzən çətin ola bilər.
Kərə yağı alarkən nələrə diqqət etmək lazımdır?
Oxu24.com xəbər verir ki, məsələ ilə bağlı qida eksperti Ağa Salmanov bildirib ki, hər il bazarda saxta və ya keyfiyyətsiz məhsulların sayı artır, bu da alıcıların sağlamlığı üçün risk yaradır:
"Keyfiyyətli kərə yağı yalnız süd yağından ibarət olmalıdır. İçində qatqı maddələri, bitki yağları və ya emulqatorlar varsa, bu, məhsulun təbii olmadığını göstərir. 100% təbii kərə yağı almağa üstünlük verin. Hər bir məhsulda istehsal tarixi, son istifadə müddəti, tərkibi və istehsalçı haqqında məlumat olmalıdır. Rəsmi qeydiyyatı və lisenziyası olmayan məhsullardan çəkinmək məsləhətdir. Kərə yağı qutularının açılmamış və zədəsiz olması vacibdir. Qutuda deformasiyalar və ya çatlar məhsulun xarab ola biləcəyinə işarədir. Təbii kərə yağı açıldıqda xoş, təzə süd qoxusu verir. Sarı rəngi isə təbii və zəngin olur. Əgər kərə yağı qoxusuz, kəskin və ya yad bir qoxu yayırsa, bu, məhsulun keyfiyyətsiz olduğunu göstərə bilər. Çox ucuz qiymətə satılan kərə yağları adətən saxta və ya qatqılı ola bilər. Keyfiyyətli məhsulların qiyməti bazar standartlarından çox fərqlənməməlidir".
Həmçinin oxuyun
Ekspert bildirir ki, istehlakçılar yalnız tanınmış və etibarlı brendlərin məhsullarını almağa diqqət etməlidir.
"Kərə yağı alarkən tərkibi və istehsal məlumatlarını diqqətlə oxumaq, saxta məhsullardan qorunmaq üçün ən effektiv yoldur", - deyə o qeyd edir.
Qeyd edək ki, bu sadə qaydalara əməl etməklə həm sağlamlığınızı qoruya, həm də keyfiyyətli məhsul əldə edə bilərsiniz.
14:28 / 05 Dekabr 2025
1
14:24 / 05 Dekabr 2025
14
14:01 / 05 Dekabr 2025
27
14:00 / 05 Dekabr 2025
75
13:48 / 05 Dekabr 2025
273
13:21 / 05 Dekabr 2025
43
13:18 / 05 Dekabr 2025
45
13:12 / 05 Dekabr 2025
39
13:02 / 05 Dekabr 2025
58
12:53 / 05 Dekabr 2025
217
12:46 / 05 Dekabr 2025
54
12:41 / 05 Dekabr 2025
447
12:36 / 05 Dekabr 2025
74
12:34 / 05 Dekabr 2025
371
12:32 / 05 Dekabr 2025
35
12:32 / 05 Dekabr 2025
37
12:22 / 05 Dekabr 2025
52
12:03 / 05 Dekabr 2025
1587
11:55 / 05 Dekabr 2025
52
11:48 / 05 Dekabr 2025
64
11:42 / 05 Dekabr 2025
242
11:36 / 05 Dekabr 2025
137
11:33 / 05 Dekabr 2025
148
11:17 / 05 Dekabr 2025
1225
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.