Mollalar məktəb həyətində nə axtarır?
12 Oktyabr 2026, 16:17
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1367
22.09.2025, 14:28
Bu gün Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin doğum günüdür.
Oxu24.com xatırladır ki, Elçin İsağa oğlu Quliyev 22 sentyabr 1967-ci ildə Sumqayıt şəhərində anadan olub.
1974-1982-ci illərdə Sumqayıtda 20 və 23 saylı məktəblərdə orta təhsil alıb, 1984-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, 1988-ci ildə isə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbini bitirib.
1988-ci ildən həqiqi hərbi xidmətdədir. 1988-1992-ci illərdə SSRİ Silahlı Qüvvələrində (Sovet Ordusunun Polşada yerləşən Şimal Qrupunda) müxtəlif zabit vəzifələrində xidmət etmiş, 1992-ci ildə Xudat əlahiddə nəzarət buraxılış məntəqəsinin rəisi, 1996-2001-ci illərdə isə Xudat sərhəd dəstəsinin rəisi vəzifələrində işləmişdir.
27 mart 2001-ci il tarixindən 31 iyul 2002-ci il tarixinədək Azərbaycan Respublikası Milli təhlükəsizlik nazirinin müavini — Sərhəd Qoşunlarının Komandanı vəzifəsində çalışıb.
Azərbaycan Respublikasının Prezidentinin 31 iyul 2002-ci il tarixli 743 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi — Sərhəd Qoşunlarının Komandanı təyin edilmiş, 5 iyun 2017-ci il tarixinədək bu vəzifədə çalışıb.
Azərbaycan Respublikasının Prezidentinin 5 iyun 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi təyin edilib.
Azərbaycan Respublikasının Prezidentinin 15 avqust 2001-ci il tarixli 556 nömrəli Fərmanı ilə general-mayor, 17 may 2003-cü il tarixli 869 nömrəli Fərmanı ilə general-leytenant, 15 avqust 2014-cü il tarixli 683 nömrəli Sərəncamı ilə general-polkovnik hərbi rütbəsi verilib.
2009-cu ilin mart ayından Azərbaycan Atçılıq Federasiyasının prezidentidir.
Elçin Quliyev Nailə adlı xanımla ailəlidir. Salehə və Aliyə adında 2 qızı, Məhəmməd (d. 1997) və Əli adında isə 2 oğlu var.
Qızı Salehə Quliyeva Azərbaycan Tibb Universitetində müalicə işi ixtisası üzrə ali tibb təhsili alıb. Oğlu Məhəmməd və qızı Aliyə 2014-cü ildə Heydər Əliyev adına Müasir Təhsil Kompleksindən məzun olublar. Elə həmin ildə də Məhəmməd Quliyev 700 mümkün baldan 519-nu toplayaraq Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisasına, Aliyə Quliyeva isə ADA Universitetinə qəbul olublar.
Məhəmməd Quliyev 2018-ci ilin iyul ayından 2019-cu ilin iyul ayınadək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmət keçib. Onun hərbi andiçmə mərasimi 2018-ci il iyulun 30-da Cəlilabad rayonunun Göytəpə şəhərində atasının iştirakı ilə keçirilib. Hazırda Dövlət Sərhəd Xidmətinin zabitidir.
Qızı 2017-ci il iyulun 19-da Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevlə ailə həyatı qurub.
16:40 / 12 Oktyabr 2026
22
16:32 / 12 Oktyabr 2026
69
16:28 / 12 Oktyabr 2026
40
16:17 / 12 Oktyabr 2026
141
16:13 / 12 Oktyabr 2026
503
16:08 / 12 Oktyabr 2026
163
16:03 / 12 Oktyabr 2026
184
15:54 / 12 Oktyabr 2026
187
15:46 / 12 Oktyabr 2026
124
15:36 / 12 Oktyabr 2026
576
15:30 / 12 Oktyabr 2026
157
15:22 / 12 Oktyabr 2026
1514
15:21 / 12 Oktyabr 2026
102
15:15 / 12 Oktyabr 2026
253
15:07 / 12 Oktyabr 2026
207
15:06 / 12 Oktyabr 2026
669
14:58 / 12 Oktyabr 2026
571
14:56 / 12 Oktyabr 2026
125
14:52 / 12 Oktyabr 2026
4692
14:40 / 12 Oktyabr 2026
258
14:34 / 12 Oktyabr 2026
66
14:27 / 12 Oktyabr 2026
233
14:25 / 12 Oktyabr 2026
151
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.