Taksi sürücülərinə şad xəbər
12 Avqust 2026, 23:40
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1119
22.09.2025, 10:05
Prezident İlham Əliyevin fərmanı ilə dövlət büdcəsinin tərkibində “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu yaradılır. Fondun gəlirləri yanacaq vergisinin bir hissəsindən və Bakıda tətbiq ediləcək ödənişli hərəkət zonalarından toplanacaq vəsait hesabına formalaşacaq. Bu qərarın ölkə iqtisadiyyatına təsiri ilə bağlı müxtəlif suallar gündəmdədir.
Yeni yaradılan “İctimai nəqliyyat” Fondu iqtisadiyyatımıza nə vəd edir? Yanacaq vergisinin bir hissəsinin və ödənişli yolların tətbiqi qiymətlərə, xüsusilə də istehlak, logistika xərclərinə necə təsir göstərə bilər?
Oxu24.com xəbər verir ki, globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, bu Fond həm iqtisadi, həm də sosial baxımdan bir sıra təsirlərə malik olacaq:
“Dövlət büdcəsində ayrıca fond kimi ayrılması o deməkdir ki, ictimai nəqliyyat üçün sabit və proqnozlaşdırıla bilən maliyyə mənbəyi yaradılır. Bu, avtobus parkının yenilənməsi, metro və dəmiryolu layihələrinin genişlənməsi, “yaşıl nəqliyyat” (elektrikli avtobuslar, tramvaylar) kimi sahələrə sərmayəni artıracaq. İctimai nəqliyyatın keyfiyyətinin yaxşılaşması insanları şəxsi avtomobildən daha çox ictimai nəqliyyata yönəldə bilər ki, bu da tıxacların azalmasına, işçi qüvvəsinin hərəkətliliyinə və ümumi məhsuldarlığa müsbət təsir edər. Bu ideyanı bir qədər də inkişaf etdirərək “ödənişsiz ictimai nəqliyyat” ideyasını reallaşdırmaq mümkündür”.
Yanacağın qiyməti artacaq?
İqtisadçı qeyd edib ki, Fondun gəlirləri konkret mənbələrdən – yanacaq vergisi və ödənişli hərəkət zonalarından təmin edilməsi dövlətin ümumi büdcəsinə əlavə yük yaratmadan sektoru maliyyələşdirmək imkanı verir:
“Əgər yanacaq vergisi artırılaraq fonda yönləndirilirsə, bu, yanacağın pərakəndə qiymətinə təsir edə bilər. Qiymətlərdə artım baş verərsə, logistika xərcləri yüksələcək, bu da ərzaq və digər istehlak mallarının bahalaşmasına səbəb ola bilər. İctimai nəqliyyat şirkətlərinin xərcləri də artacaq, amma bu fondun hesabına subsidiyalar veriləcəksə, sərnişindaşıma qiymətlərinə ciddi təsir etməyə bilər. Yanacaq bahalaşarsa, bu alternativ enerji daşıyıcılarına marağı artıracaq”.
İctimai nəqliyyatla bağlı xoş xəbər
Ekspert əlavə edib ki, şəhər mərkəzində hərəkət ödənişli olarsa, fərdi avtomobil sahiblərinin xərcləri artacaq:
“Bu, bir tərəfdən sosial narazılıq doğura bilər, digər tərəfdən isə avtomobil istifadəsini azaltmağa, ictimai nəqliyyata keçidi stimullaşdırmağa xidmət edir. Ödənişli zonalar nəticəsində tıxacların azalması gözlənilir. Bu, həm logistikaya, həm də ümumi iqtisadi fəaliyyətə müsbət təsir edə bilər. Məsələn, vaxt itkisi və yanacaq sərfi azalar. Qısamüddətli perspektivdə yanacaq və nəqliyyat xidmətlərinin xərcləri arta bilər. Bu da ərzaq, gündəlik mallar və xidmətlərin qiymətlərinə müəyyən təzyiq göstərəcək. Ortamüddətli perspektivdə isə fond hesabına ictimai nəqliyyat ucuz, keyfiyyətli və əlçatan olarsa, istehlakçıların fərdi avtomobildən asılılığı azalacaq. Bu da ümumi nəqliyyat xərclərinin azalmasına və qiymət sabitliyinə gətirib çıxara bilər.
Yəni “İctimai nəqliyyat” Fondu ilk mərhələdə qiymətlərə müəyyən təzyiq göstərə bilər. Lakin orta və uzun müddətdə bu fond ictimai nəqliyyat sistemini gücləndirməklə həm sosial rifahı, həm də iqtisadi səmərəliliyi artıracaq. Düzgün idarə olunarsa, ölkə iqtisadiyyatına müsbət təsiri mənfi təsirlərdən daha çox olacaq”.
23:59 / 12 Avqust 2026
37
23:40 / 12 Avqust 2026
60
23:03 / 12 Avqust 2026
63
22:50 / 12 Avqust 2026
68
22:15 / 12 Avqust 2026
77
22:04 / 12 Avqust 2026
69
21:53 / 12 Avqust 2026
81
21:19 / 12 Avqust 2026
114
21:12 / 12 Avqust 2026
82
21:02 / 12 Avqust 2026
89
21:00 / 12 Avqust 2026
611
20:44 / 12 Avqust 2026
70
20:33 / 12 Avqust 2026
501
20:19 / 12 Avqust 2026
93
20:18 / 12 Avqust 2026
345
20:16 / 12 Avqust 2026
75
20:14 / 12 Avqust 2026
79
19:45 / 12 Avqust 2026
75
19:40 / 12 Avqust 2026
86
19:15 / 12 Avqust 2026
85
19:05 / 12 Avqust 2026
1480
19:00 / 12 Avqust 2026
89
18:55 / 12 Avqust 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.