SON DƏQİQƏ! Güclü partlayış baş verib:3 qurum açıqlama yaydı
12 Avqust 2026, 19:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1209
20.09.2025, 12:05
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Bakının Ramana və Ümid qəsəbələrində, Abşeron və Samux rayonlarındakı yeni yaşayış binalarında 1 080 mənzili ms.sosial.gov.az portalı üzərindən təkrar onlayn satışa çıxarıb.
Oxu24.com nazirliyə istinadən xəbər verir ki, mənzillər 3 və 4 otaqlıdır, tam təmirlidir, istifadə olunmayıb və çıxarışlıdır.
Onları banklara müraciət etməklə ipoteka krediti ilə də almaq olar.
Satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatına yönəldiləcək.
Mənzillərdən almaq istəyən şəxslərə qeyd edilən portala daxil olaraq mənzillərlə tanış ola, almaq istədiyi mənzili seçərək, onu portaldakı "Bron et" düyməsini sıxmaqla bron edə bilər.
(Mənzilləri bron etmək istəyən şəxs bunun üçün ASAN Loginin autentifikasiya vasitələrindən (identifikasiya nömrəsi, SİMA rəqəmsal imza, ASAN imza, SİMA Token (elektron imza), BSXM Elektron imza) birinə malik olmalıdır).
Mənzili ilk bron etmiş şəxs həmin mənzili almaq hüququ qazanır, ondan əlavə 2 şəxsin də həmin mənzili bron etmək imkanı var. Mənzili ilk bron etmiş şəxs həmin mənzili almaqdan imtina etdiyi halda, mənzili almaq hüququ onu bron etmiş digər şəxsə keçir.
Mənzili bron etmiş şəxslə Nazirlik arasında 10 gün müddətində dəyəri tam ödənilməklə mənzilə dair notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanır.
Bir hüquqi və yaxud fiziki şəxs satılan mənzillərdən istədiyi sayda mənzil ala bilər.
Mənzillərin dəyərini müstəqil qiymətləndirici qanunvericiliyə uyğun olaraq müəyyən edib.
Həmçinin oxuyun
19:15 / 12 Avqust 2026
21
19:05 / 12 Avqust 2026
263
19:00 / 12 Avqust 2026
37
18:55 / 12 Avqust 2026
32
18:29 / 12 Avqust 2026
55
18:27 / 12 Avqust 2026
42
18:12 / 12 Avqust 2026
56
17:59 / 12 Avqust 2026
52
17:45 / 12 Avqust 2026
57
17:41 / 12 Avqust 2026
383
17:30 / 12 Avqust 2026
58
17:21 / 12 Avqust 2026
64
17:21 / 12 Avqust 2026
66
17:15 / 12 Avqust 2026
54
17:05 / 12 Avqust 2026
469
17:02 / 12 Avqust 2026
65
16:55 / 12 Avqust 2026
53
16:51 / 12 Avqust 2026
69
16:42 / 12 Avqust 2026
323
16:35 / 12 Avqust 2026
65
16:15 / 12 Avqust 2026
63
15:51 / 12 Avqust 2026
67
15:50 / 12 Avqust 2026
71
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.