Pensiyaların verilmə tarixi dəyişir? – 10 gün fərq…
15 Avqust 2026, 11:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
564
15.08.2025, 12:36
"HRENGİNEERİNG" MMC menecment, liderlik və digər mövzularda təlimlər və beynəlxalq tədbirlər təşkil edən Türkiyənin “SAHARA GROUP” şirkəti tərəfindən bu ilin sentyabrında keçiriləcək “Executive Leadership & AI Transformation Summit”in (bundan sonra - Sammit) Azərbaycan üzrə rəsmi tərəfdaşı və təmsilçisi seçilib.
Müəssisə və təşkilatların yuxarı rəhbər heyətini və strateji qərarvericilərini bir araya gətirən Sammit 8-10 sentyabr 2025-ci il tarixlərində İstanbulun Barcelo Hotelində baş tutacaq. “Süni intellektin liderlikdə rolu” mövzusuna həsr olunmuş Sammitdə Əlcəzair, Qətər, Fransa, Türkiyə və digər ölkələrdən sahə üzrə peşəkar mütəxəssislər çıxış edərək, öz təcrübə və biliklərini bölüşəcəklər.
Sammit çərçivəsində iştirakçılar üçün İstanbulun müxtəlif tarixi və mədəni məkanlarına ziyarətlər təşkil olunacaq.
Sammitdə iştirak edən müəssisə və təşkilat rəhbərləri, həmçinin strateji qərarvericilər süni intellektin liderlik və təşkilati transformasiyada yaratdığı imkanlar, onların iş dünyasına təsiri və bu imkanlardan idarəetmədə istifadə yolları barədə tövsiyələr əldə edəcəklər. Bununla yanaşı proqram çərçivəsində rəqəmsal transformasiya strategiyaları, generativ AI texnologiyalarının biznesdə tətbiqi, etik və hüquqi aspektlər barədə maarifləndirici çıxışlar olacaq.
Əlavə olaraq qeyd edirik ki, iştirakçılar qlobal liderlərlə şəbəkələşmə, müxtəlif sənaye sahələrindən uğurlu süni intellekt nümunələri ilə tanışlıq, peşəkar inkişaf və əməkdaşlıq imkanlarından yararlanacaqlar.
Tədbirin təşkilatçısı Azərbaycan üzrə yeganə təmsilçi “HRENGINEERING” MMC vasitəsilə qeydiyyatdan keçən Azərbaycan vətəndaşlarına xüsusi endirimli iştirak haqqı təklif edir.
Qediyyat və ətraflı məlumat üçün +99410 260 11 16 telefon nömrəsi və ya [email protected] e-mail ünvanı ilə əlaqə saxlaya bilərsiniz.
Qeyd edək ki, “HRENGINEERING” MMC insan resursları, karyera inkişafı, HR sistemlərinin qurulması, təşkilati transformasiya, layihə idarəetməsi, proseslərin avtomatlaşdırılması və outsource xidmətləri sahəsində ixtisaslaşmış yerli şirkətdir. “HR Forum Baku” və “HR Summit Baku” tədbirlərinin müəllifi olan şirkət innovativ yanaşmaları və strateji həlləri ilə seçilir.
11:00 / 15 Avqust 2026
4
10:59 / 15 Avqust 2026
8
10:59 / 15 Avqust 2026
13
10:45 / 15 Avqust 2026
36
10:43 / 15 Avqust 2026
94
10:09 / 15 Avqust 2026
62
09:59 / 15 Avqust 2026
57
09:45 / 15 Avqust 2026
62
09:28 / 15 Avqust 2026
63
09:27 / 15 Avqust 2026
70
09:15 / 15 Avqust 2026
64
08:57 / 15 Avqust 2026
74
00:19 / 15 Avqust 2026
146
23:55 / 14 Avqust 2026
189
23:32 / 14 Avqust 2026
156
23:27 / 14 Avqust 2026
91
23:02 / 14 Avqust 2026
118
22:30 / 14 Avqust 2026
247
22:17 / 14 Avqust 2026
163
21:48 / 14 Avqust 2026
161
21:38 / 14 Avqust 2026
186
21:23 / 14 Avqust 2026
110
21:12 / 14 Avqust 2026
147
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.