Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı
15 Avqust 2026, 20:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
697
09.08.2025, 22:48
Günəş işığı həyat üçün vacib olsa da, uzun müddət qorunmadan ultrabənövşəyi (UB) şüalara məruz qalmaq dəriyə ciddi zərər verə bilər.
Oxu24.com qafqazinfo-ya istinadən xəbər verir ki, günəş yanığı bu zərərin ən ilkin, lakin təhlükəli nəticələrindən biridir.
Xüsusilə yay aylarında günəşdən qorunma tədbirlərinə əməl edilməməsi, həm dəri xərçəngi riskini artırır, həm də vaxtından əvvəl qocalmaya səbəb olur.
Günəş yanığı-dəriyə UV şüalarının zərərli dozada təsiri nəticəsində baş verən iltihabi reaksiyadır.
Bu zədə bədənin iltihab cavabını işə salır: dəri qızarır, həssaslaşır və bəzən qabıq bağlayır.
Dünya Sağlamlıq Təşkilatının araşdırmaları sübuta yetirir ki, açıq dərili insanlar, uşaqlar və yaşlılar, immuniteti zəif olan şəxslər, dərman qəbul edən və dərisi həssaslaşanlar (antibiotik və ya retinoid istifadə edənlər), xüsusən dəniz səviyyəsindən hündürdə və ya ekvator xəttinə yaxın yaşayanlar bu xəstəliyin əsas risk qruplarıdır.
Uzun müddət UV şüasına məruz qalmaq dəri hüceyrələrinin DNT-sinə zərər verə bilər və bu da dəri xərçəngi riskini artırır.
Bu şüalar kollageni parçalayaraq dərinin elastikliyini azaldır və qırışların yaranmasına səbəb olur. Günəş ləkələri, hiperpiqmentasiya və çillər kimi vizual problemlərə yol aça bilir.
Risklərdən qorunma yolları:
-SPF tərkibi (Sun Protection Factor) 30 və yuxarı olan kremlər UV şüalarından qoruyur.
-"Broad spectrum" etiketli kremlər bu şüalara qarşı təsirlidir. Azı 20-30 dəqiqə əvvəl çəkilməli və hər 2-3 saatdan bir yenilənməlidir.
-Uzunqol, sıx toxunmuş və açıq rəngli geyimlər
-Geniş kənarlı papaq və UV qoruyuculu eynəklər.
-UV filtri olan pəncərə plyonkaları və çətirlər.
Qeyd etmək lazımdır ki, günəş şüalarının ən güclü olduğu saatlar 10:00-16:00 aralığıdır. Bu zaman birbaşa günəşdə qalmaq tövsiyə olunmur.
D vitamini defsiti olan kəslərə isə gündəlik 10-15 dəqiqəlik qısa müddətli və erkən saatlarda günəşə çıxmaq kifayətdir.
Əlavə olaraq, "zaqar" almaq üçün istehlak edilən krem və spreylər dərinin rəngini dəyişsə də, adətən onların qoruma funksiyası olmur.
20:06 / 15 Avqust 2026
1
19:44 / 15 Avqust 2026
35
19:31 / 15 Avqust 2026
49
19:29 / 15 Avqust 2026
49
19:17 / 15 Avqust 2026
55
19:04 / 15 Avqust 2026
55
18:42 / 15 Avqust 2026
63
18:30 / 15 Avqust 2026
56
18:16 / 15 Avqust 2026
60
18:03 / 15 Avqust 2026
76
15:19 / 15 Avqust 2026
109
14:56 / 15 Avqust 2026
221
14:16 / 15 Avqust 2026
916
13:58 / 15 Avqust 2026
814
13:10 / 15 Avqust 2026
88
13:06 / 15 Avqust 2026
2256
12:46 / 15 Avqust 2026
133
12:30 / 15 Avqust 2026
141
12:15 / 15 Avqust 2026
164
11:58 / 15 Avqust 2026
623
11:58 / 15 Avqust 2026
79
11:53 / 15 Avqust 2026
110
11:40 / 15 Avqust 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.