Qaynar xətt:

(+99450) 247 90 86

Bakının cənub girişində hərəkət məhdudlaşdırılacaq

news/2025_07_28/cenub_1753707681.jpg

CƏMİYYƏT

482

28.07.2025, 17:09

Sabahdan Bakının Səbail rayonunda yolda hərəkət məhdudlaşdırılacaq.

Oxu24.com xəbər verir ki bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “Qafqazinfo”ya məlumat verilib.

Bildirilib ki, iyulun 29-u saat 08:00-dan saat 22:00-dək Bakı şəhəri, Səbail rayonu, Salyan şosesində (20-ci Sahə dairəsindən Bibiheybət məscidi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar olaraq, sözügedən hissədə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.